Icma.az
close
up
RU
525 ci qəzet Elə bilirdim, unutmuşam... Düşüncə fraqmentləri silsiləsindən

525 ci qəzet Elə bilirdim, unutmuşam... Düşüncə fraqmentləri silsiləsindən

Icma.az, 525.az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Sevinc MÜRVƏTQIZI

...Bu şəhərin sükutunda addımlarımı sayarkən ruhumun kölgəsinin qatılığında illərlə sənə anladacağım hekayələri saxladım. Allahın ver günü içimdə kitablar yazılır - oxucusu sən olmayan kitablar.İ lhan Berkdən yaxşı necə deyim ki: "Hala her şeyi sana anlatacaqmış gibi biriktiriyorum..." Cümlə-cümlə döyüntülər keçir könlümün evindən - qoşun kimi. Sənə demədiyim sözlər qum fırtınası kimi ələnir kirpiklərimin çəpərindən... Həyatımın hər günü bir şüşə içində dənizə atılan məktub kimidir. O şüşələr açılırmı, o məktublar oxunurmu bilmirəm?.. Bildiyim odur ki, "Ben senin gittiğin günün ertesiyim!" Bu, sən olmayanda yaşam fəlsəfəm oldu. Zaman illüziyası yaddaşımla oynadı. Sən əslində vardınmı, yoxdunmu, bunu belə çözümləyib başa çıxa bilmədiyim vaxtlar oldu. Ən dadlı ziddiyyət də bu idi: bu mahiyyətdə "var olmaq" üçün varlığına möhtac qalmaq lazım imiş. Bütün qəlbim sənə minnətdarlıqla doludur: yoxluğun üzərində varlığımı inşa etmişəm, bəlkə sən həyatımda "olsaydın", mən həyatda olmayacaqdım...

...Bu yazıda sonacan İlhan Berkle birlikdəyəm. Yazdıqlarıma o nəzarət edir bu gün, səninlə sükutun dilində danışmaq istəyirəm əslində, amma "yaz" deyir. Öz dilində öz misrası ilə cavab verirəm: "Bize, yazdığımızı değil, yüreğimizi okuyacak insanlar lazım". Susur... Bilir ki: "Sensiz karanlığın çizgisine koymuşlar umudu..." İllərin o üzündə dəfn edilən xatirələrimiz də, yəqin ki, "əsl müsəlman qaydasınca" dəfn edilib, məzarın yeri torpağa qarışıb, itib... Amma istəyirəm biləsən ki, "Bazı şeyleri sana yazdığımı düşünüyorsan, yanılıyorsun, her şeyi sana yazıyorum..." Hər şeyi qaldıra bilməyəcəyini bilərək... Sevildiyini bilmək gözəldir demişdin, bəlkə heç ağlına da gəlməmişdi çox sevilməyin yolunun dəlicə sevməkdən keçdiyini. Sən sevilən tərəfdə qal... "Ben az konuşurum, sen çok anal..." Çünki tək ehtiyacım sənin anlamağındı. "Madem ben dokunamıyorum sana, bari yazdıklarım dokunsun..."

...Sonuncu rastlaşmağımızda sakitcə, hətta bəlkə də laqeyd ədayla danışdığımız yerdə anidən baxışımın içinə dalıb sirli işıltı ilə gözündən gülmüşdün... Elə bilirdim, unutmuşam... Amma beynin mübhəm oyunları var, bağışladığımı sandıqlarım da unutduqlarımmış... Elə bilirdim silinib hər şey yaddaş kitabımdan. Sadəcə "əməl dəftəri"mdə qaldığını düşünürdüm... O an - o baxış, o gülüş, hardan peyda olduğu bəlli olmayan o sehrli parıltı - hamısı birləşdi, qəribə bir yaddaş oyanmasımı, oynamasımı baş verdi. Qəfildən bütün unutduqlarımı xatırladım. Unudulmuş bildiyim bir həqiqət dirilmişdi - beynimin köhnə, amma "minalanmış" sərhədlərində sərbəst gəzişən kölgə kimi... O aidiyyət gülüşü bütün silinən xatirələrimi geri qaytarırdı, məni tək bir anın içində, zamanın çox uzaq, amma cazibə orbitindən qurtulması mümkünsüz olan o hüduda doğru sürükləyirdi. Gözündəki sadəcə mənim bildiyim parıltının işığında, o gülüşdə hər şeyi xatırladım - o mistik sərxoşluğu, "bir gün Alzeymer olsam belə, bunu unutmaram" deyişini, "fələstinlilərin Qüdsü, yəhudilərinYerusəlimi istədiyi kimi" arzulayışını, gerçəkliklə illüziyanın sərhədlərinin qarışıb itdiyi anları... Və o anlardan sonra başlayan əbədiyyət kimi məsafəni, lap məsafəni, çox məsafəni, məpməsafəni... Unudulanlar və xatırlananlar arasında uçurum yaradır zaman. Bəzən düşünürəm ki, biz nə qədər unutmağa çalışsaq da, yaddaşın öz aləmində heç bir şey həqiqətən silinmir, hər şey şüuraltının altında saxlanc kimi qorunur. Onun yalnız üzərini örtüb, dərinlərdə gizlənməsini təmin edirik. Bütün o illər, bütün o mərhələlər, o "məpməsafə"nin arxasında gizlənir. Düşünürəm, bu "məpməsafə" bəlkə də sadəcə bizim yaşadıqlarımızın fərqli qatlarını təmsil edən bir ruh halıdır, vəssalam. Bütün həyatımız boyu bu məsafənin içində dolaşırıq; heç yerə getmirik, amma hər zaman bir yerdəyik. Yaddaş, bir zamanlar bəlkə də gözəl olan hər şeyin əks-sədasıdır. İnsanın həyatda qarşılaşdığı o "gerçək anlar" - nə qədər dərin olursa olsun, nə qədər insanın taleyində iz buraxarsa, buraxsın, hamısı əslində illüziyadır. Dərinləşib ikimizi də udan alacaqaranlıq çoxillik uçurumun bilinməzliyi, gedişlərin və dönüşlərin cəminin fərqi, çıxılıb azaldığımız bu hasildəki son qismət anidən əlimdən çıxan dəmir qapı kimi çaxılmışdı xatirələrimin çərçivəsinə... Bütün bu illər, itirilmiş zamanın təzələnməsi, illüziyanın gerçəkliyə qarışması... İçimdəki bu dərin, mürəkkəb qarışıqlığın əks-sədası kimi yaranan o anı bir daha unutmağım mümkün olmayacaqdı. O gözündən gülməyin bir zamanlar mənə aid olan, həm də heç vaxt təkrarlanmayacaq hər şeyi xatırlatmışdı.

Dərin və əvəzolunmaz olan o anlar gözlərdəki parıltı ilə çərçivələnib köhnə şəkil kimi asılıb yaddaş divarımda. Görənlər tanımırdılar, "kimdir?" soruşmaqdan özlərini saxlaya bilmirdilər, bircə mən bilirdim kimdin, səni heç kimə tanıtmadan... Və mən sadəcə o şəkli yadımda saxladım ondan sonra. Sənin gülüşündə zamanın, itkilərin, yaşanmışlıq və boşluqların birləşdiyi bir aləmə dəvət vardı: dilə gətirilməyən dəvət. Bilirdim ki, o dəvətdə bütün xatirələrin yekunu toplanmışdı. Sözlər yoxa çıxmışdı, daha sənə sözüm qalmamışdı... Oanı, o gözlərdəki gülüşü, üzdən saralmış kimi görünsə də, dəyərini heç itirməyən bir şəkli yaddaşımın divarında həmişəlik saxladım. Hər şeyin bir sonu var və hər şey bir gün tükənir. Amma bilirəm ki, o gözlərdəki gülüş, baxışlardakı ikimizə aid o sehrli qığılcım yaddaş divarındakı o şəkildən bir də heç vaxt silinməyəcək. O şəkil zamanın sükutunda, yaddaşın dərinliklərində asılıb qalacaq... Çünki o şəkildəki "bir gülüşün yeterdi bana, ömrümün geri kalanını aydınlatmaya..."

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:89
embedMənbə:https://525.az
archiveBu xəbər 21 Yanvar 2025 13:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see279

Şakira uşaqlarının hansı xüsusiyyəti Pikedən aldığını açıqlayıb

03 Dekabr 2025 16:27see268

Bakıda avtomobil sürücüsü ilə birgə yandı YENİLƏNİB

03 Dekabr 2025 09:08see243

Ramiz Mehdiyev haqqında görün nələr danışdı… KONKRET

03 Dekabr 2025 16:51see241

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see161

MİDA nın tikdiyi mənzillərdə təmir keyfiyyətsiz aparılıb? Foto

03 Dekabr 2025 15:21see158

Mavi Balina necə yüklənilir?

03 Dekabr 2025 17:32see151

Tələblər bəzən o qədər sərt olur ki, çox istedadlı, elmə həvəsli gənclərin qarşısını alır Firdovsiyyə Əhmədovadan ETİRAZ

03 Dekabr 2025 12:22see142

Xainliyin GİZLİ ARXİTEKTURASI: Dövlətə xəyanətin fəlsəfi kökləri və beşinci kolonun Azərbaycan modeli

03 Dekabr 2025 14:30see136

Əxlaqsızlıq yuvasında tutulan kişini cəza gözləyirmi?

04 Dekabr 2025 00:27see134

Abşeron Xəstəxanasında xəstə 3 cü mərtəbədən yıxılıb

03 Dekabr 2025 23:01see134

Paytaxtın bu küçələrində sıxlıq var SİYAHI

03 Dekabr 2025 08:48see130

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see128

Puç olan ümidlər

03 Dekabr 2025 08:40see128

XİN Bərzaninin Baxçalıya qarşı dediklərini qınayır

03 Dekabr 2025 08:35see125

Kiyevdə gərgin gecə: GUR sanatoriyaya hücum etdi, hərbçilər saxlanıldı

04 Dekabr 2025 00:14see124

Neymar və het trik

04 Dekabr 2025 09:17see123

Aralıq dənizində 4 bal gücündə zəlzələ olub

04 Dekabr 2025 00:29see123

“Futbolçularımın haqqını verməliyəm” Dambrauskas İdmanXəbər

03 Dekabr 2025 17:55see122

GÜNÜN QOROSKOPU: Sevgi münasibətlərində xoş sürprizlər mümkündür

04 Dekabr 2025 00:31see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri