Icma.az
close
up
RU
525ci qəzet Suriya kimi tarixi ölkə çökür So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet Suriya kimi tarixi ölkə çökür So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.

Elnur Məmmədov, sosial şəbəkə istifadəçisi:

- Hazırda Suriyada İranın qələmini qırırlar. Hadisələr Putin, Ərdoğan və Tramp razılaşması kimi gəlir mənə. Bu razılaşmadan hər üç lider də uduşlu çıxır. Planın arxasında isə İsrailin olduğunu düşünürəm.

Turab Rzayev, politoloq:

- Hələb imperiyalar qəbiristanlığı olub tarixən. Görəsən, bu dəfə kimi bitirəcək?!

Şəhriyar Məhərrəmov, "Abşeron" qrupunun rəhbəri:

- Hesab oyuna görə deyil. İstənilən mütəxəssis deyə bilər ki, bu gün "Qarabağ" "Lion"dan qat-qat yaxşı oynadı. Sadəcə həm şans, həm də qol vura bilən hücumçu problemi var. Yəni komanda əla oynayır, sadəcə qol vura bilmir.

Buna görə də dünyada qol vuran hücumçuların qiyməti milyonlarladır. Yaxşı hücumçu tapmaq çətindir. "Beşiktaş" milyonlar xərcləyib ulduzları yığıb hücuma, amma hazırda "Makkabi" kimi ortabab kluba uduzur.

"Qarabağ"ı lağa qoymaq deyil, alqışlamaq lazımdır ki, özündən 10 qat boyük büdcəyə sahib komandanın qapısına, dirəyinə nə qədər zərbələr vurub.

Aydın Quliyev, jurnalist:

- Suriyanın nə suverenliyi, nə də dövlət şərəfi qaldı...

Bir dövlətin ərazisində güclü, mərkəzi suveren dövlət hakimiyyətinin həmin xalq üçün nə qədər böyük xoşbəxtlik və təhlükəsizlik olduğunu bugünkü Suriyanın timsalında görürsünüzmü? Həqiqi suveren dövlət həm də şərəfli dövlətdir. Bugünkü Suriyanın şərəfli dövlət olduğunu iddia etmək olmaz. Çünki mərkəzi və güclü suveren hakimiyyətdən söz gedə bilməz. Əsəd yalnız paytaxt Dəməşqi idarə edir. Suriyanın qalan ərazilərinin hər hissəsi bir dövlətin və silahlı bandaların nəzarəti altındadır. 14 il əvvəl atasının heykəlləri uçuruldu, indi isə özünün portretlərinə od vurulur...

Həqiqi suveren dövlətçilik şərəfi heç də hər dövlətə qismət olmur...

Nə yaxşı ki, Azərbaycanın suverenliyini tam bərpa edə bildik. Bunun da nə qədər böyük xoşbəxtlik olduğunu bilirsinizmi?!.

Suverenlik dövlətin hər bir qarış torpağının mərkəzi hakimiyyətin şəriksiz nəzarətində olması deməkdir...

İlqar Altay, hüquqşünas:

- Suriya onsuz da bölünüb parçalanmış halda idi. Bu son hərbi qarşıdurma, dava-qırğınla daha da qarışıb alt-üst olub. Ölkədə (ölkə demək olarsa) Suriya, Türkiyə, İran, Rusiya, ABŞ, İsrailin hərəsi özü üçün xüsusi proksi-hərbi birləşmə saxlayır. Döyüş sahəsində elə qarışıq vəziyyət yaranıb ki, düşmən ölkələr dosta, dostlar düşmənə çevrilir. Baş çıxartmaq olmur, istədikləri, etdikləri nədir!

İsrail qırıcıları İranın Əsəd hökumət qüvvələrinə silah-sursat gətirən İran yük təyyarələrini vurur, Türkiyə İsraildən razı qalır. Rusiya ilə dost olan Türkiyənin dəstəklədiyi hərbi qüvvələrin Rusiya xüsusi dəstəsini məhv etməsi, bu da sahədə iki ölkəni qarşı-qarşıya qoyur. ABŞ-ın dəstəklədiyi PKK hərbi dəstələr Hələb uğrunda Türkiyəyönlü qüvvələrlə vuruşur, ABŞ-Türkiyə arası narazılıq. Türkiyəyönlü sünni müxaliflər "Hezbillahı" qırır, Bəşər Əsədin ordusunu qırır, burda İran-Türkiyə qarşıdurması və İsrail ilə Türkiyə birliyi. Nə isə, Suriya kimi tarixi ölkə çökür, "it yiyəsini tanımır".

Hamısı da Bəşər Əsədin naşı marionetlər kimi ölkəni beynəlxalq savaş poliqonuna çevirməsi, xalqı ayaq altda qoyma vecsizliyindəndir. Həm də, adamın neçə illər, geosiyasət anlayışsızlığı. Çətin dövrə yetişmişik, beynəlxalq güclərin öz savaşları üçün havayı poliqon ölkə axtardıqları.

Xəritədə dağıdılıb bölünüb parçalanmış Suriya.

Yeganə Hacıyeva, politoloq:

- ABŞ Gürcüstanla strateji tərəfdaşlığı dayandırır.

Dünən axşamdan ABŞ Dövlət Departamentinin sözçüsü Miller bu haqda yazdığı tviti bir dəfə sildi, ikinci tvitinə düzəliş etdi, amma postun mahiyyəti dəyişmədi.

Millerin tviti ilə eyni vaxtda Gürcüstan prezidenti Salome Zurabişvili "parlamentin legitim olmadığı"nı əsas gətirib mandatının başa çatmasına baxmayaraq, istefa verməyəcəyini bildirdi.

Zurabişvilinin belə addım atması ilə bağlı proqnozu hələ oktyabrın 29 da AzTV-də söyləmişəm.

Gürcüstan daxili ssenari üçün bizi narahat edən digər məqamlar haqqında da verilişdə danışmışam.

Azərbaycanda bu ölkə ilə bağlı sabah hansı xəbərə ayılacağımız bəlli olmadığı üçün şərhlərdə maksimum neytral olmaq vacibdir.

Hələlik isə vəziyyət belədir ki,  etirazlar Tiflisdən kənara da yayılıb.

Artıq Batumi, Kutaisi, Rustavi və digər şəhərlərdə nümayişlər keçirilir.

Etirazçıların ölkənin əsas magistral yollarını bağlamağa başladığı barədə xəbərlər var.

Asif Nərimanlı, jurnalist:

- Gürcüstan hakimiyyətinin Avropa İttifaqı ilə üzvlük danışıqlarını 2028-ci ilə qədər dayandırdığını elan etməsindən sonra başlanan etirazların dalğası böyüsə də, iqtidar dəyişikliyi ehtimalı hələ də güclü görünmür. Bunu həm etiraz aksiyasındakı mənzərə, həm də siyasi müstəvidəki vəziyyətlə əsaslandırmaq olar.

Etiraz aksiyalarında hakimiyyətin əlini gücləndirən iki amil var:

- Müxalif siyasi qüvvələr birləşsə də, həlledici rol oynayacaq lider probleminin olduğu görünür: meydana enən prezident Zurabişvili Saakaşvili obrazında deyil;

- "Gürcü arzusu"nu aksiyaya qarşı bütün inzibati resurslardan istifadədə çəkindirəcək güc mərkəzi yoxdur: ABŞ-da hakimiyyətin ötürülməsi prosesi Gürcüstan hakimiyyətinə qarşı Qərbin təzyiqində Vaşinqtonun rolunu azaldıb;

Gürcüstan hakimiyyətinin avroiteqrasiyadan imtinanı indi elan etməsində Trampın gəlişinin də rolu var.

Birincisi, respublikaçıların hakimiyyəti dövründə ABŞ və Avropa İttifaqının "vahid mövqe" sərgiləməyəcəyi gözləntisi var və bu, rəsmi Tbilisiyə Qərblə münasibətlərdə alternativlər yaradır, eləcə də təzyiq dalğasını parçalayır;

İkincisi, Trampın fəaliyyətə başlamasından sonra ABŞ və Rusiya arasında bazarlıqların aparılması, Yaxın Şərqlə Cənubi Qafqazın "barter" edilməsi ehtimalı mümkün ssenarilərdəndir (Suriyada hazırda baş verənlərə bu gözləntilər fonunda da baxmaq olar): "Gürcü arzusu" bu mümkün ssenariyə hazırlaşır.

Hazırda Tbilisidə təkcə gürcü xalqının seçimi yox, həm də Avropa İttifaqının regiondakı mövcudluğu, ümumilikdə geosiyasi müstəvidə "güc mərkəzi" olmaq perspektivi də həll edilir. Bu baxımdan, Avropa Tbilisidə hakimiyyət çevrilişi üçün bütün resurslarını işə salacaq.

Elxan Şahinoğlu, politoloq:

- ABŞ-ın yeni Prezidenti Donald Tramp yanvarın 20-də andiçmə mərasimindən dərhal sonra ilk qərarının nə olacağını açıqlayıb. Tramp ilk iş günündə Kanada, Meksika və Çindən idxal olunan bütün mallara tariflər tətbiq edəcək. O bu barədə "Truth Social" platformasında yazıb. Donald Tramp  prezident kimi səlahiyyətlərinin ilk günündə Kanada və Meksikadan gətirilən mallara 25 faiz, Çindən gətirilən mallara isə əlavə olaraq 10 faiz rüsum tətbiq edəcək. Belə çıxır ki, Tramp Çini iki qonşusu - Meksika və Kanadadan fərqləndirmir. Tramp bu iki ölkədən ABŞ-a "narkotiklərin və cinayətkarlığın misli görünməmiş səviyyədə daxil olduğunu" iddia edib. Trampın sözlərinə görə, iki qonşusuna qarşı yüksək tariflər yalnız narkotik ticarəti və qanunsuz miqrasiya sona çatdıqdan sonra ləğv ediləcək. 

Bu, Trampın Meksika və Kanadaya təzyiq alətidir. O hesab edir ki, Meksika və Kanada onun qaldırdığı problemləri həll etmək iqtidarındadır. Tramp Kanada və Meksika ilə yanaşı, Çindən də ABŞ-a narkotik maddələr daşındığı qənaətindədir. Trampı narazı salan odur ki, adını çəkdiyi ölkələr onun Ağ Evin sahibi olduğu illərdə xəbərdarlıqlarını nəzərə almayıblar. Misal üçün Tramp deyib ki, Çinlə ABŞ-a göndərilən böyük həcmdə narkotiklər, xüsusən də fentanil (sintetik opioid) haqqında çoxlu söhbətlər aparıb, ancaq bu danışıqların heç bir nəticəsi olmayıb. Trampın yenidən Ağ Evə qayıdışı xəbərdar etdiyi dövlətləri hərəkətə gətirməlidir. Kanada, Meksika və Çin ABŞ-ın əsas ticarət tərəfdaşları olduğundan bu böyük bazarı itirmək istəməzlər.

Osman Gündüz, Azərbaycan İnternet Forumunun prezidenti:

- COP29-da istifadə olunan texnologiyaların taleyi necə olacaq?

COP29-da diqqət çəkən məqamlardan birisi də texniki-texnoloji təminatın yüksək səviyyədə olması idi. Cavabdeh qurum olaraq XRİTDX, cavabdeh İT şirkət olaraq "Cyberpoint", ETSN İT komandası böyük əmək sərf edərək dayanıqlı və keyfiyyətli iş ortaya qoya bildilər.

Maraqlıdır ki, tədbir çərçivəsində xeyli, yüzlərlə, minlərlə  kompüterlərdən, noutbuklardan, server avadanlıqlarından, monitorlardan, video-müşahidə sistemlərindən və s. texnologiyalardan istifadə edilib.

İndi görəsən, onların taleyi necə olacaq ? Onlardan necə effektiv istifadə olunacaq?

Maraqlıdır, görəsən, CİSCO hansı şərtlərlə öz avadanlıqlarından istifadəyə imkan yaradıb ? İndi onlardan necə istifadə olunacaq?

Xatırlayıram ki, bundan öncə ölkədə təşkil olunan böyük tədbirlərdə, İlk Avropa Oyunlarında, İslam Həmrəyliyi Oyunlarında və s. texniki-texnoloji təminata cavabdeh şirkətin ("Eurodesign") istifadə etdiyi noutbuklarla sonradan az qala futbol oynanılmasının, avadanlıqların mağazalarda və əllərdə dəyər-dəyməzinə satılmasının da şahidi olmuşduq.

Ümid edirəm COP29-da istifadə olunan texnologiyalardan gələcəkdə effektiv istifadə olunacaq.

Medianın bu məsələni COP29 təşkilatçılarından sorğulaması faydalı olardı.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://525.az
archiveBu xəbər 03 Dekabr 2024 15:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Təsadüf, yoxsa səssiz yazılmış ssenari? Məryəm Bağırova yazır

16 İyul 2025 12:49see1220

Forma sponsorluq gəlirlərinə görə ən yaxşı 10 klub SİYAHI

16 İyul 2025 19:20see187

10 illik dövr başa çatdı Real dan getdi

16 İyul 2025 15:01see145

Biz dəyərlərimizlə bir birimizə bağlıyıq

17 İyul 2025 10:35see122

Vaqif Poeziya Günləri milli bir şifrədir Aqşin Yenisey

17 İyul 2025 05:32see121

GÖYÇAY SAKİNLƏRİ ÖRÜŞ SAHƏSİNDƏ SÜNİ GÖL YARADILMASINA ETİRAZ EDİR “İstifadə etməyə su tapmırıq” / Foto

16 İyul 2025 15:32see115

Bakıda ikimərtəbəli evdə GÜCLÜ YANĞIN

17 İyul 2025 12:42see113

Göbələk xərçəngin dərmanı imiş

16 İyul 2025 06:06see112

Azər Həşimov: Ölkə çempionatda sürpriz komanda olmağa çalışacağıq

16 İyul 2025 22:45see112

Bu il 100 yeni dövlət standartı qəbul edilib

16 İyul 2025 16:13see112

TƏBİİ TƏLƏ: Yayın kəşfi ağcaqanadların sonunu gətirəcək

17 İyul 2025 00:56see111

Gürcüstan Rusiyadan deportasiya olunmuş Ukrayna vətəndaşlarını sərhəddən buraxmır

16 İyul 2025 21:25see111

Livan druzlarının lideri: İsrail Suriyada xaos yaratmaq üçün bəzi druzlardan istifadə edir

16 İyul 2025 18:50see111

İrəvan imtina edir, yoxsa..?

16 İyul 2025 15:43see111

“Neftçi” yeni ev formasını təqdim edib FOTO

16 İyul 2025 23:05see111

Velosipedlərin parklanması üçün konstruksiyaların alınmasına bu qədər vəsait sərf ediləcək

17 İyul 2025 12:51see111

“Real” müdafiəçisinin rekordu

16 İyul 2025 07:18see111

Türkiyə BƏƏ Yüksək Səviyyəli Strateji Şuranın iclası keçiriləcək

16 İyul 2025 07:30see111

Çində imtahanda aşağı bal topladığına görə oğlan evdən qovuldu

18 İyul 2025 02:01see111

Ukraynaya veriləcək silahlar məlum oldu “NYT” detalları açıqladı

16 İyul 2025 10:54see110
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri