Icma.az
close
up
RU
Menu

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Zobu olanlar xurma yesin Təsiri

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

Atəşkəs təklifimizi rədd etdi

525 ci qəzet Parisi tutmağın ən yaxşı yolu

525 ci qəzet Parisi tutmağın ən yaxşı yolu

525.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Təcrübəli pedaqoq və mütərcim Cəlil Qurbanlı Biləsuvar şəhər Ə.Eynullayev adına 4 nömrəli tam orta məktəbində fransız və ingilis dillərini tədris edir. Fransız dilindən bədii tərcümələr edir, "Hikmət çələngi: fəlsəfi sitatlar antologiyası" və "Fəlsəfi fikirlər" tərcümə kitablarının müəllifidir. Bu yaxınlarda onun "Fransız dilinin qrammatikası" adlı dərs vəsaiti işıq üzü görüb. Cəlil müəllim otuz ildən çoxdur ki, ədəbi və elmi mərkəzdən kənarda, Biləsuvar rayonunda pedaqoji fəaliyyətlə məşğuldur. Bölgədə yaşamasına baxmayaraq, tərcümə fəaliyyətindən və yaradıcılığından qalmır.

Cəlil Qurbanlının möhtəşəm işlərindən biri onun fransız dili ilə bağlı dərsliyi araya-ərsəyə gətirməsidir. Müəllif bu dərs vəsaitini yazarkən Azərbaycan, fransız və rus dillərində olan kitablara müraciət edib, internet resurslarından faydalanıb. Kitabın elmi redaktoru professor Çəmən Babaxanova, rəyçisi professor Fikrət Cahangirovdur. Mütəxəssislərin fikri belədir ki, Cəlil Qurbanlının "Fransız dilinin qrammatikası" (Bakı, Zəkaprint, 2024) kitabı Azərbaycan auditoriyasında fransız dilinin müasir tələblər səviyyəsində tədrisinə mühüm töhfədir. Kitab orta və ali məktəblərdə, həmçinin fərdi qaydada fransiz dilini öyrənənlər üçün nəzərdə tutulub. İlk səhifəsi fransız əlifbası ilə açılan dərsliyin girişində qeyd olunur ki, dərs vəsaitində dilin strukturu, bu strukturu yaradan qrammatik kateqoriyalar və qrammatik formalar öyrənilir. Fransız dilinin morfologiyasında iki növ forma - sintetik (sadə) və analitik (mürəkkəb) formalar nəzərdən keçirilir. Dərsliyi zənginləşdirən mühüm cəhət leksik morfemlərin, söz yaradıcılığı üsullarının, işlək isim suffiksləri və prefikslərinin, işlək sifət düzəldən suffikslər və prefikslərin nümunələrlə təqdim olunması, müqayisələr aparılması, əlavələrin təqdim edilməsidir.

Fransız dilində nitq hissələri isim (nom), artikl (article), sifət (adjectif), say (adjectif numeral), əvəzlik (pronom), feil (verbe), zərf (adverbe), sözönü (preposition), bağlayıcı (conjonetion) və nida (interjection) şəklində təqdim olunur ki, bu da Azərbaycan dilindəki qaydalardan fərqlənir. Müəllif bu fərqli cəhətləri nəzərə alaraq, fransiz dilini öyrənən Azərbaycan oxucularına nitq hissələrinin lüğətlər və izahlarla təchiz edilmiş təqdimatlarını verir. İsimlərin təsnifatı, qrammatik (cins), kəmiyyət, müəyyənlik və eyri-müəyyənlik kateqoriyaları, sintaktik funksiyaları öyrənilir, quruluşca (sadə, düzəltmə, mürəkkəb) növləri verilir. Artikl bəhsində müəyyən və qeyri-müəyyən artikllər, inkar formada olan və xüsusi isimlərin qarşısında verilən artikllərin işlənilməsi qaydaları nəzərdən keçirilir. Sifətin cins, milliyət, rəng, kəmiyyət, keyfiyyət bildirən kateqoriyaları araşdırılır, suffikslə işlənən sifətlərə aydınlıq gətirilir, adi, müqayisə və üstünlük dərəcələri, quruluşca növləri göstərilir. Say, əvəzlik, feil bəhslərində fərqli təqdimatlar verilir. Məsələn, fransız dilindəki şəxs, mənsubiyyət, işarə, nisbi, sual və qeyri-müəyyən əvəzliklər Azərbaycan dilinin ifadə edə bildiyi nümunələr şəklində təhlil olunur. Müqayisəli təhlillər və təqdimatlar müəllifin əlavə izahatları ilə verilir.

Zərf, bağlayıcı, nida bəhslərində aparılan müqayisəli təhlillər bir mühüm cəhətə diqqət çəkir. Əslində, ümumi ədəbi dil qaydaları dialektlərin cəmindən formalaşır. Azərbaycan dilində ədəbi dil qaydaları ciddi şəkildə qorunduğundan dialektal ifadələr dili ağırlaşdıran halda deyil, zənginləşdirən şəkildə qəbul edilir. Fransız dilindən fərqli olaraq, Azərbaycan dilinin resurs imkanlarına dialektlərlə yanaşı, türk dillərindən alınan sözlər də daxildir. Dilin resurs imkanları sintaktik baxımdan daha maraqlı görünür. Cümlədə sözlərin sırası, inversiya, söz birləşmələri ədəbi dilə xətər yetirmədən işlədilə bilər. Haqqında söhbət açdığımız dərs vəsaiti fransız dilinin bu imkanlarını Azərbaycan oxucusuna çatdırmaq baxımından nəzərdən keçirilməlidir.

Bu dərs vəsaiti fransız dilini öyrənənlərə mövcud qaydaları öz ana dili ilə müqayisəli təhlil etməyə, əlaqələr qurmağa, nitqini daha da təkmilləşdirməyə xidmət edir. Dərs vəsaitində fransız dilini mükəmməl öyrənmək üçün daha çox diqqət yetirməli məqamlara üstünlük verilir. "Feillərin təsrif cədvəli" bölməsi kitabın böyük bir hissəsini (197-252-ci səhifələri) əhatə edir. Bu cədvəl dərs vəsaitindən müstəqil şəkildə faydalanmağa və fransız dilini fərdi qaydada öyrənməyə, daha mürəkkəb hissələri kimsənin köməyi olmadan mənimsəməyə xidmət edir. Oxucuya yardımçı olan digər cəhət isə dərs vəsaitinin sinonimlər və antonimlər lüğətləri ilə təchiz olunmasıdır. "Əlavələr" bölməsində "Sinonimlər" (Les Syninymes) hissəsində eyni və oxşar məzmunlu sözlərin əlifba sırası ilə izahlı cədvəli (253-271-ci səhifələr) verilib. Məsələn dilimizə alınma söz kimi daxil olmuş direktor (directeur) ifadəsinin fransız dilində chef, dirigent, principal, proviseur, gouvernant və patron şəkilləri mövcuddur. Yaxud səhv (faute) sözü defaut və erreur şəklində də işlənilir. Fransız dilini öyrənənlər üçün 271-284-cü səhifələrdə verilmiş "Antonimlər" (Les Antoniymes) lüğətinin də dəyəri böyükdür. Antonimlər lüğəti fikri daha dolğun şəkildə ifadə etmək üçün köməkçi vasitədir. Azərbaycan dilindən fərqli olaraq, fransız dilində antonimlər bir neçə şəkildə ifadə olunur. Məsələn, mədəniyyət (culture) və mədəni (culturel) sözləri eyni köklüdür, lakin onların antonimi ignorance (cəhalət) və grossier (kobud) formalarındadır. Dili mükəmməl bilmək üçün belə incə məqamlardan xəbərdar olmaq vacibdir.

Sonda bir məqama da toxunmaq istəyirəm. Hər hansı bir xalqı yaxşı tanımaq üçün birinci növbədə, onun dilini müəkəmməl bilmək lazımdır. Dostunun da, düşməninin də dilini biləndə onları yaxşı tanıyırsan və özünü də onlara yaxşı-yaxşı tanıdırsan. XIX yüzillikdə fransızların Azərbaycana olan maraqları, səyyahların bu torpaqlara üz tutması ilk növbədə ədəbiyyatımızın diqqət mərkəzində olub. Mirzə Fətəli Axundovun ruhu şad olsun, onun komediyasında dərvişin Parisi partlatması ideyası nə qədər gülməli alınsa da, tarixi ənənələrə söykənir. İyirmi birinci yüzillikdə Azərbaycanın Parisə öz mənəviyyatı ilə hakim olması gənclərimizin bu xalqın dilini mükəmməl bilməsiylə başlayır. Cəlil Qurbanlının müəllifi olduğu "Fransız dilinin qrammatikası" dərs vəsaiti Azərbaycan gəncinə məhz bu fürsəti verir. Uğurlu olsun!

Bilal ALARLI (HÜSEYNOV),

ADPU Cəlilabad filialının müəllimi, filologiya üzrə fəlsəfə doktoru

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:181
embedMənbə:https://525.az
archiveBu xəbər 05 Fevral 2025 17:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see330

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see269

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see264

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see257

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see256

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see243

Çinlilər toyuğun bu hissələrini yemir Səbəb

11 Noyabr 2026 22:18see235

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see235

“Şahdəniz” neft sənayemizin şahanə yatağı

12 Noyabr 2026 13:03see231

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see231

Ucuz qiymətə onlarla maşının satışa çıxarılacağı tarix açıqlandı SİYAHI

11 Noyabr 2026 22:13see225

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see221

Bred Pittin toy günü verdiyi qəribə vəd illər sonra üzə çıxdı

11 Noyabr 2026 19:07see219

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see214

Valideynlərə xəbərdarlıq: Uşaqlara dərmanı qaşıqla verməyin

11 Noyabr 2026 23:17see211

Qərbi Azərbaycanın itirilmiş yurd yerləri: Qursalı kəndinin acı taleyi

11 Noyabr 2026 19:34see197

Sosial media strategiyasının 3 əsas istiqaməti Əlaqələrin qurulması, düzgün paylaşım vaxtı və nəticələrin təhlili

11 Noyabr 2026 11:22see196

Məşqdə faciə: 22 yaşlı futbolçu vəfat etdi

11 Noyabr 2026 18:16see191

Adil Kazımlı: “Əldə etdiyim uğurda əməyi olan hər kəsə minnətdarlığımı bildirirəm”

12 Noyabr 2026 02:08see184

Atəşkəs təklifimizi rədd etdi

12 Noyabr 2026 02:34see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri