Icma.az
close
up
RU
Menu

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

ChatGPT də problem yarandı

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

525ci qəzet Azərbaycan ailəsi: millimənəvi dəyərlərin və milli dövlətçiliyin təməli

525ci qəzet Azərbaycan ailəsi: millimənəvi dəyərlərin və milli dövlətçiliyin təməli

525.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

Ailə milli-mənəvi dəyərlərin təcəssümü və daşıyıcısıdır. Ailələrimizin daha möhkəm və sağlam əsaslar üzərində qurulması, güclü ailələrin formalaşması və Azərbaycan ailəsinə xas ailə modelinin qorunması əsas vəzifələrdəndir. Azərbaycan ailəsi uzunömürlülüyü və möhkəmliliyi ilə dünyada ən yaxşı modellərdən biridir. Dövlət bu modelin qorunub saxlanılması üçün müxtəlif siyasi proqramlar hazırlayır, sosial layihələr həyata keçirir.

Müasir Azərbaycan dövlətinin ailə siyasətinin formalaşması Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır. Milli-mənəvi dəyərləri xalqımızın ən böyük sərvəti hesab edən Heydər Əliyev bu dəyərlərin qorunmasının vacib olduğunu bütün çıxışlarında dəfələrlə qeyd edirdi.

Ulu öndər Heydər Əliyevin ailə siyasəti Azərbaycanda bu gün də məqsədyönlü şəkildə həyata keçirilir. Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva milli-mənəvi dəyərlərin qorunmasına böyük diqqət və qayğı göstərirlər. Prezident İlham Əliyev hər zaman qeyd edir ki, bizim siyasətimizin mərkəzində Azərbaycan vətəndaşı, onun maraqları, rifahı durur. Bunun bariz nümunəsi hər il dövlətimizin başçısının imzaladığı fərman və sərəncamların 65 faizinin məhz sosialyönümlü olmasıdır.

Dövlətimiz daim öz vətəndaşına qayğı ilə yanaşır və onun sosial problemlərinin həllini prioritet vəzifə kimi görür, bu istiqamətdə məqsədyönlü siyasət həyata keçirilir. Ölkəmizdə aparılan bu sosial və iqtisadi quruculuq işləri ailə institutunun möhkəmlənməsinə öz töhfəsini verir.

Millət vəkili Hikmət Babaoğlu deyir ki, ailə milli-mənəvi dəyərlərin və milli dövlətçiliyin təməlidir. Möhkəm ailə təməlləri olmasa, sağlam cəmiyyətlər formalaşa bilməz: "Biz bir qədər sosial politologiya elminin dərinliyinə getsək, görərik ki, illərlə qoruyub saxladığımız adət-ənənələrin də əsası ailədən başlayır. Ailə, ailə fərdlərinin sağlam gələcəyi üçün düzgün qərarlar qəbul etmək önəmlidir. Ona görə Zərdüşt deyirdi ki, qiymət özü qiymətli şeylərin ən qiymətlisidir".

Millət vəkili Aydın Mirzəzadənin dediyinə görə, son zamanlar cəmiyyətdə ən aktual problemlərdən biri olan ailə dəyərləri haqqında çox söz demək olar: "Cəmiyyətdə müxtəlif səbəblərdən ailə problemləri yaşanır. Ailədə yaranan ən xırda problemlərin belə həll olunmadan üstündən keçilməməlidir. Ailə dəyərləri deyildiyi qədər asan mövzu deyil. Bu mövzu çox dərin və qəliz nüansları özündə birləşdirir. Hər bir ölkənin özünə xas dəyərləri olduğu kimi, Azərbaycanın da ən önəmli dəyərlərindən biri məhz ailə dəyərləridir. Unutmaq olmaz ki, düzgün ailədə böyüyən bizim gələcək nəsildir. Ailə dəyərlərini o qədər müdafiə etmək lazımdır ki, bu ailədə yetişən gənclik sabah vətənpərvər, mühafizəkar və bir o qədər də mübariz ruhlu olsun. Elə gənclər yetişdirmək lazımdır ki, onlar sabah öz haqları, eləcə də ailə dəyərləri uğrunda var güclərilə mübarizə apara bilsinlər".

Təhsil nazirinin müavini Firudin Qurbanov bildirir ki, hər bir ailə gələcəyin ailə mənsublarını yetişdirir, bizim məqsədimiz uşaqlarımızı dəyərlərimizi tanımaq istiqamətində yetişdirməliyik. O, yüksək mədəniyyətə malik şəxsiyyətin formalaşmasında sosial mühitin böyük rol oynadığını qeyd edərək diqqətə çatdırıb ki, bu prosesdə aparıcı rol ailəyə məxsusdur: "Ailənin ruhi mədəniyyəti anadangəlmə keyfiyyətlərdən, təhsildən, tərbiyədən və yaradıcı əməkdən, bilik və mənəviyyatdan, bir-birinə və ətrafdakılara olan məhəbbət və inamdan formalaşır. Azərbaycan ailəsi milli adət-ənənələrimizi yaşatmalı, övladlarımız milli-mənəvi dəyərlərimiz ruhunda tərbiyə olunmalıdırlar. Cəmiyyətin inkişafı ailənin rifahından, ailədaxili sağlam mənəvi mühitdən, ailə münasibətlərinin yüksək əxlaqi dəyərlər əsasında təşkilindən çox asılıdır. Cəmiyyətin və dövlətin tərəqqisində xüsusi rolu olan ailə öz bütövlüyünü qoruyub saxlayır".

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova deyir ki, ailə bizim varlığımızı hədəfə alan qlobal hücumlara qarşı qorunmalı olan ən müqəddəs ictimai strukturdur. Bütün alternativlərə qarşı hörmət, sevgi, anlayış kimi ən gözəl davranışların sərgiləndiyi ailə nümunələrinin, obrazlarının ictimailəşdirməsi, qalib Azərbaycan ailələrinin kütləvi təbliği, bizi zirvələrə ucaldan qəhrəmanları yetirən valideynlərin, ailə tərbiyəsinin, mühitinin və təliminin ideallaşdırılması mühüm milli vəzifədir: "Möhkəm təməllərlə qurulan ailələr bir qayda olaraq dövlətin güclü əsası rolunu oynayır. Ailə institutu dəyişən dünyanın lokal, qlobal təsirlərindən özünü qorumalıdır. Dünyada inkişafın və tənəzzülün səbəbi insan amili ilə bağlıdır. Bütün bunların faydası və ziyanları da insana birbaşa təsir edir. Demokratik dövlətlərin formalaşdırdığı modellər ailəni dünyanın regional və qlobal təsirlərindən qorumalıdır. Biz də bu yöndə inkişaf edən ailə modelləri üzərində işləməliyik ki, dəyişən dünyanın problemlərinin təsirini minimuma endirmək mümkün olsun".

Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri, professor Hicran Hüseynovanın sözlərinə əsasən, tarixən ailə xalqımızın yüksək mənəvi dəyərlərinin qoruyucusu, genofondumuzun daşıyıcısı kimi milli inkişafımızda mühüm rol oynayıb. Azərbaycan xalqının tarixi köklərinə, mənəvi dəyərlərinə bağlılığı böyük amildir. Bu qiymətli sərvət yad təsirlərdən qorunmaqla yanaşı, dünyanın mütərəqqi mənəvi dəyərlərindən istifadə edilməklə zənginləşdirilir. Buna görə də çağdaş dövrdə Azərbaycan ailəsi dünyada ən yaxşı ailə modellərindən hesab olunur: "Ailənin vətəndaş cəmiyyətinin inkişafında xüsusi rolu var.   Azərbaycan ailə modeli əsrlər boyu öz dəyərləri ilə ən nümunəvi sosial institutlardan biri olub. Hər bir insanın, hətta hər bir xalqın özünütəsdiqində və inkişafında ailənin rolu böyükdür. Ailə insanların bir-biri ilə qurduğu münasibətlərin ən qədim və unikal formalarından biridir. Azərbaycan xalqının mentalitetində yüksək qonaqpərvərlik, dostluğa sədaqət, dürüstlük, valideynə, böyüyə hörmət, tolerantlıq kimi zəngin və çoxşaxəli xüsusiyyətlər mövcuddur. Digər tərəfdən, xalqımızın çox gözəl və zəngin ailə ənənələri var. Bu ənənələr dərin və sarsılmaz köklərə malikdir. Hər xalqın öz ailə modeli var. Azərbaycanda ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini, ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət əsasında qurulmasını müəyyən edir".

Hicran Hüseynova deyir ki, ölkədə ailə institutunun  möhkəmləndirilməsi üçün güclü qanunvericilik bazası mövcuddur. Yeni tələblər və ehtiyaclar əsasında bu baza daim təkmilləşir. Azərbaycan Respublikasının ailə qanunvericiliyi ailənin möhkəmləndirilməsi zərurətini,  ailə münasibətlərinin qarşılıqlı məhəbbət və hörmət hissləri əsasında qurulmasını, ailə üzvlərinin ailə qarşısında məsuliyyətini, onların hüquqlarının maneəsiz surətdə həyata keçirilməsini müəyyən edir. Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsində göstərilir ki, ailə cəmiyyətin əsas özəyi kimi dövlətin xüsusi himayəsindədir. Bizim ölkədə ailə siyasəti sahəsində qanunvericilik bazası yaradılıb. Eyni zamanda, ölkədə  institutun müdafiəsi istiqamətində davamlı iş aparılır. 

Millət vəkili Naqif Həmzəyev bildirib ki, Azərbaycan ailəsi hər zaman digər xalqlara nümunə göstərilib. Azərbaycanda ailə modeli ailə ənənələrinə, milli-mənəvi dəyərlərə söykəndiyindən, tarix boyu öz simasını itirməyib: "Qərb dünyasında ailə institutu deformasiyaya uğradığı bir vaxtda bizdə ailə dəyərlərinin qorunub-saxlanılması Azərbaycan xalqına xas ən ali xüsusiyyətlərdən biridir. Bunun kökündə isə milli-mental dəyərlər, əxlaqi keyfiyyətlərimiz dayanır. Bir xalq olaraq ailəyə hər zaman müqəddəs ocaq kimi baxmışıq. Zaman-zaman ailə institutunun dağılmaması üçün xalq kimi, yeri gələndə, mətanət, dözüm nümayiş etdirmişik. Azərbaycanda ailə institutunun sütunları böyüyə hörmət, ailə başçısına sədaqət, qarşılıqlı sevgi və digər dəyərlərə söykənir. Bəlkə elə buna görədir ki, Azərbaycan ailəsi bütün dünyada monolitliyi ilə örnək göstərilir".

O vurğulayıb ki, ailə hər birimiz üçün müqəddəs məkan və isti ocaqdır. Cəmiyyət olaraq Azərbaycanda ailə dəyərlərinin qorunub saxlanılmasına və daha möhkəm ailələrin yaranmasına çalışmalıyıq: "Ailə ənənələri ən qiymətli xəzinə kimi əsrdən-əsrə, nəsildən-nəslə ötürülüb, xalqımız hər zaman onu göz bəbəyi kimi qoruyub yaşadıb. Ailə hər bir fərdin gələcəyə uzanan yolda dayağı, ümidi, güvənc yeri olmalıdır. Ailə qarşılıqlı mənəvi, hüquqi məsuliyyətlə bağlı olan kiçik sosial birlikdir. Tarixin hər bir mərhələsində ailə cəmiyyətin inkişafında mühüm rol oynayıb. İnsanın kamilləşməsində, onun şəxsiyyətə çevrilməsində ailənin rolu hər zaman öz əhəmiyyətini saxlayır. Təəssüf ki, ailələrin dağılması, bütövlüyünün pozulması əsasən, cəmiyyətdə mövcud olan neqativ halların ailələrə daxil olması səbəbindəndir. İnformasiya-kommunikasiya texnologiyaları əsrində, qloballaşan dünyada yaşayırıq. Şübhəsiz, bu qloballaşma həyatımıza yalnız müsbət yox, mənfi xüsusiyyətlər də daxil edir. Bununla da biliyi, savadı, dünyagörüşü az olan insanlar həmin mənfi təsirin altına düşür. Bu səbəbdən də hər birimizin əsas vəzifəsi ailələri qorumaqdır. Onların dağılmaması üçün kömək etmək lazımdır. Burada vətəndaş cəmiyyətinin də rolu böyük olmalıdır. Bizim əsas dəyərimiz ailələrimizdir".

Sevinc QARAYEVA

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:101
embedMənbə:https://525.az
archiveBu xəbər 27 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bir biri ilə tələbə yoldaşı olan AZƏRBAYCANLI MƏŞHURLAR SİYAHI

02 Dekabr 2025 16:57see330

Naxçıvanda yeni təyin olunmuş səhiyyə nazirinin müavini kollektivə təqdim edildi (FOTO)

01 Dekabr 2025 21:20see270

ChatGPT də problem yarandı

03 Dekabr 2025 00:36see246

“Arxeoloqlar 2400 illik qızıl xəzinə tapıb: gizlədilmiş sərvət hansı faciəli sirri daşıyır?“ Alimlərdən açıqlama

02 Dekabr 2025 23:53see243

“Netanyahu üçün “siyasi əfv“ oyunu: İsraili sarsıdan qərar yaxınlaşır“ “Walla“ nəşri

01 Dekabr 2025 21:53see212

Uşaqlarla bağlı statistika açıqlandı: 138 azyaşlı…

01 Dekabr 2025 19:31see209

“Bələdiyyə seçkisi zamanı dedilər ki, bizi seçsəniz, yolu düzəldəcəyik, lakin o vaxtdan gediblər“ Elçin Əzizov ünvanında yaşayan sakinlər

02 Dekabr 2025 08:15see194

Ailəsini qətl edən Əhmədin yeni görüntüləri və ifadəsi VİDEO

03 Dekabr 2025 00:53see183

Tramp İsraillə Suriya arasında dialoqun vacibliyini bəyan edib

01 Dekabr 2025 21:40see173

Türkiyənin dostları: Azərbaycan birinci, Ermənistan isə... Sorğu

03 Dekabr 2025 00:42see161

Hikmət Hacıyevin Brüsseldən verdiyi ƏSAS MESAJLAR

01 Dekabr 2025 23:50see161

Millimizi FİFA turnirinin qalibi edən qələbə Video

03 Dekabr 2025 00:38see159

Zirə 1/4 finalda, Neftçi üçün kubok şansı bitdi YENİLƏNİB

02 Dekabr 2025 21:45see158

Avromed” direktoru 70 “ç” ilə işdən çıxarıb

03 Dekabr 2025 11:48see140

Hərbi ekspert Şair Ramaldanov: İranın İsraillə quru sərhədləri yoxdur ki, Rusiyadan aldığı yüngül maşınlarla İsrailə hücum etsin

03 Dekabr 2025 00:10see138

“Neftçi” heç vaxt kubokda 1/8 finalda dayanmamışdı!

03 Dekabr 2025 00:24see128

Quraqlıqdan ən çox zərər çəkən BÖLGƏLƏR “Əkin sahələri istifadəsiz qalıb”

02 Dekabr 2025 15:20see127

Ərdoğan əsəbiləşdi: Qətiyyən qəbul edə bilmərik

01 Dekabr 2025 21:39see126

Tramp sosial şəbəkədə çoxsaylı paylaşımlarla diqqət çəkib

02 Dekabr 2025 20:43see126

Azərbaycan Kuboku: Turan Tovuz üçün asan sınaq, Zirə Neftçi yə qarşı

02 Dekabr 2025 09:28see123
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri