Icma.az
close
up
RU
525ci qəzet Suriyanın ən dəhşətli dövrü So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525ci qəzet Suriyanın ən dəhşətli dövrü So­sial şə­bə­kə­də ya­zı­lan­lar

525.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Sahib Məmmədov, hüquq müdafiəçisi:

- Qəddafi pis idi, diktator idi və s. Devirdilər. Səddam da pis idi, diktator idi, devirdilər. Əsəd də pis idi, onu da devirirlər. Bu pis və qəddar diktatorlardan sonra həmin dövlətlər çiçəkləndimi? Firavan, hakimiyyətin real bölgüsü olan xalq tərəfindən seçilən hakimiyyətlər bərqərar oldumu və ya olacaqmı? Onlar diktator olduqlarına görə yox, dünya güclərinə müqavimətə görə devriliblər. Onlar devrildikdən sonra əmin-amanlıq, firavanlıq, demokratiya gəlmədisə və əksinə, dövlətçilik süqut etdisə, vətəndaş, tayfa, təriqət müharibələri davam edirsə, o zaman xalqların qazancı nə oldu? Suallar çoxdur. Kənardən azarkeşlik etmək ayrı məsələdir.

Mir Şahin Ağayev, jurnalist:

- Mahmud Mahmudov BDU-nun ən həlim təbiətli müəllimi idi. Aforizmlər yazır, yazdıqları ilə də nümayişkaranə qürurlanırdı. "Ş" səsini bəzən qəflətən bir az şirin tələffüz edirdi. Amma bu ona özünün bir məşhur aforizmini hamının yanında şəstlə deməsinə mane oımurdu: "Dovşan kələm xətrinə yovşan da yeyər!" Allah rəhmət eləsin, Əzizimiz Mahmid müəllim! Yenicə mənzil alanda məni də dəvət etmişdi. Tələbə idim onda. Mənzilinin pəncərəsindən şəhər bütün əzəməti ilə görünürdü... Elə sevinirdi ki... "Axır ki canım rahat oldu, Mirşahin" demişdi. İndi son mənzildədir. Yəqin ruhu da rahatdır indi! Pəncərəsiz mənzilində...

Vüsal Məmmədov, jurnalist:

- Avropa İttifaqının sədri dəyişdi. Yaxşı tanıdığımız Şarl Mişel postunu Portuqaliyanın keçmiş Baş naziri Anroniu Koştaya təhvil verdi. Avropa İttifaqının sədri 2.5 illiyə seçilir. O, bu postda iki dəfədən çox qala bilməz. Şarl Mişel 2019-cu ildən Avropa İttifaqına sədrlik edirdi.

lll

Parisdə, Yelisey sarayında Tramp, Makron və Zelenskinin qapalı görüşü cəmi 20 dəqiqə çəkib. Bu o deməkdir ki, əslində heç bir müzakirə getməyib. Tramp gəlib, şərtlərini diktə edib və gedib.

İradə Tuncay, Əməkdar jurnalist:

- Qaçıb-qaçmayıb (yəni Bəşər Əsəd) derkən yeni dövlətin tarixi uzağı 70 ilə filan dayanır. Amma Dəməşq ən qədim tarixi olan paytaxtlardan biridi... Yəni Xilafət olub da - Əməvilərdən, Abbasilərdən üzü bəri... Tarix boyu da kim güclü olubsa, onun əlinə keçib. Uzun müddət Osmanlının əlində, Dünya müharibələrində ingilis, fransız, almanlar aparıcı yerdə... Ruslar 50-ci illərdən sonra mühüm mövqe tutmağa başlayıb... Yenə müharibə gedir və hələ bilinmir nə olacaq?..

Aydın Quliyev, jurnalist:

- Suriyanın ən dəhşətli dövrü başladı...

İndi sual o deyil ki, Əsəd rejimi bitəcək, ya yox. Əsəd rejimi bitib. İndi sual odur ki, Bəşər Əsəd rejiminin süqutundan sonra bölgə necə olacaq? Suriyanın Türkiyəyə münasibəti necə olacaq? Suriyanın Rusiyaya münasibəti necə olacaq? Suriya - İran münasibətləri necə olacaq? Suriyanın özünün dövlət quruluşu necə olacaq?

Təzə bir monarxiyanın yaranma şansları yoxdur. Demokratik rejimin yaranması üçün isə həm xarizmatik, həm demokratik, həm də avtoritarlıq gücü olan lider Suriya siyasətində hələlik yoxdur... Sonra?..

Suriya öz tarixində ən mürəkkəb dövrə daxil olur...

İlkin İzzət Bağırov, jurnalist:

- Neapolda kiçik bir kafeyə 2 müştəri girdi. Onlardan biri "Bizə 5 qəhvə! 2-si bizim üçün, digəri isə asqıda!" - dedi. Müştərilər 5 qəhvənin pulunu ödəyib, 2 qəhvə götürdülər. "Asqıda qəhvə nədir?" - deyə ofisiantdan soruşdum. O, "Gözləyin, görəcəksiniz", - dedi.

Daha sonra başqa müştərilər gəldilər. Onlardan 2 qız öz içdiklərinin pulunu ödəyib getdi. Bir müddət sonra 3 vəkil gəldi. "7 qəhvə!" dedilər. Onlar isə 3-nü içdilər, amma 7 qəhvənin pulunu ödədilər. 

Biz söhbətə davam edən zaman içəri yoxsul bir kişi girdi. Titrək səslə "Asqıda qəhvəniz varmı?" - deyə soruşdu. 

Neapolda insanlar bu şəkildə üzünü görmədən digərlərinə qəhvə və hətta yemək sifariş edirlər.

P.S. Bu maraqlı və ibrətamiz hekayə qarşıma türk dilində çıxdı. Həmin yazını tərcümə və kiçik redaktə ilə diqqətinizə çatdırdım. Çox istərdim ki, bizdə də buna bənzər şeylər adət halına gəlsin.

Şəmil Sadiq, ANAİB sədri:

- Nazir naşirləri niyə təəccübləndirdi...

Bu gün sərginin son saatlarında tələbəlik dostum, dəyərli ziyalımız Gəncə Aqrar Uiversitetinin rektoru Zəfər Qurbanov zəng etdi ki, cənab nazirlə sərgiyə gəlirik. Rektor təyin olunandan tələbələrin sevimlisi, universitetin elmi potensialının yüksəlməsinə daimə xidmət göstərən Zəfər müəllim hər sərgimizdə iştirak edirək şərəfləndirir!

Açığı, ilk ağlıma gələn təhsil naziri oldu... Amma gələndə məlum oldu ki, kənd təsərrüfatı naziri cənab Məcnun Məmmədov qonağımızdır. Etiraf edim ki, adətən, bu cür tədbirlərdə, rəsmiləri sərgi ilə tanış edəndə çətinlik çəkirəm. Niyəsini siz təsəvvür edin, mən Məcnun müəllimdən danışım sizə. Bütün stendləri səbirlə, bir kitabsevər kimi gəzdi. Həm də necə... Kitablara baxır, sorğu-sual edir, seçdiyi kitabları alır. Hətta kitablara baxa-baxa arada telefonuna göz atır. Sonra bizə məlum olur ki, bütün kitabxanasını telefonda kataloqlaşdırıb, hansılar var, hansıları oxuyub, baxır, yenidən satıcı ilə dialoqa keçir. Bizim stenddə mən həvəslə Xatirə ədəbiyyatı seriyamızı təqdim edirəm, deyir, bəli, 55 cildi var bunun, ardı çıxıbsa, verin... Naşirlər bir-birinin üzünə baxır... Sanki gözləri ilə deyirlər ki, belə də nazir olar?! Çünki alışmadığımız durumdur... Sonra "Teas Pres"ə yaxınlaşırıq, Rəşad həvəslə kitablar təqdim edir, bunu almışam, bunu çoxdan oxumuşan, bu seriya da var... Kataloquna baxır, hə, bu seriya yoxdur...

Sonra "Çapar" nəşriyyatını soruşur...

Bildiyiniz şokdayıq...

Yaza-yaza düşünürəm ki, biz niyə bu qədər təəccüblənirik, ilahi, axı niyə...

Bir nazir səfərdə olarkən eşidə ki, kitab sərgisi var, yolüstü ora vaxt ayıra bilməzmi?

Bəyəm bir nazir kitab oxuyan ola bilməzmi?!

Bir nazir heç bir hədiyyə kitab qəbul etməyərək, özü ala bilməzmi?

Bir nazir nəyi və niyə oxuyacağını özü müəyyən edə bilməzmi?!

Bir nazir kitabla bu qədər yaxın təmasda ola bilməzmi?

Bir nazir Bakıdakı sərginin nə vaxt keçiriləcəyini öz qeyd dəftərinə yaza bilməzdimi?

Bir nazir hansı nəşriyyatın hansı mövzulu əsərlər çap etdiyini bilə bilməzdimi?

Bir nazir, bir məmur...

Bu günümüzə rəng qatdığı və sözün əsl mənasında bizi təəccübləndirdiyi üçün hörmətli Məcnun müəllimə və Zəfər müəllimə dərin təşəkkürlərimi bildirirəm!

Fuad Şərifov, sosial şəbəkə istifadəçisi:

- Suriyada ən böyük cinayətlər rejimin 50 ildən artıq idarə etdiyi müddətdə həbsxanalarda yaşanıb.

Suriyada olan həbsxanalar çox geniş və 3-4 alt mərtəbədən ibarət olub. Xüsusilə paytaxtdakı Sednaya həbsxanası daha məşhurdur: işgəncələri, edamları ilə. Bu həbsxanada ata Əsədin hakimiyyəti dövründən həbs olunanlar belə saxlanılır: 40-50 il həbsdə yatanlar var.

Rejim ölkəni tərk edəndə bu həbsxanalarda havalandırma və enerji sistemini də söndürüb, qapıları qapadıb. Yerin altındakı mərtəbələrdə minlərlə məhbus qalmaqdadır, onları çıxarmaqda çətinlik çəkirlər. Gecikmələr olarsa, bu insanlar öləcəklər.

Daha bir dəhşətli məqam Dəməşq ilə yanaşı, digər şəhərlərdə azad olunan məhbuslar içərisində ölkənin hələ də Hafiz Əsəd tərəfindən idarə olunduğunu və onun öldüyündən xəbərsiz olan, Səddam Hüseynin hələ də sağ olduğunu, ölkədə 13 il gedən vətəndaş müharibəsindən xəbərsiz olan insanlar var. Onların içərisində mobil telefon, internetin nə olduğunu bilməyən və görməyən insanlar var.

Bir sözlə bu dəhşətdir... oxuduqca, gördükcə insanı vahimə basır.

Asif Nərimanlı, jurnalist:

- Əsədin devrilməsi ilə Suriyada yeni və daha mürəkkəb görünən dövr başlanır.

- Qüvvələr nisbəti dəyişdi: döyüşən 4 qruplaşmadan biri - Əsəd ordusu sıradan çıxdı, indi üç qüvvə - ASO, PYD/YPG, HTŞ - qalır;

- Əsədin devrilməsində maraqlı tərəflər - ABŞ/İsrail və Türkiyə yeni mərhələdə üz-üzə duran tərəfə çevrilə bilər;

- Əsəd məsələsində Türkiyə ilə toqquşan Rusiya və İran bundan sonra Ankara ilə eyni cəbhədə dayanmağa çalışacaq.

HTŞ-nin qisasdan imtina etməsi, hakimiyyəti Baş nazirdən təhvil almaq gedişi, qaçqınlara geri qayıtmaq çağırışı idarəçiliyi ələ ala biləcəyi gözləntisini yaradır. Bundan sonra Suriyada de-fakto mövcud olan ölkələr - ABŞ/İsrail, Türkiyə, Rusiya və İran HTŞ ilə anlaşmaq xəttini izləyəcək və hər şey qruplaşmanın bu qüvvələr arasındakı seçimindən asılı olacaq.

Qərbdən HTŞ-yə verilən dəstək, eləcə də HTŞ-nin lideri Əbu Məhəmməd əl-Colani əvvəldən verdiyi açıqlamalar fonunda qruplaşmanın Rusiya və İranı ölkədən çıxarmaq xəttini tutacağı gözləniləndir. Moskva və Tehran Suriyada faktiki həlledici gücə çevrilən Ankaranın dəstəyini əldə etməyə çalışacaq. Lakin bu, HTŞ PYD/YPG terrorçularına qarşı sərgiləyəcəyi mövqeyindən asılı olacaq. Qruplaşma PYD məsələsində Ankaranın mövqeyini nəzərə almasa, bu, Suriyada "çoxcəbhəli toqquşma" ssenarisini yenidən aktuallaşdırır. Və Türkiyəni Rusiya ilə İranla yaxınlaşdıra bilər.

İran və Rusiyanı bölgədən çıxarmaq istəyən ABŞ/İsrail cəbhəsi PYD/YPG kartından imtina etmək istəməsə belə, yenə də Türkiyə ilə anlaşmalıdır.

İstisna deyil ki, Türkiyə Suriyada hakimiyyətin təhvil verilməsi və yenidən qurulması prosesinin getdiyi vaxt PYD/YPG mövqelərini sıxışdırmaq istiqamətində addımlarını intenssivləşdirsin. Bu, həm Trampın Ağ Evdə fəaliyyətə başlamasına, həm də Suriyada gələcək danışıqlara qədər əlini maksimum gücləndirmək baxımından əhəmiyyətlidir. Məlumatlara görə, ASO PYD/YPG terrorçularının əlindəki Deyr əz-Zora daxil olub.

Hazırda Suriyada bütün tərəflər üçün həlledici ölkə Türkiyədir. Bundan sonrakı dövrdə hadisələrin inkişafının ilk növbədə HTŞ-nin PYD/YPG-yə qarşı mövqeyindən, daha sonra Türkiyənin mövqeyindən asılı olacağı görünür.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:92
embedMənbə:https://525.az
archiveBu xəbər 10 Dekabr 2024 15:11 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see271

Sentyabrın 1 də hava kəskin dəyişir

31 Avqust 2025 14:03see140

İsveçrə ABŞ də qızıl zavodu açmaqdan imtina edib

31 Avqust 2025 15:25see132

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see130

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see125

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see124

Rəcəb Tayyib Ərdoğan Tiencində Si Cinpinlə görüşüb

31 Avqust 2025 13:51see123

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see122

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see122

Mançester Yunayted dən Vilyarreal a

31 Avqust 2025 12:49see120

Azərbaycan Prezidentinin köməkçisi: Azərbaycan dialoq tərəfdaşı kimi ŞƏT lə sıx əməkdaşlıq edir

31 Avqust 2025 09:25see120

Çindən Azərbaycana idxalın həcmi nə qədərdir?

31 Avqust 2025 11:42see119

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see118

Mehmed Fetihler Sultanı nda yeni sima Foto

31 Avqust 2025 10:38see118

Kurtlar Vadisi nin Mematisi illər sonra FOTO

31 Avqust 2025 15:05see118

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see118

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see117

Rusiya Kiyev, Dnepr və Zaporojyeyə hücumlara haqq qazandırıb

31 Avqust 2025 11:24see116

Rüfətdən məhsuldar ötürmə

31 Avqust 2025 11:12see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri