Icma.az
close
up
RU
Menu

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

İdeyalar müstəvisində strateji dərinlik

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

Yol nəqliyyat hadisələrin sayı

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

525ci qəzet RusiyaUkrayna müharibəsi nə zaman başa çatacaq? Xaqani Cəfərli yazır

525ci qəzet RusiyaUkrayna müharibəsi nə zaman başa çatacaq? Xaqani Cəfərli yazır

525.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Xaqani CƏFƏRLİ

Təxminən üç il öncə yazdığım və "525-ci qəzet"də dərc olunan "Müharibə(lər) necə başlayır?" başlıqlı yazımda müharibələrin bir çox hallarda gerçəkliklərin diktə etdiyi məntiqə zidd baş verdiyindən bəhs olunurdu. Yazının yayımlandığı günlərdə Rusiyanın Ukraynaya ehtimal olunan müdaxiləsi bütün dünyada ən çox müzakirə olunan mövzu idi. Çox böyük əksəriyyət müharibənin baş verməyəcəyinə, baş verəcəyi təqdirdə isə Ukraynanın qısa zamanda məğlub olacağına zərrə qədər də şübhə etmirdi.

Azərbaycan cəmiyyətinin yaxşı tanıdığı rusiyalı politoloqlardan Sergey Markov müdaxilə olacağı halda Ukrayna ordusunun 70 faizinin döyüşməyərək Rusiyanın tərəfinə keçəcəyini, politoloq Maksim Şevçenko Rusiya ordusunun üç günə qalib gələcəyini, "Milli müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko Ukraynanın ən kiçik qalığının da Rusiya üçün ekzistensial təhlükə olacağını bildirərək tamamilə işğal ediləcəyinə inanırdılar. Azərbaycan cəmiyyətində də böyük əksəriyyət Rusiyanın qısa zamanda qalib gələcəyini düşünürdü.

24 fevral 2022-ci ildə başlayan və təxminən 34 aydır davam edən müharibə Sergey Markov, Maksim Şevçenko, İqor Koroteçenkonun nə qədər səhv etdiyini, İqor Nikolayev, Aleksey Malaşenko və Georgi Satarov kimilərinin nə qədər haqlı olduğunu təsdiqlədi.

"Maliyyə və Mühasibat Məsləhətçiləri" Strateji Təhlil İnstitutunun direktoru, iqtisad elmləri doktoru İqor Nikolayev hesab edirdi ki, müharibə Rusiya iqtisadiyyatı üçün dağıdıcı olacaq. Tarixçi Aleksey Malaşenko xəbərdarlıq edirdi ki, müharibə baş versə, Rusiya tamamilə təcrid olunacaq və Çinlə əməkdaşlıq iqtisadi itkiləri kompensasiya etməyəcək. "İNDEM" Tətbiqi Siyasi Araşdırmalar Fondunun prezidenti Georgi Satarov isə xəbərdarlıq edirdi ki, müharibə baş versə, "Dəmir pərdə" enəcək və NATO silahlı qüvvələri Rusiyanın qərb sərhədlərinə dayanacaq.

Rusiyanın Ukraynaya hücum edəcəyi ilə bağlı proqnozlara 3 il öncə inanmayan, müharibə olacağı halda Kiyevin 3 gündən artıq davam gətirə bilməyəcəyini düşünənləri bu gün bir sual - "Müharibə nə zaman başa çatacaq?" sualı düşündürür.

Müharibələrin başa çatması üçün hücum edən tərəf öz məqsədinə çatmalı və yaxud da hərbi əməliyyatları davam etdirmək qabiliyyətini itirərək sülhə razı olmalıdır. Bu gün bu şərtlərin heç biri mövcud deyil.

Müharibənin 34-cü ayı başa çatmaq ərəfəsində olsa da, Rusiya nəinki "Xüsusi hərbi əməliyyat"la qarşısna qoyduğu iki əsas strateji vəzifələrin heç birinə - Ukraynanın denazifikasiyası və demilitarizasiyasına nail olmayıb, əksinə, ciddi arzuolunmaz nəticələrlə üzləşib. Ukrayna cəmiyyətində Rusiya əleyhinə əhval-ruhiyyə kəskin şəkildə mənfiyə dəyişib. Ukraynanın demilitarizasiyasına (hərbsizləşdirilməsi) nail ola bilməyən Rusiya "Xüsusi hərbi əməliyyat"la Ukraynanın təsəvvür edilməz dərəcədə silahlandırılmasına səbəb olub. Bundan əlavə, Moskva taktiki məqsədinə - Luqansk, Donetsk, Zaporoji və Herson vilayətlərini tamamilə ələ keçirmək istəyinə də nail ola bilməyib. Halbuki kağız üzərində bu vilayətlər 27 ay öncə, 2022-ci ilin sentyabrında Rusiyanın tərkibinə "daxil olublar". Rusiya bu gün Luqansk vilayətinin təxminən 98.6, Donetsk vilayətinin 62.6,  Zaporoji vilayətinin 71.9, Herson vilayətinin 69.3 faizinə nəzarət edir. ABŞ-nin Müharibə Tədqiqat İnstitutunun (ISW)  hesablamalarına görə, Rusiya 2024-cü ildə Ukraynanın 3306 kvadratkilometr ərazini ələ keçirə bilib. Bu isə o deməkdir ki, Rusiya Ukraynanın ərazicə 11-ci əyaləti olan Donetsk vilayətinin 26.5 min kvadratkilometr ərazisinin təxminən 16.5 mininə nəzarət edir. Hadisələr bu axarla davam etsə, Ukrayanın nəzarətində olan 10 min kvadratkilometr ərazini ələ keçirmək üçün müharibə bundan sonra ən azı daha üç il də davam etdirilməlidir. Eyni ilə müharibə bu sürətlə davam edərsə, Rusiya Zaporoji vilayətinin ələ keçirə bilmədiyi 7.7, Herson vilayətinin 8.8 min kvadratkilometr ərazisində, eləcə də Luqansk vilayətinin Kiyevin nəzarətində olan 1.4 min kvadratkilometr ərazisində nəzarətə yiyələnmək üçün əlavə olaraq müharibəni daha 5 il də davam etdirməlidir. Beləliklə, özünə birləşdirdiyi vilayətlərin ərazilərini tam şəkildə işğal edə bilməsi üçün Rusiya təxminən 8 il müharibə aparmalıdır. Ukraynanın döyüşsüz bu torpaqları Rusiyaya verəcəyini düşünmək isə sağlam ağılın məhsulu ola bilməz.

Rusiya prezidentinin güllə səsi eşidilməyəndə darıxdırıcı olduğu ilə bağlı fikri onun müharibəni dayandırmaq niyyətində olmadığını göstərir. Bu qənaəti 2024-cü ildə hərbi məqsədlər üçün 10 trilyon rubldan artıq pul xərcləyən Rusiyanın qarşıdan gələn 2025-ci ildə ən azı 13.5 trilyon rubl xərcləməyi planlaşdırması da təsdiq edir.

Onu da qeyd etmək lazımdır ki, Ukraynanın da müqavimət imkanları tükənməyib. Co Bayden administrasiyası hesab edir ki, Ukrayna 2025-ci ildə müharibəni davam etdirməsi üçün yetərli resurslara malikdir. Kiyevdə də hesab edirlər ki, gələn ilin yayının sonuna kimi hərbi əməliyyatları davam etdirmək üçün resurslar var. Kiyevin müttəfiqləri isə Ukraynaya dəstəklərini artırmaqda davam edirlər.

ABŞ-nin yeni seçilmiş prezidenti Donald Trampın Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün xüsusi nümayəndə kimi seçdiyi Keyt Kelloq hesab edir ki, münaqişəyə son qoymaq üçün mükəmməl vaxtdır. Lakin müharibənin hələ ən azı bir neçə ay davam edəcəyi ehtimalı daha güclüdür.

Belə vəziyyətdə Rusiyanı müharibəni dayandırmağa vadar edən yeganə səbəb iqtisadiyyatın çöküşü və cəmiyyətin münaqişədən yorulması ola bilər.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:111
embedMənbə:https://525.az
archiveBu xəbər 23 Dekabr 2024 18:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Azərbaycanın kosmik ailədə mövqeyi güclənir

21 Noyabr 2025 00:48see216

Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin Mərkəzləşdirilmiş İnformasiya və Rəqəmsal Analitika Sisteminin yaradılması və bununla əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Fərmanı

21 Noyabr 2025 16:22see208

Dərman əvəzinə ZƏHƏR: Öskürək siropundan onlarla uşaq həyatını itirdi

21 Noyabr 2025 15:01see204

Zakir İbrahimovun nazir istəyi niyə baş tutmur?

20 Noyabr 2025 11:36see182

Hilton Baku Hotelində GLC FAIR 2025 Beynəlxalq Təhsil Sərgisi baş tutacaq FOTO

21 Noyabr 2025 13:38see177

Avtomobil nömrələrində dəyişiklik: Bu işarə ləğv edildi

20 Noyabr 2025 11:46see161

Zelenski ABŞ nin 28 bəndlik sülh planını ləyaqətsiz adlandırdı Xalqa çağırış

22 Noyabr 2025 00:03see161

Keçmiş məcburi köçkünlər növbəti dəfə maarifləndirildi FOTOLAR

21 Noyabr 2025 09:52see158

Zığ şosesindən İnqilab İsmayılov küçəsinə birbaşa çıxış açılır

20 Noyabr 2025 16:09see149

Kollec məzunlarının yuxarı siniflərdən tam kənarlaşdırılması doğrudur?

20 Noyabr 2025 16:11see149

Deputatdan nazirə müraciət: Hörmətli Emin müəllim, ora mebel göndərin

20 Noyabr 2025 13:51see146

Hərbi Prokurorluq Daxili Qoşunlarda dəyirmi masa keçirdi FOTOLAR

20 Noyabr 2025 11:24see142

Qarabağ Kadini ÇL in iştirak ərizəsindən çıxardı Dəyişiklik

21 Noyabr 2025 11:00see138

İdeyalar müstəvisində strateji dərinlik

21 Noyabr 2025 00:20see135

Kərəm Aktürkoğlu qol sevincinə görə məhkəməyə verildi

20 Noyabr 2025 11:24see133

Əlilliklə bağlı yeni qanun: qaydalar dəyişdi Baş nazirdən qərar + DETALLAR

20 Noyabr 2025 15:56see133

Yol nəqliyyat hadisələrin sayı

20 Noyabr 2025 16:09see132

Pezeşkianın komandasında fikir ayrılığı: Vitse prezident istefa ərizəsi yazıb

20 Noyabr 2025 16:09see131

“Dövlət büdcəsində sosialyönümlü xərclər gələn il 17 milyard 146 milyon manata çatacaq”

20 Noyabr 2025 16:09see131

Sosial ev almaq istəyənlər dələduzluğa məruz qaldı

20 Noyabr 2025 16:09see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri