Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

ChatGPT də problem yarandı

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

525 ci qəzet İnqilablar, məkrli siyasi ambisiyalar, korrupsiya USAID in ifşası davam edir

525 ci qəzet İnqilablar, məkrli siyasi ambisiyalar, korrupsiya USAID in ifşası davam edir

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Pərvanə SULTANOVA
[email protected]

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ifşası davam edir. Humanitar fəaliyyət adı altında bu təşkilat çox sayda qanunsuz işlərlə məşğul olub, xüsusilə müstəqil siyasət aparan ölkələrdə qarşıdurma, xaos yaratmağa çalışıb, dövlətlərin daxili işlərinə müdaxilə edib, bir sıra ölkələrdə hakimiyyət çevrilişlərində əsas təşkilatçı olub, inqilabları maliyyələşdirib. Bu məqsədlə də böyük məbləğdə vəsaitlər xərclənib. Təkcə 2024-cü ildə USAID layihələri üçün 36 milyard dollara yaxın vəsait ayrılıb. Son 9 ildə isə ümumilikdə bu agentliyin xətti ilə 335 milyard dollar xərclənib.

İndiyə qədər bir sıra ölkələrdə USAID-lə bağlı çağırışlar olsa da, bu agentliyin fəaliyyətinə xitam verilsə də, Prezident Donald Trampın hakimiyyətə gəlişindən sonra məhz ABŞ-nin özündə də USAID-in ifşası başladı. Tramp USAID-i görünməmiş miqyasda korrupsiyada ittiham edib. ABŞ Dövlət İdarəetməsinin Səmərəliliyi Departamentinin rəhbəri İlon Mask isə agentliyi “cinayətkar təşkilat” adlandıraraq deyib ki, “bu qurumun “ölməyinin vaxtıdır”. Mask USAID-i bioloji silah istehsalının maliyyələşdirilməsində də ittiham edib.

Məlumat üçün bildirək ki, USAID birbaşa ABŞ prezidenti, dövlət katibi və Milli Təhlükəsizlik Şurasına tabedir. Təşkilatın rəhbəri və müavinləri ABŞ Senatının razılığı ilə Prezident tərəfindən təyin edilir. USAID-in ümumilikdə 10 mindən artıq əməkdaşı olub. Təşkilat dünyanın 100-dən artıq ölkəsində fəaliyyət göstərib və guya yardım proqramları, iqtisadiyyat, səhiyyə, təhsil, demokratiya sahələrinə dəstəklə məşğul olub. Üzə çıxan faktlar isə USAID-in bütün dünya üzrə qanunsuz olaraq QHT və medianı maliyyələşdirdiyini, ölkələrin daxili işlərinə qarışdığını, dövlət çevrilişləri, müstəqil dövlətlərdə qanuni seçilmiş hakimiyyətləri və konstitusion quruluşu devirməyə yönəlik fəaliyyətlə məşğul olduğunu göstərir.

Araşdırmalar üzə çıxarıb ki, USAID 700-dən artıq media, 6 mindən çox jurnalist və 300-ə yaxın media sahəsində çalışan QHT-ni maliyyələşdirib. Bu təşkilat nüfuzlu medialara da maliyyə ayırıb. Məsələn, “The New York Times” (2024-cü ildə 3,1 mln.dollar ayrılıb), “Politico” (8 mln. dollar), “Associated Press” (19 mln. dollar), BBC (2,6 mln. funt), “Reuters” (9 mln. dollar), “Frans-Press” (447 min dollar).

Fevralın 6-dan ABŞ hökuməti bu təşkilat vasitəsilə “The New York Times”, “Politico” və “Associated Press”in maliyyələşdirilməsini dayandırıb.

Ukraynada medianın 90 faizi USAID tərəfindən maliyyələşdirilib. Məlumata görə, 2024-cü ildə USAID Ukraynadakı proqramlarına 6 milyard dollardan artıq vəsait xərcləyib. Bu faktlar bir daha göstərir ki, “azad mətbuat”, “söz azadlığı” adı altında əslində korrupsiya mexanizmi ilə ayrılan maliyyədə məqsəd milli hökumətlərə təzyiq və şantaj rıçaqları hazırlamaq olub.

USAID Azərbaycana münasibətdə də hər zaman qərəzli olub, ölkəmizlə bağlı dezinformasiya, qarayaxma kampaniyası aparıb, ermənipərəst mövqedən çıxış edib. Bu, özünü Azərbaycanda keçirilən mühüm beynəlxalq tədbirlər ərəfəsində daha qabarıq göstərib. Məsələn, 2012-ci ildə “Eurovision” mahnı müsabiqəsi, 2015-ci ildə keçirilən ilk Avropa oyunları, həmçinin 44 günlük Vətən müharibəsində, Laçın yolunda ekoloqların aksiyaları, COP29 dövründə beynəlxalq mediada ölkəmizə qarşı aparılan çirkin kampaniya və s. hamısının arxasında elə USAID dayanıb.

Bu təşkilat öz məkrli məqsədləri naminə terror qruplaşmaları ilə belə əməkdaşlıq edib. “Əl-Qaidə” təşkilatı üçün 10 min porsiya yemək alınması, USAID “Əl-Qaidə”nin gələcək lideri Ənvər Əl-Əvlakinin kollecdə təhsilinin maliyyələşdirməsi və digər faktlar da bunu sübut edir.

Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin (BMTM) eksperti Sultan Zahidov “525”ə şərhində deyib ki, son günlər Amerika gündəliyində əsas məsələlərdən biri məhz USAID-in qapadılması mövzusudur. Təxminən 10 gün əvvəl Prezident Donald Tramp bəyanat verdi ki, bu təşkilat ABŞ Dövlət Departamentinin tərkibinə daxil ediləcək və onun fəaliyyəti ciddi şəkildə təftiş olunacaq. Daha sonra gələcəyi ilə bağlı qərar veriləcək.

Ekspert yada salıb ki, bundan əvvəl Tramp 90 gün müddətinə ABŞ-nin bütün xarici yardımlarını dondurmuşdu: “Xarici yardım deyəndə də ilk ağıla gələn qurum sözsüz ki, USAID-dir. 1961-ci ildə yaranan bu qurumun guya əsas məqsədi digər dövlətlərə humanitar yardımlar göstərmək, onların inkişafına, vətəndaş cəmiyyətinin, demokratiyanın təcəssümünə səbəb olmaqdır. Amma bunlar sözsüz ki, hamısı rəsmi məqsədlərdir, reallıqda bilirik ki, bu təşkilat bir növ Amerikanın yumşaq güc mexanizmlərindən biri, eyni zamanda da ABŞ-nin gizli, pərdəarxası əməliyyatlarının həyata keçirilməsi üçün bir çətir rolunu oynayırdı. Hələ 1970-ci illərdə amerikan jurnalist Uilyam Blum bildirmişdir ki, bu təşkilat ABŞ-nin Mərkəzi Kəşfiyyat İdarəsi ilə əlaqəlidir. ABŞ-nin Mərkəzi Kəşfiyyatının bir çox əməkdaşı məhz USAID işçisi kimi xarici ölkələrə ezam olunaraq orda müxtəlif yönümlü gizli əməliyyatlar həyata keçiriblər. Bütün bunlar onu göstərir ki, məhz bu təşkilat vasitəsilə Amerika digər dövlətlərin daxili işlərinə müdaxilə edib, həmin dövlətlərdəki siyasi, iqtisadi proseslərə nəzarət etməyə çalışıb, öz təsir dairəsini artırmaq məqsədini güdüb”.

Ekspert əlavə edib ki, söhbət heç də xoşməramlı, humanitar işlərdən getmir. Bu mənada USAID-in Azərbaycandakı fəaliyyəti də istisna deyil. Azərbaycan məhz bu səbəbdən ABŞ-a USAID-in bağlanması ilə əlaqədar bildiriş göndərib.

S.Zahidov deyib ki, USAID-in Azərbaycandakı fəaliyyətində həm korrupsiya, həm mənimsəmə, eyni zamanda da şantaj, yalan və dezinformasiya faktları üzə çıxmış oldu: “USAID həm COP29, həm Formula 1 ərəfəsində Azərbaycanı tənqid etməsinin, ölkəmizə qarşı qərəzli münasibətinin əsas pərdəarxası məqamı da bu təşkilatın rəhbərliyinin Ermənistan diasporası və erməni siyasi istebleşmenti ilə yaxınlığı ilə bağlıdır. Təşkilatın keçmiş rəhbəri Samanta Pauer dəfələrlə Ermənistana səfər edib, Qarabağa onun qanunsuz şəkildə səfiri gündəmdə idi, o zaman Laçın yolu məsələsində guya Qarabağdakı ermənilərə yardım gətirmək adı altında ora səfər etmək istəmişdi. Həmin vaxt Azərbaycanı qərəzli şəkildə tənqid etmişdi. Halbuki 30 il işğala məruz qalan, 1 milyon qaçqını olan biz, tənqid hədəfi də yenə biz. Bütün bunlar hamısı bu təşkilatın ermənipərəst, Sorospərəst mahiyyətini bir daha ifşa etmiş oldu. Yeri gəlmişkən, Samanta Pauer özü dəfələrlə Sorosla görüşüb, iki qurum arasında yaxın əlaqələrin olduğu artıq hər kəsə məlumdur”.

Ekspert vurğulayıb ki, 2012-ci ildə Latın Amerikası ölkələri - Venesuela, Honduras, Salvador birmənalı şəkildə USAID-in ölkələrindən çıxarılmasını tələb etdilər. 2013-cü ildə Boliviya, daha sonra Kuba bunu tələb etdi, post-sovet ölkələri, Şərqi Avropa ölkələrinin də bununla bağlı tələbləri oldu: “Çünki bütün bu dövlətlər USAID-in əslində öz məkrli planlarını yerinə yetirmək istədiyini, humanitar məsələlərdə maraqlı olmadığını, ölkələrdə təsir dairələrini genişləndirərək yeri gələndə insanları çevrilişlərə, inqilablara hazırladığını anladılar. Baş nazir İrakli Kobaxidze bu yaxınlarda bəyanat verdi ki, USAID Gürcüstandakı siyasi proseslərə müdaxilə edir. Oxşar açıqlamaları ərəb ölkələrindən də görürdük. 2011-ci ildəki “Ərəb baharı”nın arxasındakı faktorlardan biri də USAID və ona bənzər digər təşkilatlar idi. İnsanları manipulyasiya edərək, qrantlar verərək onların öz mənliyini, dəyərlərini satın almağa çalışaraq sırf öz məqsədləri naminə həmin insanlardan istifadə edirdilər. Bu təşkilatların başında sözsüz ki, USAID dayanır. Bayden administrasiyası dönəmində USAID daha da fəallaşmışdı. Aqressiv şəkildə dövlətlərin daxili işlərinə müdaxilə edərək ölkə daxilində öz rolunu daha da möhkəmləndirməyə çalışmışdı”.

Onun sözlərinə görə, Azərbaycanda bu baş vermədi, USAID öz məqsədlərinə çata bilmədi: “Amma Ermənistanda bunun şahidi olduq. Həmçinin Gürcüstandakı proseslərdə USAID-in aktivləşməsini gördük. Çox güman ki, artıq USAID-in əvvəlki dönəmi qapanır, İlon Maskın təbirincə desək, bu təşkilatın mövcudluğu Amerikanın milli maraqlarına uyğun deyildir. Eyni fikirləri dövlət katibi Marko Rubio da səsləndirib. Həqiqətən də bu təşkilatın fəaliyyəti ABŞ-nin digər dövlətlərdəki imicinə, statusuna böyük ziyan vurub. USAID-in fəaliyyətinə məruz qalan dövlətlər sırf destruktiv  fəaliyyətinə görə əksər hallarda Amerikaya ikrahla baxırlar”.

S.Zahidov separatçı Ruben Vardanyanın USAID-lə yaxın  əlaqələrini də qeyd edib:

“Onun fondlarında bu günə kimi USAID-in əməkdaşları çalışmaqdadılar. Bunlar hamısı – USAID, erməni siyasi istebleşmenti, erməni diasporasının bəzi nümayəndələri, separatçlar, eyni zamanda da Bayden administrasiyası və demokrat konqresmenlərin bəziləri bir şəbəkədirlər. USAID kimi təşkilatlar vasitəsilə humanitar  yardımlar adı altında öz məkrli niyyətlərini fərqli-fərqli dövlətlərdə həyata keçirməyə çalışırlar. Eyni zamanda, bundan ziyan çəkən həmin dövlətlər, onların xalqları, ölkələrdəki siyasi sabitlik olur. Həm də ABŞ vətədaşları ziyan çəkirlər. Çünki büdcəsi sadə amerikan vətəndaşlarınn ödədiyi büdcədən formalaşır. Bu pulların mənimsənilməsi faktrları mövcuddur. Samanta Pauerin sərvəti necə olub ki, son bir neçə ildə 23,3 milyon dollar artıb. Məhz USAID-dən humanitar yardımlar üçün nəzərdə tutulmuş pulları mənimsədiyindən qısa zamanda külli miqdarda maiyyə vəsaitinə malik ola bilib. Bu faktlar bir daha onu göstərir ki, mənimsəmə, korrupsiya, məkrli siyasi ambsiyaları yerinə yetirmək USAID-in fəaliyyətinin əsasını təşkil edir”.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:131
embedMənbə:https://525.az
archiveBu xəbər 14 Fevral 2025 15:27 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see223

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see207

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see200

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see183

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see182

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see169

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see168

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see166

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see153

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see150

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see148

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see147

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see142

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see132

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see128

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see126

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see125

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see125

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri