Icma.az
close
up
RU
525 ci qəzet Mask və Tramp ABŞ ı şirkət kimi idarə edəcək So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525 ci qəzet Mask və Tramp ABŞ ı şirkət kimi idarə edəcək So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Fərid Pərdəşünas, texnobloger:

- Elon Mask və Donald Tramp ikilisi zarafat işlər görmür. Mənə elə gəlir ki, USAID-in fəaliyyətinin dayandırılması ən böyük və səs-küylü addım olacaq.

Nəzərə alsaq ki, hələ yanvar ayında Ceyhun Bayramov USAID ilə bağlı fikirlər dilə gətirmişdi və bu agentliyin Azərbaycanda fəaliyyət və yardımlarının ABŞ-ın mənafeyinə hesablandığı vurğulanmışdı. Məqsəd növbəti addımda USAID-i Azərbaycandan çıxarmaq idi.

Bir neçə gün əvvəl isə Elon Maskın rəhbərlik etdiyi DOGE qurumunun araşdırmaları əsasında USAID-in fəaliyyəti qəfil dayandırıldı. Elon Mask isə bu agentliyi cinayətkar qruplaşma adlandıran paylaşım etdi.

Faktiki olaraq Mask və Tramp ABŞ-ı şirkət kimi idarə edəcək. Onlara görə, USAID hər il ölkədən milyard dollar axına səbəb olan mənasız qurumdur. Biznes adamlarının yanaşması belədir ki, ABŞ kənarında "X" ölkədə qadın haqları, transgender məsələləri və s. kimi həssas mövzular amerikalı vətəndaşın vergisi ilə maliyyələşməli deyil.

Növbəti addım isə dövlətin maliyyələşdirdiyi bəzi media qurumlarına olan qrantları kəsmək oldu. Bu da özlüyündə böyük səs-küyə səbəb olub.

Atılan addımlar çox cəsur və risklidir. Ölkəni biznesmenlər idarə edir. Və Trampın həyat fəlsəfəsini, haqqında olan kitablarını oxumuş biri kimi deyə bilərəm ki, bu adam hər şeyə iqtisadi baxır. Əsas məqsəd hegemon iqtisadi güc ilə qarşısına çıxanı əzməkdir. O düşünür ki, əgər bu gücə çatsa, dünya iqtisadiyyatında sanksiyalar ilə çökdürə bilməyəcəyi dövlət qalmayacaq.

Firuz Mustafa, yazıçı:

- Nikol Paşinyan deyir ki, heç də deyilən kimi "erməni soyqırımı" olmayıb. Mariya Zaxarova özünü didib-tökür, deyir ki, yox, "soyqırım" olub.

Zaxarova Rusiyanın əsl simasıdır.

Vüsal Məmmədov, jurnalist:

- Tramp Netanyahu ilə görüşdə açıq  şəkildə dedi ki, Amerika Qəzzanın gələcəyini necə görür: Bütün fələstinliləri oradan köçürmək, Qəzzanı tamamilə yerlə bir etmək, sıfırdan tikmək və həmişəlik orada qalmaq.

İsrail buna dördəlli razıdır. Bəs plana kim mane ola bilər?

ABŞ, yəqin ki, Səudiyyə Ərəbistanını artıq neytrallaşdırıb. İrana sövdələşmə təklif edəcək, razılaşmasa, bütün güclərilə üstünə çökəcəklər.

Qalır Türkiyə. Ankara fələstinlilərin Qəzzadan köçürülməsinə qarşı olduğunu artıq bir neçə dəfə bildirib. Əgər ABŞ-nin yeni hökuməti Ankara ilə ortaq məxrəcə gələ bilməsə, münasibətlərin soyuması və gərginliyin yeni dalğası labüd olacaq.

Etimad Başkeçid, yazıçı:

- Ədəbiyyatın məktəb proqramından çıxarılması və ya fakültativ şəklində tədrisi ilə bağlı dünyanın ayrı-ayrı yerlərində fikirlər səsləndirilməkdədir...

Əslində bu məsələnin çox uzun tarixi var. Dünyanın ən böyük filosoflarından sayılan Platon ümumiyyətlə şairləri (o vaxtlar faciə və komediyalar da nəzmdə yazıldığı üçün, bütün ədəbiyyatı şairlər təmsil edirdi) öz virtual dövlətindən qovmaq istəyirdi. Deyirdi ki, ədəbiyyat dərrakəyə, şüura istinad etmədiyi üçün cəmiyyətə ziyan vurur. Platon rasional və sərt sosial praqmatizmlə uyuşmayan Homerin poemalarını belə senzuraya məruz qoyulmasının tərəfdarıydı. Axı əyyaşlıq edən, oğurluqdan çəkinməyən, bir-birinə kələk gələn, günahsız insanların başına min oyun açan, hətta öldürən və s. tanrıların nümunəsində necə sağlam nəsil yetişdirəsən? İslam doqmatikasında da şairlərə münasibət birmənalı deyil. Bu günlərdə oxuyuram ki, Rus Pravoslav Kilsəsinin yüksək çinli ruhanisi, ixtisasca filoloq olan bir protoirey Buninin "Qafqaz", Çexovun "Sevgi haqqında", Kuprinin "Yasəmən kolu" kimi əsərlərin hansısa mülahizələrlə dərsliklərdən çıxarılmasını tələb edir. Ona başqa ruhanilər də dəstək verir. Təbii ki, bu gedişlə totalitar düşüncəyə xas başqa bu tip təşəbbüslər də irəli sürüləcək. Bunlar ədəbiyyatı "vintcik və təkərcik" kimi görmək istəyən Lenin babanın xələfləridir.

İnsaf naminə deməliyik ki, bir çox sosial araşdırmaçılar və ya onların dəstəkçiləri də bənzər fikirlər səsləndirir. Onların dediyindən belə qənaət hasil olur ki, uğura, sosial komforta çatmaq istəyi ilə ədəbiyyat sevdalısı olmaq bir araya sığmır, hətta bir-birinə zidd məsələlərdir. Nümunələrin mütləq əksəriyyəti bunu göstərir. Bundansa tətbiqi əhəmiyyəti olan digər yaradıcı fənlərə üstünlük vermək lazımdır. Belə baxanda, doğrudan da, qarıları baltalamış Raskolnikovun motivləri haqqında saatlarla, günlərlə baş sındırmaq orta məktəb şagirdinin nəyinə lazımdır? Pul üçün öldürüb də! Yaxud "İdiot"un qəhrəmanı Nastasya Filippovna niyə Roqojinin pullarını oda atıb yandırıb? Bunu araşdıran və alim adı alan müxtəlif fikirli, vacib görkəmli sənətkarların hamısının yazılarını oxumaqla nə əldə edirsən? Sən inşalar yazırsan, dərsdənkənar məşğələlərə qatılıb, müəllifin nə demək istədiyini araşdırırsan, dərnəklərə yazılırsan, hansısa proyektlərdə iştirak edirsən. Bir gün ayılırsan ki, yaş qırxa çatıb, ontoloji məsələlərlə o qədər uğraşmayan tay-tuşların oğul-uşaq sahibidir, öz həyatını qurub, səninsə nə iqtisadiyyatdan, psixologiyadan, nə də siyasətdən başın çıxır. Əvəzində alternativ, evfemer, mövcud olmayan nəsnələr üzrə mütəxəssissən və çox zaman heç nəyin yiyəsisən. Yəni hər şey qədərində yaxşıdır... Ədəbiyyatın bir fənn kimi nə vaxtsa məktəb proqramından çıxarılacağına inanmıram. Çıxarılsa belə, indiki internet və kommunikasiya texnologiyaları dövründə mənasız iş görmüş olacaqlar. Onsuz da, çox zaman orta məktəblərdə insanları ədəbiyyatdan iyrəndirməklə məşğul olurlar. ABŞ sürətlə avtoritar modelə keçməkdədir

Eynulla Fətullayev, jurnalist:

- Az öncə, Maskın təzyiqi ilə ABŞ hökuməti nüfuzlu "Politico" qəzetini maliyyələşməsini dayandırdı. Səbəb? Trampın tənqid edilməsi və onun rəqiblərinin dəstəklənməsidir.

Beləliklə, ABŞ sürətlə avtoritar modelə keçməkdədir. Bir az səbr edin, fevralın 24-dən sonra Almaniya da bu modelə keçəcək.

Mən bu prosesi təxminən 15 il öncə proqnozlaşdırmışdım. Qərbin tədricən liberalizmdən ifrat sağçılığa, neofaşizmə keçidinin əlamətləri haqda saysız məqalələr yazırdım. Bunun çox dərin kökləri və səbəbləri mövcuddur, bu haqda cildlər yazmaq olar, lakin başlıca səbəb - mənəvi-siyasi dəyərlərin devalvasiyasıdır. Mütləq qalib Qərb tarixin sonuna hazır deyildi. Marksizmdən çıxış etsək, dövlət tədricən öz rolunu kommunalara ötürməli, idarəçiliyi tam olaraq xalqa verməli idi. Fəqət bu keçid imperialist-oliqarxik qüvvələrin - transmilli korporasiyaların köklü maraqlarına zidd idi. Məhz bu səbəbdən imperialist qüvvələr liberalizmdən imtina etməli oldular.

Həm də, Dallesin konsepsiyasına əsasən, liberal dəyərlər kommunizmə qarşı mübarizədə başlıca üsul idi. Kommunizm məğlubiyyətə uğradıqdan sonra, dünya vahid iqtisadi modelə keçdi. İdeoloji rəqabət iqtisadi maraqlar uğrunda mübarizə ilə əvəzləndi.

Artıq Rusiyanı da, Çini də idarə edən KAPİTAL-ın təmsilçiləridir. Bu şəraitdə liberalizmə heç bir zərurət qalmır. Liberalizm undergrounda qovuldu. İmperializmin dominantlığı insan haqqını tanımır...

Sual verə bilərsiniz ki, bu proses nə ilə bitəcək? Böyük təlatümlər və yeni sosial inqilablarla. Bu da marksizmin təlqin etdiyi aksiomdur... Tarix spiral üzrə inkişaf edəcək, sadəcə bu dəfə tarixi dövrlər daha sürətlə əvəzlənəcək. Çünki hi-tech sayəsində zaman daha tez axır...

Belə-belə işlər!

Şəfəq Mehrəliyeva, media eksperti:

- Fevral həftəsonlarımıza yeni ailəvi əyləncə əlavə etdik - "Əqrəb Mövsümü: İki dünya bir olsa da" serialına birgə baxışı.

İlk sezona da birgə baxmışdıq. Və mən, nəinki Azərbaycan Televiziyasına, ümümiyyətlə Azərbaycan media məkanının istehsalını nadir hallarda izləyən ingilis dilli təhsil alan gənc oğlumun gözlərindəki parıltısını xatırlayıram.

"Əqrəb Mövsümü" bu dəfə də bizi məyus etmədi. İlk seriyanı bitirəndə onun milli serialla fəxr etdiyini sezə bilirdim:

"Man, this is some cool cinematography!"

"Vatanını en çok seven görevini en iyi yapandır"!

Hörmətli həmkarım Balaş Qasımov, hər zaman yüksələn peşəkarlıq plankanızı izləyəndə, Kemal Paşanın bu ifadəsini xatırlayıram. Gənc nəslin gözündə Azərbaycan mediasını dəyərli saxladığınız üçün sizə və serial üzərində işləyən Ictimai TV-nin bütün böyük və istedadlı heyətinə təşəkkürlər!

Mənim üçün ən böyük sürpriz isə baş rolların birində yer alan, 90-cı illərin sonunda yaradıcılığının vurğunu olduğum rejissor Emin Mirabdullayevi görmək idi.

İndidən demək olar ki, "Əqrəb Mövsümü" bizə çox maraqlı anlar bəxş edəcək. LİKE!

Elxan Şahinoğlu, politoloq:

- ABŞ Prezidenti Donald Trampın heç bir açıqlaması və qərarı artıq təəccüb doğurmur. Ağ Ev sahibi dost adlandırdığı xarici həmkarını hədələyə, düşmən adlandırdığı həmkarıyla isə əksinə, görüşə biləcəyini söyləyə bilər. Tramp İranı bombalamayacağını və bu ölkənin Prezidenti Məsud Pezeşkianla görüşə bələcəyini söyləyib. Tramp doğru gediş edib, o bu açıqlamasıyla İranda fikir ixtilafını dərinləşdirib. İranın faktiki sahibi Əli Xamaneyi dərhal açıqlama verib ki, ABŞ-la heç bir razılaşmaya getmək düzgün deyil. Bununla Xameneyi Pezeşkiana xəbərdarlıq mesajı göndərib. Halbuki Məsud Pezeşkian neytral ərazidə Trampla görüşdən imtina etməz. Trampın rusiyalı həmkarı Vladimir Putinlə telefon söhbəti də doğru gedişdir. Söhbətin təfərrüatları açıqlanmasa da, Trampın Putinə "müharibəni dayandır" sözlərini dediyini proqnozlaşdırmaq olar. Rusiyanın siyasi elita nümayəndələri və sıravi vətəndaşları Putinin qorxusundan düşündüklərini deməsələr də, bir çoxu müharibənin dayandırılmasının labüd olduğunu anlayır və onların ümidi Trampadır.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:109
embedMənbə:https://525.az
archiveBu xəbər 11 Fevral 2025 15:13 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“WhatsApp” sizin yer məlumatınız toplayır Qorxunc iddia

01 Dekabr 2025 04:20see192

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see178

Avro və rubl bahalaşdı, dollar isə... YENİ MƏZƏNNƏ

01 Dekabr 2025 09:31see169

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see160

Qazancımızın neçə faizi ərzağa gedir?

01 Dekabr 2025 08:31see159

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see155

İİV in qarşısının alınması, müalicəsi barədə həkimlə maraqlı MÜSAHİBƏ

01 Dekabr 2025 09:59see145

Aida Balayeva baş nazirin müavini təyin edildi Qazaxıstanda

01 Dekabr 2025 09:49see142

Azərbaycandakı QİÇS li xəstələrin sayı: 30% i isə qadınlardır

01 Dekabr 2025 09:54see138

A Seriyası: Napoli yə 1 qol bəs etdi

01 Dekabr 2025 01:58see137

2025 ci il kifayət qədər uğurlu oldu

01 Dekabr 2025 08:36see137

Ən asan almalı keks resepti

01 Dekabr 2025 00:27see137

Hindistan Putin səfəri zamanı Rusiya ilə böyük silah müqaviləsi bağlamağa hazırlaşır

01 Dekabr 2025 14:03see132

Xabi Alonso: “Hələ yolun əvvəlindəyik, hər şey dəyişə bilər”

01 Dekabr 2025 03:31see131

Səlahiyyətli şəxs sakinlərdən yığılan pulları mənimsədi İsmayıllıda qalmaqal VİDEO

01 Dekabr 2025 09:09see130

“Flamenqo”nun Libertadores zəfərindən sonra Rio gecəni yuxusuz keçirib VİDEO

01 Dekabr 2025 02:10see130

Müller yenidən Messinin qarşısına çıxır

01 Dekabr 2025 03:46see128

Bu gün Türkiyə Superliqasında İstanbul derbisi keçiriləcək

01 Dekabr 2025 09:52see125

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see124

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri