Icma.az
close
up
RU
525ci qəzet Papa ilə görüş Paşinyanın nəyinə lazım idi? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet Papa ilə görüş Paşinyanın nəyinə lazım idi? So­sial şə­bə­kə­də ya­zı­lan­lar

Icma.az, 525.az saytına istinadən bildirir.

Elxan Şahinoğlu, politoloq:

- ABŞ Prezidenti Cozef Baydenin Ukraynaya Rusiya ərazisinə ATACMS taktiki ballistik raketləri ilə zərbələr endirməyə icazə verməsinin ardınca Böyük Britaniya və Fransanın da oxşar qərar verməsi 3 paytaxt arasında aparılan məxfi danışıqların nəticəsidir. London və Paris bu məsələylə bağlı Vaşinqtonun qərarını gözləyirdilər.  Ukrayna Prezidenti Volodimir Zelenski amerikalı həmkarı Co Baydedən bu qərarı aylardır gözləyirdi. Bayden son ana qədər məsələni uzadırdı. Vitse-prezident Kamala Harris prezident seçilsəydi, Ukraynaya Rusiya ərazisinə uzaq mənzilli zərbələr endirməsi qərarını o verməli olacaqdı. Harrisin məğlubiyyəti Baydenin planını pozdu. Belə olan halda Bayden Prezident seçilən Donald Trampa son "pisliyini" etdi. Tramp Rusiya-Ukrayna müharibəsini dayandırmaq üçün plan hazırlayıb. O, yanvarın 20-də andiçmə mərasimindən sonra planını işə salacaqdı. Andiçmə mərasiminə hələ iki ay var, Ukrayna bu müddətdə Baydendən aldığı icazə müqabilində Rusiyanın içərilərindəki hərbi mərkəzlərə uzaqmənzilli raketlərlə zərbələr endirəcək. Tramp andiçmə mərasimindən sonra Kiyevə uzaqmənzilli raketlərlə zərbələr endirməsini qadağan etsə, bu, Ukraynanın Rusiya qarşısında zəif düşməsinə şərait yaradacaq və buna görə Amerikada Trampa qarşı ittihamlar artacaq. Vəzifəsini təhvil verməyə hazırlaşan Co Baydenə və Demokratlar Partiyasına da elə bu lazımdır.

Aydın Quliyev, jurnalist:

- Paşinyan bu gün Roma papası ilə nə danışacaq?...

Bu gün Paşinyan Roma papası ilə görüşmək üçün Vatikana səfər edəcək. Çox maraqlıdır, məxsusi səfər nə ilə bağlı ola bilər ? Ermənistanın rəsmi informasiya orqanları müzakirələrin nə ilə bağlı olacağı barədə konkret heç nə deməyiblər.

Ehtimallar işə düşür. Nəzərə alaq ki, Roma papasının təsirinin güclü olduğu bütün ölkələrdə Ermənistanın işləri yaxşı gedir, Ermənistana lazım olan ölkələrlə papasız da işlərini düzüb qoşa biliblər. Bəs papa ilə məxsusi və həm də qapalı görüş Paşinyanın nəyinə lazım olub?..

Məncə, Paşinyan erməni kilsəsi ilə mübarizədə Papadan dəstək istəyəcək. Paşinyan 2018-ci ildə hakimiyyətə gələndən kilsəni bütün ölkə həyatından təcrid etməyə çalışır. Hələ nail ola bilmir. Səbəb də odur ki, kilsənin dünyada dəstəkçiləri çoxdur. Paşinyan papanın köməyi ilə kilsəyə qalib gəlsə, ölkədə tam avtoritar hakimiyyət qurmağa nail ola biləcək.

Bunun isə bir neçə çoxşaxəli nəticələri ola bilər...

Rəvan Cavid, yazar:

- Təkcə Türkiyə yox, dünya elmi böyük bir dəyəri itirdi. Muazzez İlmiye Çığ bu gün 110 yaşında vəfat etdi. Şumer tarixi, dinlər tarixi, qədim mədəniyyətlərin yaranması haqqında əvəzolunmaz araşdırmaların müəllifidir. Özü indi yoxdur, işığı isə elm var olduqca yaşayacaq.

Vüsal Yurdoğlu, yazıçı:

- "Vətəndaş A" filminin 9-cu bölümünə baxdım və bu gün yaradıcı heyəti təbrik etmək qərarına gəldim. Alınıb. Gözəl alınıb. Bacarmısınız, əziz yaradıcı heyət!

Bu filmə görə təşəkkür edirəm. Təəssüratlarımı detallı şəkildə yazmıram, bölüşmürəm, spoiler vermirəm, izləməyən hər kəsi filmi izləməyə dəvət edirəm. Bu zəhmət yerdə qalmamalıdır və qalmayacaq da. Təbrik edirəm, dostlar.., təbrik edirəm, Azərbaycan kinosunun dostları!

Qulu Məhərrəmli, professor:

- Qərbin bəzi siyasi dairələrinin COP29-u makronsayağı boykot etməsinə, Azərbaycana qarşı ədalətsiz və riyakar informasiya müharibəsi aparmasına baxmayaraq, BMT-nin bu tədbiri Bakıda uğurla davam edir. Azərbaycanın tanıdılması baxımından böyük əhəmiyyəti olan bu beynəlxalq forum dünyaya iqlim dəyişiklikləri ilə bağlı həyəcanlı mesajlar verir.

"Avronyus" kanalı, xəsisliklə də olsa, tədbirdən davamlı bağlantılar verir. Yerli media, xüsusən də TV-lər və rəsmi qəzetlər də forumun gedişini yaxşı işıqlandırır.

Əkrəm Həsənov, hüquqşünas:

- Məndən tez-tez soruşurlar: nə etmək lazımdır ki, hər ailənin evi (mənzili) olsun? Bu, mümkün deyil: sadəcə o qədər ev (mənzil) yoxdur və olmayacaq. Buna görə də məqsəd o olmalıdır ki, mümkün qədər çox ailənin evi olsun. Lakin kapitalist cəmiyyətində bu da mümkün deyil: kimin pulu varsa, onun da nəinki bir, bir neçə (hətta onlarla, yüzlərlə) evi ola bilər. Bundan fərqli olaraq, SSRİ-də bu məsələ əsasən pulun olmasına bağlı deyildi: fəhlə və kəndli növbəyə duraraq dövlətdən ev ala bilirdi və hər kəsin yalnız bir evi ola bilərdi. Biz həmin sistemdən imtina edib bazar iqtisadiyyatına keçmişiksə, deməli, qəbul etməliyik ki, hər şey pulun başındadır. Tədricən hətta evi olanlar da evsiz qalacaq (borclarını ödəyə bilmədikləri üçün). Buna görə yaşayış sahələri az sayda insanların əlində cəmləşək və onlar həmin sahələri kirayə verəcəklər. Bu proses artıq başlayıb...

Şəhriyar Məhərrəmov, "Abşeron" qrupunun rəhbəri:

- Azərbaycanda ASAN xidmət sektoru həqiqətən möhtəşəm və dünyaya nümunədir.

Belə gözəl sistemi necə qurublar, necə fikirləşiblərsə, bravo.

İndiyə qədər bu sistemdən nə istifadə etmişəmsə, razı qalmışam.

Misalçün, xaricdə yaşayanlar təstiq edərlər. ASAN xidmətdə 10-15 dəqiqəyə həll edilən sənəd-sünət işləri Almaniyada aylarla sürür.

Bürokratik problemlər əksər ölkələrdə insanların çox vaxtını alır.

Qismət Rüstəmov, şair:

- Salli Runi (1991) çağdaş irland yazıçısıdır. Debüt romanı "Dostlarla söhbətlər"dən başlayaraq böyük şöhrət qazanıb. 40 yaşına çatmamış müəlliflər arasında ən parlaqlarından sayılır. 2022-ci ildə "Time" jurnalı onu dünyanın ən təsirli 100 insanı sırasında göstərib. Onu Y nəslinin (1981-96-cı illər arasında doğulanlara deyilir, Milenyum nəsli də adlanır) ən vacib müəllifi sayırlar. Son romanı "İntermezzo" bütün dünyada geniş rezonans doğurub. Başlayaq oxumağa, görək, dediklərincə varmı?..

Asif Nərimanlı, jurnalist:

- Paşinyanın "strateji saziş" açıqlaması sülh müqaviləsindən sonrakı dövrdə "zəmanət qazanmaq" məqsədi daşıyır. Erməni Baş nazir bildirir ki, "Azərbaycan və Ermənistan dinc, yanaşı yaşamaq üçün təkcə sülh müqaviləsi və digər razılaşmalar yox, həm də strateji saziş bağlamalıdır". Və əlavə edir ki, "bu, strateji saziş "real Ermənistan" konsepsiyasına əsaslanır".

Bu, sülh müqaviləsinin Ermənistanın maraqlarını - istəklərini tam ifadə etmədiyindən xəbər verir. İrəvanın Bakı ilə münasibətlərin qurulmasında iki strateji hədəfi var.

1. Kommunikasiyanın "suveren prinsiplərə" uyğun açılması - Zəngəzur dəhlizinin verilməməsi;

2. Sərhədi SSRİ dağılanda mövcud olan xətlərə - hazırkı Ermənistanın sərhədləri çərçivəsində müəyyənləşdirmək.

Ermənistan sülh sazişində hər iki hədəfə nail olmaq cəhdləri baş tutmadı, hər iki məsələ sazişin imzalanmasından sonrakı dövrə saxlanılıb. Birinci məsələdə - kommunikasiyanın açılmasında "ortaq məxrəcə" gəlmək mümkünsüz deyil, misal üçün, Azərbaycanın Naxçıvana maneəsiz çıxışını təmin etməklə müəyyən nəticə əldə edilə bilər, istisna deyil ki, İrəvanın Bakıya göndərdiyi təkliflər arasında bu da mövcuddur. İkinci məsələ Ermənistan üçün "mövcudluq" prinsipi daşıyır: Qərbi Azərbaycan məsələsi Bakının gündəliyinə daxildir və sərhəd müəyyən edilmədiyi müddətdə ermənilərin Paşinyanın dediyi kimi, "kadastrı" olmayacaq;

Nikol indiyə qədər qoşunların "güzgü prinsipi" üzrə geri çəkilməsinə, sərhəddə "nəzarət mexanizmi" yaradılmasına, "qarşılıqlı hücum etməmək paktının" imzalanmasına nail ola bilməyib. Və görünür, bu məsələlər müzakirə edilən sülh müqaviləsində İrəvanın istədiyi formada əksini tapmır. Ermənistan təklif etdiyi "strateji saziş"də bu məsələlərin yer almasını - mövcud sərhədlərinin saxlanılmasını istəyir. Hərçənd, texniki olaraq iki dövlət arasında hansısa strateji sazişin imzalanması üçün öncə sülh sazişi imzalanması, münasibətlər normallaşmalıdır.

Paşinyan bu məsələni Kazanda Əliyevlə müzakirə etdiyini deyir. Mümkündür ki, Əliyev öncə sülh sazişinin imzalanması - təbii ki, Bakının gündəliyinə uyğun - daha sonra bunun müzakirə edilməsi cavabını verib. Görünür, Nikol erməni ictimaiyyətinə sülh sazişi ilə bağlı atılacaq addımların və niyə bu addımları atacaqlarının anonsunu verir. Çünki tərəflərin dekabrda sülh müüqaviləsi mətninin müzakirəsinə qayıdacağı gözləntisi var. Paşinyanın danışıqlar öncəsi "real Ermənistan" konsepsiyasını yenidən önə sürməsi də buna hesablanıb. Bu konsepsiya özündə qonşu ölkələrə qarşı ərazi iddialarından və bunun əks olunduğu normativ-hüquqi aktlarından imtina edilməsini ehtiva edir.

Baş verənlər fonunda Bakı və İrəvan arasında münasibətlərin normallaşması motivi üzrə gedən danışıqların dərinliyində Ermənistanın gələcək mövcudluğu, yaxud hansı sərhədlər çərçivəsində mövcudluğu yatır.

lll

"Azərbaycanda itləri güllələyirlər" söhbəti hələ 2012-ci ildə - Avroviziya müsabiqəsi zamanı ortaya atılmışdı, 2015-ci ildə - Avropa Oyunları zamanı və beynəlxalq tədbirlərin keçirildiyi sonrakı dövrlərdə də gündəmə gətirildi. Bütün dövrlərdə beynəlxalq medianın geniş "araşdırmalar" apardığı "itləri güllələyirlər" məsələsi Azərbaycana qarşı kampaniyalarda əsas ştrixlərdən biri olub. COP29-da "itləri güllələyirlər" aksiyası da eyni prosesin davamıdır.

Məsələ etirazçıların Bakıya yönəlmiş beynəlxalq diqqəti üzərlərinə çəkməsində deyil. 12 illik müşahidə göstərir ki, bu və bu kimi addımlarda məqsəd hansısa problemin həlli - misal üçün, "itlərin güllələnməsi"nin qarşısını almaqdan daha çox, Azərbaycana qarşı kampaniyaya heyvan haqları üzrə təşkilatları da cəlb etmək, mənfi informasiya bumu yaratmaq və cəbhəni maksimum genişləndirməkdir.

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:58
embedMənbə:https://525.az
archiveBu xəbər 19 Noyabr 2024 14:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarif savaşı qızışır: Çin 125 faizə qaldırdı

11 Aprel 2025 22:48see129

Bağırsaq sağlamlığı niyə vacibdir

12 Aprel 2025 04:39see125

NATO Ukraynanı böyük partiya mərmi ilə təchiz etməyə hazırlaşır

11 Aprel 2025 21:52see125

Hər gün bir alma yeməyin 10 FAYDASI

11 Aprel 2025 09:44see124

Deputat Cahangir Zeynalovun Azərbaycana qayıtmasını istəyir: Gəlib, sənətimizdəki boşluğu doldursun

11 Aprel 2025 11:19see122

Rusiyanın Ukraynada son sutkadakı itkiləri açıqlanıb

11 Aprel 2025 09:31see121

“Ukraynalılar ədalətli dövləti müdafiə etdiklərinə inanmırlar”..?

11 Aprel 2025 21:24see118

ABŞ da Trampı öldürməklə hədələyən şəxs həbs edilib

12 Aprel 2025 04:09see118

Ən sadiq kişilər bu bürclərdəndir

12 Aprel 2025 13:05see118

Trampın siyasətinə etiraz: ABŞ səfiri istefa verdi

12 Aprel 2025 01:16see117

AMEA da “Elmlə ədəbiyyatın dialoqu”

12 Aprel 2025 13:03see116

Süni intellekt qadınlar arasında işsizliyi artıracaq

12 Aprel 2025 13:12see115

Abşeron rayonunda qanunsuz qaz sayğacları AŞKARLANDI

11 Aprel 2025 21:47see115

Zərifə xanımın işıqlı obrazı yüksək vətənpərvərlik və humanizm rəmzi kimi həmişə bizimlə qalacaq ŞƏRH

11 Aprel 2025 09:47see115

İsraillə Azərbaycan arasında səhiyyə sisteminin elektronlaşdırılmasına dair fikir mübadiləsi aparılıb

11 Aprel 2025 17:35see113

İran ABŞ danışıqlarının mövzusu

12 Aprel 2025 13:02see113

Uşaqlar arasında kütləvi virus yayılıb?

12 Aprel 2025 12:29see113

Elçin Əmirbəyov Ermənistanla sülh müqaviləsi haqqında: Prosesin yalnız birinci hissəsi başa çatıb

11 Aprel 2025 20:06see112

“Xəyanət olunub, mən də etmişəm” deyən Nüşabə Musayeva danışdı

11 Aprel 2025 13:44see111

Avropa və Konfrans liqalarında nəticələr necə olub?

11 Aprel 2025 09:47see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri