Icma.az
close
up
RU
525 ci qəzet Korrupsiya, məkrli siyasi ambsiyaların icrası USAID in fəaliyyətinin əsasını təşkil edir Ekspert

525 ci qəzet Korrupsiya, məkrli siyasi ambsiyaların icrası USAID in fəaliyyətinin əsasını təşkil edir Ekspert

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Son günlər Amerika gündəliyində əsas məsələlərdən biri məhz USAID-in qapadılması mövzusudur. Təxminən 10 gün əvvəl Prezident Donald Tramp bəyanat verdi ki bu təşkilat ABŞ Dövlət Departamentinin tərkibinə daxil ediləcək və onun fəaliyyəti ciddi şəkildə təftiş olunacaq. Daha sonra gələcəyi ilə bağlı qərar veriləcək.

Bu barədə 525.az-a Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov deyib.

“Məlum olduğu kimi, bundan əvvəl Tramp 90 gün müddətinə ABŞ-ın bütün xarici yardımların dondurmuşdu. Xarici yardım deyəndə də ilk ağıla gələn qurum sözsüz ki, USAID-dir. 1961-ci ildə yaranan bu qurumun guya əsas məqsədi digər dövlətlərə humanitar yardımlar göstərmək, onların inkişafına, vətəndaş cəmiyyətinin demokratiyanın təcəssümünə səbəb olmaqdır. Amma bunlar sözsüz ki, hamısı rəsmi məqsədlərdir, reallıqda bilirik ki, bu təşkilat bir növ Amerikanın yumuşaq güc mexanizmlərindən biri, eyni zamanda da ABŞ-ın gizli, pərdəarxası əməliyyatlarının həyata keçirilməsi üçün bir çətir rolunu oynayırdı. Hələ 1970-ci illərdə amerikan jurnalist Uilyom Blum bildirmişdir ki, bu təşkilat ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəlidir. ABŞ-ın Mərkəzi Kəşfiyyatının bir çox əməkdaşı məhz USAID işçisi kimi xarici ölkələrə ezam olunaraq orda müxtəlif yönümlü gizli əməliyyatlar həyata keçiriblər. Bütün bunlar onu göstərir ki, məhz bu təşkilat vasitəsilə Amerika digər dövlətlərin daxili işlərinə müdaxilə edib, həmin dövlətlərdəki siyasi, iqtisadi proseslərə nəzarət etməyə çalışıb, öz təsir dairəsini artırmaq məqsədini güdüb”, - ekspert bildirib.

O əlavə edib ki, söhbət heç də xoşməramlı, humanitar işlərdən getmir. Bu mənada USAID-in Azərbaycandakı fəaliyyəti də istisna deyil. Azərbaycan məhz bu səbəbdən ABŞ-a USAID-in bağlanması ilə əlaqədar bildirişi göndərib.

S.Zahidov deyib ki, USAID-in Azərbaycandakı fəaliyyətində həm korrupsiya, həm mənimsəmə, eyni zamanda da şantaj, yalan və dezinformasiya faktları üzə çıxmış oldu: "USAID həm COP29, həm Formula1 ərəfəsində Azərbaycanı tənqid etməsinin, ölkəmizə qarşı qərəzli münasibətinin əsas pərdəarxası məqamı da bu təşkilatın rəhbərliyinin Ermənistan diasporası və erməni siyasi istebleşmenti  ilə yaxınlığı ilə bağlıdır. Təşkilatın keçmiş rəhbəri Samanta Pauer dəfələrlə Ermənistana səfər edib, Qarabağa onun qanunsuz şəkildə səfiri gündəmdə idi, o zaman Laçın dəhlizi məsələsində guya Qarabağdakı ermənilərə yardım gətirmək adı altında ora səfər etmək istəmişdi. Həmin vaxt Azərbaycanı qərəzli şəkildə tənqid etmişdi. Halbuki 30 il işğala məruz qalan, 1 milyon qaçqını olan biz, tənqid hədəfi də yenə biz. Bütün bunlar hamısı bu təşkilatın ermənipərəst, Sorospərəst mahiyyətini bir daha ifşa etmiş oldu. Yeri gəlmişkən, Samanta Pauer özü dəfələrlə Sorosla görüşüb, iki qurum arasında yaxın əlaqələrin olduğu artıq hər kəsə məlumdur”.

Ekspert vurğulayıb ki, 2012 ci ildə Latın Amerikası ölkələri - Venesuela, Honduras, Salvador birmənalı şəkildə USAID-in ölkələrindən çıxarılmasını tələb etdilər. 2013-cü ildə Boliviya, daha sonra Kuba bunu tələb etdi, post-sovet ölkələri, Şərqi Avropa ölkələrinin də bununla bağlı tələbləri oldu. “Çünki bütün bu dövlətlər USAID-in əslində öz məkrli planlarını yerinə yetirmək istədiyini, humanitar məsələlərdə maraqlı olmadığını, ölkələrdə təsir dairələrini genişləndirərək yeri gələndə insanları çevrilişlərə, inqilablara hazırladığını anladılar. Gürcüstanın baş naziri İrakli Kobaxidze bu yaxınlarda bəyanat verdi ki, USAID Gürcüstandakı siyasi proseslərə müdaxilə edir. Oxşar açıqlamaları ərəb ölkələrindən də görürdük. 2011-ci ildəki “Ərəb baharı”nın arxasındakı faktorlardan biri də USAID və ona bənzər digər təşkilatlar idi. İnsanları manipulyasiya edərək, qrantlar verərək onların öz mənliyini, dəyərlərini satın almağa çalışaraq sırf öz məqsədləri naminə həmin insanlardan istifadə edirdilər. Bu təşkilatların başında sözsüz ki, USAID dayanır. Bayden administrasiyası dönəmində USAID daha da fəallaşmışdı. Aqressiv şəkildə dövlətlərin daxili işlərinə müdaxilə edərək ölkə daxilində öz rolunu daha da möhkəmləndirməyə çalışmışdı”, - ekspert söyləyib.

Onun sözlərinə görə, Azərbaycanda bu baş vermədi, USAID öz məqsədlərinə çata bilmədi: “Amma Ermənistanda bunun şahidi olduq. Həmçinin Gürcüstandakı proseslərdə USAID-in aktivləşməsini gördük. Çox güman ki artıq USAID-in əvvəlki dönəmi qapanır, İlon Maskın təbirincə desək, bu təşkilatın mövcudluğu Amerikanın milli maraqlarına uyğun deyildir. Eyni fikirləri dövlət katibi Marko Rubio da səsləndirib. Həqiqətən də bu təşkilatın fəaliyyəti ABŞ-ın digər dövlətlərdəki imicinə, statusuna böyük ziyan vurub. USAID-in fəaliyyətinə məruz qalan dövlətlər sırf destruktiv  fəaliyyətinə görə əksər hallarda Amerikaya ikrahla baxırlar”.

S.Zahidov separatçı Ruben Vardanyanın USAID-lə yaxın  əlaqələrini də qeyd edib: "Onun fondlarında bu günə kimi USAID-in əməkdaşları çalışmaqdadılar. Bunlar hamısı – USAID, erməni siyasi istebleşmenti, erməni diasporasının bəzi nümayəndələri, separatçlar, eyni zamanda da Bayden administrasiyası və demokrat konqresmenlərin bəziləri bir şəbəkədirlər.  USAID kimi təşkilatlar vasitəsilə humanitar  yardımlar adı altında öz məkri niyyətlərini fərqli-fərqli dövlətlərdə həyata keçirməyə çalışırlar. Eyni zamanda, bundan ziyan çəkən həmin dövlətər, onların xalqları, ölkələrdəki siyasi sabitlik olur. Həm də ABŞ vətədaşları ziyan çəkirlər. Çünki büdcəsi sadə amerikan vətəndaşlarınn ödədiyi büdcədən formalaşır. Bu pulların mənimsənilməsi faktrları mövcuddur. Samanta Pauerin sərvəti necə olub ki, son bir neçə ildə 23,3 milyon dollar artıb. Məhz USAID-dən humanitar yardımlar üçün nəzərdə tutulmuş pulları mənimsədiyindən qısa zamanda külli miqdarda maiyyə vəsaitinə malik ola bilib.  Bu faktlar bir daha onu göstərir ki, mənimsəmə, korrupsiya, məkrli siyasi ambsiyaları yerinə yetirmək USAID-in fəaliyyətinin əsasını təşkil edir”.

Pərvanə Suıtanova

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Fevral 2025 12:52 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see239

Zaxarova: Britaniyanın Rusiya gəmilərin ələ keçirməsi qanun pozuntusudur

15 Yanvar 2026 17:57see208

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see185

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see171

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see169

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see164

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see158

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see156

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see153

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see147

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see145

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see145

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see140

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see139

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see137

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see136

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see135

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see134

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see130

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri