Icma.az
close
up
RU
525 ci qəzet Kiminsə tərifi, ya tənqidi mənim üçün maraqlı deyil

525 ci qəzet Kiminsə tərifi, ya tənqidi mənim üçün maraqlı deyil

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktrisası İlahə Həsənova Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Dram-teatr aktyorluğu fakültəsini bitirib. 2007-2008-ci illərdə Bakı Bələdiyyə Teatrında, sonra isə YUĞ teatrında çalışan İ.Həsənova 2010-cu ildən Akademik Milli Dram Teatrında fəaliyyət göstərir. O, teatr səhnəsində M.F.Axundzadənin "Sərgüzəşti Vəziri xani Lənkəran", Elçinin "Teleskop" və "Şekspir", A.Saqarelinin "Xanuma", B.Brextin "Kuraj və uşaqları", K.Abdullanın "Şah və şair", "Bir, iki, bizimki" və "Sehrbazlar dərəsi", V.Hüqonun "Qadın məhəbbəti", H.Cavidin "Əmir Teymur", N.Qoqolun "Müfəttiş", A.Şaiqin "Qaraca qız", M.Frişin "Don Juan və həndəsə", A.Tolstoyun "Buratino", Y.Polyakovun "Sinif yoldaşları", V.Şekspirin "On ikinci gecə və yaxud hər nə istəsəniz", Ş.Qurbanovun "Sənsiz" kimi tamaşalarında müxtəlif obrazlar yaradıb. İ.Həsənova həmçinin "Hədiyyə" və "Nar bağı" filmlərində, eləcə də "Əqrəb mövsümü" serialında rollar alıb.

Aktrisa İlahə Həsənova ilə söhbəti oxuculara təqdim edirik.

- İlahə xanım, Akademik Dram Teatrına YUĞ-dan gəlmisiniz. İki teatrın strukturu bir-birindən fərqləndiyinə görə Dram Teatrında çətinliklə qarşılaşdınızmı?

- Akademik Dram Teatrına gəlməyimi elə YUĞ-da olarkən Vaqif İbrahimoğlu özü istəmişdi. Yox, Dram Teatrında elə də çətinliklə qarşılaşmadım, çünki YUĞ Teatrında cəmi iki il işləmişdim. Bəlkə də, orada beş-on il işləsəydim, çətinliyim olardı.

- "Nar bağı" filmindəki rolunuza görə 15-ci Beynəlxalq Kazan Festivalında "Ən yaxşı aktrisa" nominasiyasının qalibi olmusunuz. Bununla yanaşı, bir sıra mükafatlara da layiq görülmüsünüz. Amma buna baxmayaraq, sizi səhnədə, ekranlarda az-az görürük.

- Ümumiyyətlə, hər təklifə "hə" deməyi başa düşmürəm. İnsan istəyir ki, yaxşı işlərdə rol alsın. Mən belə düşünürəm. Təbii ki, hər insanın öz fikri var. Əgər sənə təklif olunan yeni iş əvvəlkindən yaxşı olmayacaqsa, orada iştirak etməyin bir mənası yoxdur. Mənə yenidən geri qayıtmaq lazım deyil. Sənə təklif olunan işdə üstün olanı seçməlisən. Belə olmayanda yerində saymağa başlayırsan. Görünmək xətrinə görünməyi sevmirəm. Xarakter olaraq insanlara çox yapışan biri deyiləm. Hərdən düşünürlər ki, sənət aləmində olan insanlar digər insanlarla daha çox münasibətdə olmalıdırlar. Amma fikrimcə, bizim digər insanlarla münasibətimiz olmamalıdır. Onlarla birbaşa ünsiyyətdə həkimlər, satıcılar olurlar. Öz kollektivimizdən başqa, mən heç kimlə ünsiyyətdə olmağı sevmirəm. Hərdən həkimə gedəndə fikirləşirəm ki, bu insanlar necə hər gün başqa-başqa insanlarla danışır, onlarla ünsiyyətdə olur, fikirlərini dinləyir, məsləhətlər verir, onlara səbr edirlər. Bunlar məndə yoxdur. Məsafəli insanam. Özümdən asılı deyil, yüksək səviyyəli işlərdə rol almağı daha üstün tuturam. Hər işdə rol alıb görünmək mənlik deyil.

- Məsafəli xarakterinizi obrazlara yansıdırsınızmı?

- Məncə, hə. Hərdən özüm də görürəm ki, rollarımda bir az qəribəlik var. Belə deyim, oynadığım obrazlar yavaş-yavaş açılır. Birdən-birə hər şeyi ortaya qoymaq xarakterimdə də yoxdur. Oynadığım rolları da tamaşaçı hər səhnədə yavaş-yavaş tanıyır.

- Deyəsən, məşhur olmağın da tərəfdarı deyilsiniz.

- Məşhurlaşmaq çox asandır və mən bunu sevmirəm. Ehtiyac duymuram. Bu işi məşhur olmaq üçün yox, sevdiyimə görə görürəm. Vəssalam. Kiminsə tərifi, ya tənqidi mənə maraqlı deyil. Əgər yaxşı bir işin içindəsənsə, onsuz da hər zaman seviləcəksən. Burada məşhur olmağın bir önəmi yoxdur.

- "Nar bağı" filmi, "Sənsiz" tamaşası və "Əqrəb mövsümü" serialı xeyli səs-küyə, marağa səbəb oldu. Bəs bunlardan hansı İlahə Həsənovanın yaradıcılığına daha çox töhfə verdi?

- Əslində "Sənsiz" tamaşasının mənə xüsusi bir qatqısı olmadı. Teatrda o qədər elə rollarda oynamışam ki. Həmçinin "Əqrəb mövsümü" də. Mənim yaradıcılığıma ən böyük qatqını "Nar bağı" verdi. Həm ilk tammetrajlı filmim idi, həm də o vaxta qədər elə bir obraz canlandırmamışdım.

- İlahə xanım, bəzi aktyorların fikrincə, tanıtmayan baş rolda oynamaqdansa, tanıdan epizodik rol oynamaq daha yaxşıdır. Siz nə düşünürsünüz bu barədə?

- Mən bu fikirlə razı deyiləm. Tanıtmayan baş rol və tanıdan epizodik rol yoxdur. Yaxşı rejissor, dramaturq, komanda və yaxşı partnyor var. Sən də rolunu yaxşı oynayandan sonra uğursuz baş rol və uğurlu epizodik rol seçimi olmur. Elə bir şey yoxdur, rol roldur. Amma uğursuz komandanın içində baş rol almaq problem yarada bilər. Belə baş rolda oynamaqdansa, uğurlu komandada epizodik rol ala bilərsən. O, daha vacibdir. Amma o söz yalan sözdür ki, mən böyük uğursuz roldansa, kiçik uğurlu rolu seçərəm. Çünki yaxşı işdə böyük də böyükdür, balaca da balacadır.

- Kamal Abdullanın "Sehrbazlar dərəsi" romanı əsasında hazırlanmış tamaşasında da rol almısınız. Bu tip əsərlərdə çıxış edərkən ssenaridən əlavə əsərin özü ilə də maraqlanırsınızmı?

- Hə, birinci romanı oxuduq, sonra ssenari ilə tanış olduq. Öz təbiətimdə də bu var. Əvvəlcə suallar, araşdırma aparmaq, sonra isə yaradıcılıq. Birdən-birə ssenariylə tanış olmaq, öz sözlərini öyrənib səhnəyə çıxmaq mümkün deyil. "Sehrbazlar dərəsi" yazıçı Kamal Abdullanın üçüncü işidir ki, mən rol alıram - birinci "Şah və şair"də, ikinci "Bir, iki, bizimki", indi də bu tamaşa. Azdan-çoxdan Kamal müəllimin qələmini, yazısını duya bilirəm, mənə daha rahat gəlir. Amma bu o demək deyil ki, buna görə mən əsəri oxumayım. Oxuyuram, ümumiyyətlə, hamısını oxumaq lazımdır.

- "Hədiyyə" filmində sevgilisinə görə saçlarını fəda edən qadın obrazını, "Nar bağı" filmində yoldaşı atıb gedən qadın obrazını, "Əqrəb mövsümü"ndə isə övladını itirmiş ana obrazını canlandırmısınız. Bunlardan hansı İlahə Həsənova kimi davrandı?

- İnanın ki, hamısında İlahə Həsənova var.

- Amma "Nar bağı" filmindəki obrazınızı tənqid etmisiniz.

- Yox, düşüncə olaraq bildirmişəm ki, kaş belə davranmayaydı. Belə deyim, mən müəllifin əsərini oxuyanda istəyirəm, həmin şəxs sağ olsun, mən də ona sual verim ki, niyə bunu belə yazmısan? Sonra başa düşürəm ki, heç bir yazıçı bunun cavabını sənə verməyəcək. Çünki bu, gizli bir şeydir, onun keçmişidir, gələcəyidir, arzularıdır. Həmçinin, mən də bir obraz haqqında deyə bilmərəm ki, bu, sırf İlahə Həsənovadır. Hamısı mənəm. Bəzən demək istəmirsən ki, nəyə görə bu obraz məndə alındı? Çünki bu, yaradıcılıqdır, sənindir, bölüşmək mümkün deyil. Amma hamısı İlahədir, həmin obrazı başqa aktrisaya versən, başqa cür oynayacaq. Eyni rejissor olsa belə, başqa cür canlandıracaq, başqa cür duyacaq. Mümkün deyil ki, hamı bir obrazı eyni canlandırsın. 

- Ümumiyyətlə, hansı mövzuda ssenarilər marağınıza daha çox səbəb olur?

- Belə deyim, çox məişət üslubunu sevmirəm. Məsələn, "Əqrəb mövsümü"ndəki obrazım bütün gün evin içində idi, düşündüm ki, həmin obrazı canlandıra bilməyəcəyəm. Amma onun düşüncələri məişət mühitindən çıxmalı idi, buna görə mənə maraqlı gəldi. Yoxsa, mən gəldim, qışqırdım, oturdum, getdim. Bunlar maraqlı deyil. Onsuz da bizim həyatımız məişətdir. Bu sənəti gözəlləşdirən, özəlləşdirən, sevdirən səni məişətdən uzaqlaşdırmağıdır. Həyatı tamaşaçının görə bilmədiyi tərəfdən göstərirsən. Yoxsa bu işin nə mənası var ki?

- Aktrisa üçün yaşın ötməyini, üzdə qırışların yaranmasını, gənc qız görkəmində olmamağı faciə hesab etmək olarmı?

- Şəxsən mən düşünürəm ki, 15 ildir ki, burdayam və mənə yenidən əvvəlki rollarımı verəndə maraqlı gəlmir, istəmirəm. Artıq oynamışam və yaradıcılıq baxımından da həmin rollar o qədər yüklü olmur. Çünki yazan da başa düşür ki, bu, gəncdir və sən onu nə qədər yükləyə bilərsən. Ən gözəl yaradıcılıq işləri 30-35 yaşdan sonra olur. Mənim elə kompleksim yoxdur və mənə gənc yaşlı bir rol verəndə maraqlı gəlmir. Görünmək başqadır, amma maraqlı deyil. Başqa mərhələyə keçmək lazımdır. Artıq mən oynadığım rolu yeni gələn gənc aktyor oynamalıdır, axı o da böyüməlidir. Çünki bu sənətdə tək deyilik, əgər sənin partnyorun yoxdursa, yaxşı iş gördüyünü düşünsən belə, kənardan elə görünməyəcək. Bu iş kollektiv işdir, burada hamı bir-birinə kömək etməli, dəstək olmalıdır. Məni bu sənətdə bir şey incidir. Kaş individual bir sahə olardı, müğənni kimi məsələn. Amma mümkün deyil, rejissorun olmalıdır, yazıçın olmalıdır, kollektivin olmalıdır. Çətindir. Tək mümkün deyil. Mono-tamaşan ola bilər, yaxud iki-üç nəfər yığışıb bir iş görə bilərsiniz. Amma o da bir-iki dəfə olar. Sən nə qədər mono-tamaşa oynaya bilərsən? Bu sənətdə kollektiv əsas məsələdir. Sən yaxşı oynaya bilərsən, amma partnoyrun yaxşı olmasa, sənin işığın olmayacaq.

- İlahə xanım, sizi başqa aktrisalardan fərqləndirən məqamlardan biri də açıq-saçıq səhnələrdə rol almağınızdır. Yəqin ki, buna görə daha çox sizə müraciət olunur. Bu mövzuda gələn bütün təklifləri qəbul edirsinizmi?

- Mənim teatrda da elə səhnələrim olub və buna iş gözü ilə baxmışam, heç vaxt böyütməmişəm. Bəziləri deyir ki, mənə artıq pul versələr, o səhnədə çəkilərəm. Amma həyatı boyu mən belə bir şey etmərəm. Heç vaxt deməmişəm ki, bu işdə belə bir səhnə var, buna görə mənə əlavə ödəniş edin. Ssenarini oxuyuram, qəbul edirəm və maddi tərəfini danışıram. Bu mövzunu böyütdükcə kənardan da pis görünür. Amma adiləşəndə sənin üçün heç nə olur. İnanın, bu, tamaşaçıların düşüncəsi deyil, bizim sənətdə olanların - aktyorların, rejissorların düşüncəsidir. Onlar özləri böyüdürlər. Amma burada heç nə yoxdur, siz normal, səviyyəli, gözəl sevgi əsəri çəkin, tamaşaçı buna baxacaq, deməyəcək ki, buna bax, gör nə edirlər. Bunu biz özümüz böyüdürük. Bu sahədə belə söhbətlər hələ də qalıb. Mən o səhnəyə çəkiləndən sonra tərəf müqabilim olan həmin aktyorla həmişəki kimi "salam-sağ ol" edirəm. Bunu bizim içimizdəkilər böyüdür, mənə təsir edən də budur. Böyüdüləsi o qədər problem var ki, gör gəlib nəyi problem edirlər? Gəlib deyirlər, bu qədər ödəniş elə, həmin səhnəyə çəkilim. Ayıbdır, vallah. Deyin ki, mən istəmirəm belə səhnəyə çəkilmək, bitdi, getdi. Bəziləri deyir ki, bu o səhnəyə çəkilib, mən heç vaxt bunu etmərəm. Sən kimsən, barmaqla kimisə göstərirsən ki, o bunu etdi, mən etmərəm. Aktrisa sənəti xoşuna gəlmirsə, çıx get bu sahədən, heç kim səni heç nəyə məcbur eləmir ki. Xoşun gəlmir, yaxşı yol. O adamlar məndə qıcıq yaradır. Özünüzü nə hesab edirsiniz? Bəzən özləri tərbiyəsizlik həddinə gəlirlər. Kimsə həmin səhnəyə çəkilməyi qəbul etməyə bilər, bu, normaldır. Həmin səhnələrə çəkilmək xüsusi istedad tələb edir, hər kəs də bunu bacarmır. Amma kimisə barmaqla göstərmək tərbiyəsizlikdir. Niyə bizim düşüncəmiz dəyişmir?

Ləman İLKİN

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:35
embedMənbə:https://525.az
archiveBu xəbər 24 Fevral 2025 14:03 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Şəhid mayorun xanımına vəzifə verildi FOTO

14 Aprel 2025 09:50see148

Çində küləklə bağlı narıncı xəbərdarlıq elan edilib

14 Aprel 2025 05:53see142

Netanyahu: Hədəfimiz israilli məhbusları azad etməkdir

14 Aprel 2025 19:44see136

Elektrikli avtomobillər qlobal istiləşmə ilə mübarizədə faydasızdır

14 Aprel 2025 07:57see134

Ağdərəyə növbəti köç karvanı yola salınıb (Yenilənib)

14 Aprel 2025 08:53see134

Günah müğənnilərdə deyil, onlardadır

14 Aprel 2025 16:46see128

Hollivud şirkətləri filmləri Trampın istədiyi formada çəkəcək

15 Aprel 2025 05:18see127

Həkim rusların hansı kateqoriyasına Pasxa üçün yalnız bir yumurta yeyə biləcəyini söylədi

14 Aprel 2025 13:20see124

Tumların beyinə faydası sübut olundu

15 Aprel 2025 05:43see123

Qan təzyiqini artıran bir nömrəli məhsul…

14 Aprel 2025 04:45see121

Mourinyo yenidən Realı çalışdıra bilər

14 Aprel 2025 13:31see121

Məhkəmədə Robert Köçəryan ifşa olundu

14 Aprel 2025 23:43see117

Neft bazarında narahatlıq yaradan dalğalanma: Bu, Azərbaycan üçün hansı nəticələr doğura bilər?

14 Aprel 2025 04:52see115

Ən çətin xəstəliklərdən biri olan Borderline şəxsiyyət pozğunluğunun əlamətlərini bilirsinizmi?

15 Aprel 2025 00:22see115

Goldman neft qiymətlərinin 2026 cı ildə daha da düşəcəyini gözləyir

14 Aprel 2025 11:53see115

Əsgərlikdən yeni qayıtmışdı… Bu gecə vəfat etdi FOTO

14 Aprel 2025 06:15see114

Çin ABŞ a nadir torpaq metallarının ixracını dayandırıb

14 Aprel 2025 12:15see114

Şəhriyar Əsgərov: Hakimlərin bərbad idarəçiliyi bu vəziyyətə gətirib çıxardı

14 Aprel 2025 16:40see113

Zelenski: ABŞ vitse prezidenti Putinin hərəkətlərinə haqq qazandırır”

14 Aprel 2025 09:54see111

Bakıda Art Weekend festivalı keçiriləcək

14 Aprel 2025 14:26see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri