Icma.az
close
up
RU
525 ci qəzet Elektron qaydada şagird yerdəyişmələri nələr vəd edir?

525 ci qəzet Elektron qaydada şagird yerdəyişmələri nələr vəd edir?

525.az saytına istinadən Icma.az xəbər verir.

Fevralın 25-də saat 15:00-dan 2024-2025-ci tədris ilinin II yarımili üzrə şagirdlərin elektron yerdəyişməsi prosesi başlanıb. Yerdəyişmə prosesi məktəbəhazırlıq qrupları, I-X sinifləri əhatə edir. Şagird yerdəyişməsi sy.edu.az elektron sistemi vasitəsilə aparılır. Fevralın 25-dən XI siniflər üzrə şagirdlərin yerdəyişməsi nəzərdə tutulmayıb. Ümumi orta təhsil səviyyəsi üzrə buraxılış imtahanlarına az müddət qaldığından IX sinif üzrə yerdəyişmə prosesi 5 mart 2025-ci il saat 18:00-da dayandırılacaq və tədris ilinin sonunadək aktiv edilməyəcək.

İstifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşları sy.edu.az saytında "Digital Login" vasitəsilə qeydiyyatdan keçərək şəxsi kabinet yaradırlar.

Sy.edu.az sistemində sorğuların yerləşdirilməsi prosesində hər hansı üstünlük hüququ tətbiq edilmir. Valideynlər övladları üçün seçdikləri ümumi təhsil müəssisəsində tədris sinfinə uyğun boş yerlərə sorğu verə bilərlər. Həmin müəssisədə boş yer olmadıqda valideynlər övladlarını növbəyə yaza bilərlər. Növbədə gözləyən şagirdlərdən bacı/qardaşı həmin müəssisədə təhsil alırsa, yaxud valideynlərindən biri həmin müəssisədə işləyirsə, qeyd edilən şagirdlərin növbəsi boş yer yarandıqda ilk öncə sorğuya keçir. Valideynlərin şagird yerdəyişməsi ilə bağlı hər hansı sualları yarandıqda sy.edu.az elektron sisteminin əlaqə bölməsinə, ASAN xidmət mərkəzlərindəki "Təhsil" pəncərəsinə, MÜTDA-nın 146-2 çağrı mərkəzinə, Regional Təhsil İdarələrinə müraciət edə bilərlər. Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin baş məsləhətçisi Fəridə Bilişzadə deyir ki, vətəndaşın yaşadığı ərazi ilə məktəb arasındakı məsafə 2 km-dən çox olduqda, məcburi köçkün məktəblərinə elektron yerdəyişmə edilə bilər. O qeyd edib ki, vətəndaşın yaşayış ünvanına daha yaxın məsafədə yerli məktəb mövcuddursa, bu halda məcburi köçkün məktəblərinə yerdəyişmə etməyə icazə verilmir: "Vətəndaşın yaşadığı ərazi ilə məktəb arasındakı məsafə 2 km-dən çox olduqda, məcburi köçkün məktəblərinə elektron yerdəyişmə edilə bilər. Vətəndaşın yaşayış ünvanına daha yaxın məsafədə yerli məktəb mövcuddursa, bu halda məcburi köçkün məktəblərinə yerdəyişmə etməyə icazə verilmir".

Elm və Təhsil Nazirliyindən bildirilib ki, şagirdlərin ölkədən xaricə və ya xarici ölkələrdən Azərbaycanın məktəblərinə yerdəyişməsi valideynlərin (digər qanuni nümayəndələrin) ərizələrinin qeydiyyatı aparılmaqla sistem vasitəsilə həyata keçirilir. Valideyn ilk əvvəl yerdəyişmə etmək istədiyi məktəbə yaxınlaşaraq övladının "Ümumi təhsil informasiya" alt sisteminə daxil edilməsi üçün müraciət etməlidir. Məktəb həmin uşağı bazaya daxil etdikdən sonra valideynə övladının UTİS kodunu təqdim edir. Daha sonra valideyn adi qaydada şagirdlərin elektron yerdəyişməsi sistemində qeydiyyatdan keçərək sorğu yerləşdirir.

Valideyn (digər qanuni nümayəndə) övladının işğal olunmuş ərazilərin yerli təhsili idarəetmə orqanlarının tabeliyində olan məktəbə (bundan sonra - məcburi köçkün məktəbi) yerdəyişməsi üçün sorğu yerləşdirərkən onun məcburi köçkün olması elektron sistem vasitəsilə yoxlanır. Valideynin məcburi köçkün olmasını təsdiq edən sənəd elektron sistemdə müəyyən edilməzsə, bu barədə müvafiq sənəd skan olunmuş şəkildə sistemə yerləşdirilir.

Fəridə Bilişzadə qeyd edib ki, şagirdlərin elektron yerdəyişməsi zamanı imtinaların əsas səbəbi xarici dil uyğunsuzluğudur: "Digər əsas səbəb yaşayış ünvanı ilə bağlıdır. Belə ki, bəzən məlumatlar düzgün yüklənmir və ya təqdim olunan arayışda qeyd edilən ünvan məktəbin mikroərazisinə daxil olmur. Əgər şagirdin yerdəyişməsi üçün müraciət edilən məktəbdə xarici dil ilə bağlı uyğunsuzluq varsa, birmənalı olaraq imtina verilir. Lakin məktəb ucqar ərazidə yerləşirsə və yaxınlıqda alternativ məktəb yoxdursa, o halda yerdəyişmə təsdiqlənə bilər".

Təhsil eksperti Cahid İmanlının dediyinə görə, bu prosesdə 11-ci sinif şagirdləri iştirak edə bilməz.  Buraxılış imtahanlarının verilməsi səbəbi  ilə 9-cu sinif şagirdləri üçün də qeydiyyat prosesi martın 5-nə qədər davam edəcək. Valideynlər övladlarını yerdəyişmə etmək üçün ilk öncə yerləşmək istədiyi təhsil müəssisəsinə müraciət etməlidir: "Şagirdin köçürülməsi üçün şərtlər uyğun olarsa, məktəb rəhbərliyi elektron qaydada şagirdə çıxarış verir. Məhz həmin çıxarışı oxuduğu məktəbə təqdim etdikdən sonra  şagird məktəbin elektron bazasından çıxarılır. Şagirdlər yeni məktəbə gedərkən onların şəxsi işləri də özlərinə verilir. Lazım olduqda yeni məktəb rəhbərliyi şagirdin müvvəfəqiyyət göstəricilərini də arayiş şəklində tələb edə bilər".

Təhsil eksperti Kamran Əsədov bildirib ki, şagirdlərin yerdəyişmə prosesi valideynlər üçün vacib və diqqət tələb edən bir prosesdir: "Fevralın 25-də baş tutacaq bu proses zamanı valideynlər bir sıra mühüm məqamları nəzərə almalıdırlar ki, övladlarının təhsili ilə bağlı problemlər yaşanmasın və yerdəyişmə prosesində heç bir texniki və hüquqi maneə ilə qarşılaşmasınlar. İlk növbədə, valideynlər yerdəyişmə prosesinin qaydaları ilə tanış olmalıdırlar. Şagirdlərin yerdəyişməsi Təhsil Nazirliyinin elektron sistemində aparılır və burada müəyyən prosedurlar mövcuddur. Hər bir valideyn əvvəlcə övladını hansı məktəbə köçürmək istədiyini dəqiqləşdirməli və bu məktəbdə boş yerlərin olub-olmaması ilə maraqlanmalıdır. Əgər seçilən məktəbdə boş yer yoxdursa, müraciət qəbul edilməyə bilər. Valideynlər övladlarını yeni məktəbə köçürmədən əvvəl həmin təhsil müəssisəsinin şəraiti, tədris səviyyəsi, müəllim heyəti və akademik mühiti haqqında ətraflı araşdırma aparmalıdırlar. Bəzi valideynlər yalnız məktəbin coğrafi yerləşməsinə əsaslanaraq yerdəyişmə edirlər, lakin bu, bəzən gözlənilən nəticəni verməyə bilər. Əgər valideyn övladının daha yaxşı təhsil almasını istəyirsə, əvvəlcədən seçilən məktəblə əlaqə saxlamalı, şagirdlərin akademik göstəriciləri və məktəbin ümumi təhsil keyfiyyəti ilə maraqlanmalıdır. Yerdəyişmə zamanı ən vacib məsələlərdən biri də sənədlərin düzgün şəkildə təqdim edilməsidir".

Ekspertin sözlərinə görə, bəzi hallarda valideynlər övladlarının məktəb dəyişməsini sırf şəxsi səbəblərə görə edirlər: "Lakin burada əsas diqqət yetirilməli məqam odur ki, şagirdin akademik uğurları və psixoloji uyğunlaşması nəzərə alınsın. Çünki tez-tez məktəb dəyişmək uşağın təhsil prosesinə mənfi təsir göstərə bilər. Yeni mühitə uyğunlaşmaq, müəllim və sinif yoldaşları ilə yenidən əlaqə qurmaq şagird üçün stresli ola bilər. Bu səbəbdən valideynlər bu qərarı qəbul etməzdən əvvəl psixoloji aspektləri də nəzərə almalıdırlar. Əgər şagird orta məktəbdə yuxarı siniflərdə oxuyursa və buraxılış imtahanlarına hazırlaşırsa, məktəb dəyişmək bəzi problemlər yarada bilər. Çünki müxtəlif məktəblərdə tədris proqramlarının həyata keçirilmə tempi fərqli ola bilər və şagird yeni məktəbdə əvvəlki biliklərini uyğunlaşdırmaqda çətinlik çəkə bilər. Bu səbəbdən, xüsusilə 9 və 11-ci sinif şagirdlərinin yerdəyişməsi zamanı dərs proqramlarının uyğunluğuna xüsusi diqqət yetirilməlidir. Eyni zamanda, bəzi məktəblər valideynlərdən əlavə ödənişlər tələb edə bilər. Dövlət məktəblərində belə hallar qanunsuzdur və valideynlər rəsmi dövlət qurumlarına müraciət edərək bu cür ödənişlərdən yayınmalıdırlar. Əgər məktəbə qəbul zamanı valideynlərdən əlavə ödəniş tələb olunursa, bu barədə Elm və Təhsil Nazirliyinə şikayət etmək mümkündür. Nəticə etibarilə, valideynlər yerdəyişmə prosesində emosional deyil, rasional qərar verməlidirlər. Onlar yeni məktəbin imkanlarını, şagird üçün uyğunluğunu və akademik mühitini araşdırmalı, sənədləşmə prosesini diqqətlə izləməli və övladlarının təhsilinə heç bir mənfi təsir göstərməyəcək şəkildə bu prosesi tamamlamalıdırlar. Belə olduqda, şagirdin təhsil keyfiyyəti və akademik inkişafı üçün ən uyğun qərar qəbul edilmiş olacaq".

Əməkdar elm xadimi, professor Şahlar Əsgərovun sözlərinə əsasən, şagird yerdəyişməsinin elektronlaşdırılması bu prosesdə məktəb və valideyn arasında olan məsafənin azaldılması, valideynin təhsil müəssisəsi ilə təmasının daha şəffaf şəkildə təşkilinə yardım edir. Eyni zamanda prosesin elektronlaşdırılması tədris ili ərzində şagird yerdəyişməsinin hesabatlılığı, statistikası və digər bu kimi məlumatların tez bir zamanda əldə edilməsinə imkan yaradacaq.

Professor bildirib ki, şagirdlərin ümumi təhsil müəssisələrinə elektron qaydada yerdəyişməsi təhsilin inkişafı üzrə dövlət strategiyası çərçivəsində həyata keçirilən işlərin tərkib hissəsidir: "Elektron xidmət ölkənin bütün ümumi təhsil məktəblərində təhsil alan şagirdlərin bir məktəbdən digər məktəbə yerdəyişməsini və ya eyni məktəb daxilində sinfinin dəyişdirilməsi məqsədilə müraciətlərini qeydə alan, bu müraciətlərin elektron qaydada baxılmasını və icra edilməsini təmin edən elektron xidmətdir. Bu elektron xidmətin yaradılmasında başlıca məqsəd şagirdlərin hərəkəti prosesinin elektron qaydada avtomatlaşdırılması və nəticədə mümkün qədər insan faktorunun azaldılması, prosesin sadələşdirilməsi və vətəndaş məmnuniyyətinin təmin edilməsidir. Sistem məktəb məlumatlarının əldə olunması, yerli idarəetmə orqanları üçün nəzərdə tutulan interfeys, valideyn interfeysi, qeydiyyat, uşağın qeydiyyatı, yeni sorğunun yerləşdirilməsi, özəl məktəblərə keçid halı, gözləmə menyusu, sorğunun cari statusunu görmək imkanı, onlayn dəstək kimi funksionallıqlardan ibarətdir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:333
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Fevral 2025 18:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see403

Təranə Musa cütlüyünün evi müzakirə yaratdı (Video)

12 Noyabr 2026 15:26see314

Vəba və taun xəstəlikləri ilə bağlı vəziyyət olduqca çətindir Putin

12 Noyabr 2026 21:05see294

Əzələləri kompüterlə yaradılan məşhur aktyor necə dəyişib?

12 Noyabr 2026 19:23see285

Qış üçün C vitamini ehtiyatını hansı məhsullardan toplamaq olar?

12 Noyabr 2026 22:45see276

Gecələr yuxusuz, səhərlər yorğun… Yuxusuzluq beynə necə təsir edir?

12 Noyabr 2026 19:08see272

Təbiətin gizli təhlükəsi Zəhərli göbələklərdən ehtiyatlı olun Video

12 Noyabr 2026 18:02see266

Azərbaycanda ötən ay ərzaq məhsulları 6,7 faiz bahalaşıb

12 Noyabr 2026 17:31see264

Bakıda yeni salınacaq parkla bağlı işlərə başlanılıb

12 Noyabr 2026 19:13see264

Autizm xəstəsi olan uşaq məktəbə götürülmür (Video)

12 Noyabr 2026 21:36see242

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see227

“Ən bahalı əl işimi 12 min manata satmışam” Təhminə Seyidzadə ilə MÜSAHİBƏ

12 Noyabr 2026 15:42see221

Vüsalə Əlizadə: Bizdə menecer işi sıfır səviyyədədir

12 Noyabr 2026 16:31see219

Avropanın Azərbaycanın enerji və tranzit potensialına tələbatı artır

12 Noyabr 2026 21:00see218

Bir gecədə qazanılan sərvətin görünməyən üzü İT milyarderləri niyə peşmandırlar?

12 Noyabr 2026 12:04see217

Azərbaycan ilə Ermənistan arasında işçi qrupları yaradılıb

12 Noyabr 2026 21:29see217

Putin və Tramp Çində Rusiya Ukrayna münaqişəsinin müzakirəsini davam etdirəcəklər

12 Noyabr 2026 21:53see215

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see211

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see206

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see204
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri