525ci qəzet Fitso Zelenskinin ittihamlarına cavab verdi “Mən sizin qulunuz deyiləm”
525.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Slovakiyanın Baş naziri Robert Fitso Ukrayna prezidenti Vladimir Zelenskinin ittihamlarına cavab verib. Fitso bildirib ki, o, Zelenskinin heç bir qarşılıq gözləmədən vəzifəsi yalnız Kiyevə kömək etmək olan qulluqçusu deyil.
525.az bu barədə “RİA Novosti”yə istinadən xəbər verir.
Fitso Zelenski tərəfindən yalnız Rusiyanın enerji resursları ilə maraqlanmaqda və Avropanın ABŞ qazından imtinasını təşviq etməkdə ittiham olunub. Həmçinin Ukrayna lideri Slovakiyanı Rusiyadan yanacaq almaq üçün şübhəli sxemlərdə iştirakda ittiham edərək, ölkənin təhlükəsizlik qüvvələrini buna diqqət yetirməyə çağırıb.
“Cənab Zelenski, sizin məruz qaldığınız təzyiqləri başa düşürəm. Həm də anlayıram ki, eqoist siyasi səbəblərə görə Qərb sizə demək olar ki, istədiyiniz hər şeyi verir. Lakin mən öz fikrini ifadə edə bilməyən və yalnız sizə kömək etməyə borclu olan qulunuz deyiləm”, - deyə Robert Fitso ittihamlara cavabında deyib.
İbrahim Cəfərov
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:140
Bu xəbər 28 Dekabr 2024 02:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















