Icma.az
close
up
RU
Menu

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

Dostu 6 bıçaq zərbəsi vurdu

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

Tramp Harvarda 30 gün vaxt verdi

İsrail və HƏMAS arasında tarixi razılaşma...

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

525ci qəzet Türk Akademiyası türk dünyasının elmi tədqiqatlar mərkəzinə çevrilir

525ci qəzet Türk Akademiyası türk dünyasının elmi tədqiqatlar mərkəzinə çevrilir

525.az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Türk dövlətləri və xalqları arasında bütün sahələrdə güclənən və yeni perspektivləri açılan inteqrasiya prosesi elm, təhsil, texnologiya sahəsində də səmərəli əməkdaşlığı zəruri edir. Bu mənada Türk dünyasının elmi tədqiqatlar mərkəzinə çevrilən Türk Akademiyasının fəaliyyəti xüsusi əhəmiyyət kəsb edir. Mərkəzi Qazaxıstan Respublikasının paytaxtı Astana şəhərində yerləşən və Azərbaycan, Qazaxıstan, Qırğızıstan və Türkiyənin üzv olduğu Türk Akademiyası mühüm elmi layihələrin sırasına yenilərini əlavə edərək fəaliyyətini uğurla davam etdirir. Yola salmaqda olduğumuz bu ildə də 30-dan çox böyük layihə həyata keçirən Akademiya, elmi nəşrlərinin sayını da əhəmiyyətli dərəcədə artırıb. Beynəlxalq səviyyədə elmi konfranslar təşkil edən bu qurum, türk tarixinə işıq tutacaq arxeoloji qazıntılara və bir çox elmi layihələrə də dəstək verməkdədir. Türk dövlətlərinin iqtisadi əməkdaşlıq potensialı, qida və su təhlükəsizliyi ilə bağlı mövzular Akademiyanın yeni tədqiqat istiqamətlərini təşkil edir.

Qurulduğu 2010-cu ildən etibarən Türk dünyasının tarixi, arxeologiyası, mədəniyyəti, dili, ədəbiyyatı, sosiologiyası və folkloru sahəsində elmi-tədqiqatlar aparan, tədbirlər həyata keçirən və elmi əsərlər dərc edən Türk Akademiyası üçün 2024-cü il nailiyyətlərlə yadda qalan bir il olmuşdur.

Türk dünyası ilə bağlı 30-dan çox böyük layihə uğurla həyata keçirilib

Türk Akademiyası tərəfindən 2024-cü ildə Türk dünyasında ortaq tarix, dil, kimlik, mədəniyyət, iqtisadiyyat, sosiologiya, elm və təhsil sahəsində əməkdaşlıq da daxil olmaqla, ümumilikdə otuzdan çox layihə həyata keçirilmişdir. Bu layihələrdə türk dövlətləri arasında həmrəylik əlaqələrinin dərinləşməsinə, ortaq mədəni və tarixi əlaqələrin gücləndirilməsinə xidmət edən mövzular prioritet təşkil edir.

"Türk dünyasının müqəddəs məkanları: memarlıq və arxeoloji abidələr", "Qədim türk daş heykəlləri kataloqu", "Qədim türk runik yazılarının kataloqu", "XIX və XX əsrin əvvəllərində türk maarifçiliyi: mütəfəkkirlər haqqında bioqrafik məlumatlar", Türk dillərinin iqtisadi, hərbi, dilçilik və tibb terminləri lüğətləri, "Türk xalqlarının mifologiya sözlüyü", "Türk dünyasının tarixi toponimləri", "Türk xalqlarının ailə ənənələri", "Türk dünyasının fəlsəfi-siyasi düşüncə tarixi", "Türk dünyası uşaq atlası" və s. kimi uğurla həyata keçirilən layihələr bu silsiləndəndir.

Ortaq türk əlifbası: Türk xalqlarının inteqrasiya prosesində mühüm mərhələ

2022-ci ildə Türk Akademiyası nəzdində təsis olunmuş Türk Dünyası Ortaq Əlifba Komissiyasının 9-11 sentyabr 2024-cü il tarixlərində Bakıda keçirilən üçüncü toplantısında 34 hərfdən ibarət "Ortaq Türk Əlifbası" ilə bağlı ümumi razılıq əldə olunmuşdur. Türk Dövlətləri Təşkilatı Katibliyinin koordinasiyası, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının dəstəyi və Türk Dil Qurumunun birgə təşkilatçılığı ilə həyata keçirilən bu layihə Türk Akademiyasının mühüm uğuru kimi qiymətləndirilmişdir. Hesab edilir ki, "Ortaq türk əlifbası"nın qəbulu türk xalqları arasında yazı birliyini təmin edərək, ədəbiyyat, elm və mədəniyyət sahələrində əməkdaşlığın daha da inkişafına öz töhfəsini verəcəkdir. Türk dünyasının böyük mütəfəkkirlərindən İsmayıl bəy Qaspıralının "Dildə, fikirdə, işdə birlik" idealının gerçəkləşməsi istiqamətində atılan bu addım türk xalqlarının inteqrasiya prosesinin ən mühüm mərhələlərindən biri kimi səciyyələnir.

Gənclər üçün silsilə layihələr reallaşdırılıb

Türk dünyası gəncləri arasında mədəni və tarixi bağların möhkəmləndirilməsi məqsədilə Akademiya tərəfindən silsilə layihələr həyata keçirilir. Bu kontekstdə hazırlanan "Türk dünyasının böyük şəxsiyyətləri" layihəsi gəncləri Türk dünyası vahid ideya nüvəsi ətrafında birləşdirmək və zamanın fövqündə dayanan  şəxsiyyətlərin mütərəqqi fikir və ideyaları ilə tanış etmək məqsədi daşıyır. Qədim dövrlərdən XIII əsrə qədər şəxsiyyətləri əhatə edən birinci cild 2022-ci ildə nəşr edilmiş, XIII-XIX əsrləri əhatə edən ikinci cildin hazırlanması isə 2024-cü ildə başa çatdırılmışdır.

Cari ildə Türk Akademiyası "Türk dünyasının böyük şəxsiyyətləri: uşaqlar üçün hekayələr toplusu" adlı növbəti layihəsini həyata keçirmişdir. Yeniyetmələr və gənclər üçün nəzərdə tutulmuş bu nəşrlərdə ümumtürk tarixində böyük rol oynamış görkəmli şəxsiyyətlərin mənəvi dəyərlər dünyasını, qəhrəmanlıqlarını və əbədi irsini işıqlandıran hekayələr təqdim olunur.

Gənc alimlər üçün "Türkologiya" və "Yeni enerji texnologiyaları" mövzusunda yay məktəbləri təşkil edilib

Qazaxıstanın Türküstan şəhərində 8-25 avqust 2024-cü il tarixlərində Türk Akademiyası, Türkiyə Elmlər Akademiyası (TÜBA), Türk Dil Qurumu (TDK) və Əhməd Yəsəvi Beynəlxalq Türk-Qazax Universitetinin birgə təşkilatçılığı ilə Türk dünyası gənc alimləri üçün "Türkologiya" və "Yeni enerji texnologiyaları" mövzusunda yay məktəbləri təşkil olunmuşdur. Yay məktəbində Türk dünyasının müxtəlif bölgələrində türkologiya sahəsində araşdırma aparan 32 gənc türkoloq iştirak etmişdir. "Türkologiya" yay məktəbi çərçivəsində gənc alimlər Türk dünyasının tarixi, arxeologiyası, dili və ədəbiyyatı üzrə nəzəri və tətbiqi biliklərini dərinləşdirmək imkanı əldə ediblər.

Bu tədbirlə eyni vaxtda enerji sahəsində təcrübəsi və marağı olan Türk dövlətlərindən 35 yaşa qədər gənc tədqiqatçılar və doktorantlar üçün "Yeni enerji texnologiyaları" mövzusunda yay məktəbi təşkil olunmuşdur. Bir həftə ərzində bu sahə üzrə mütəxəssislərin enerji siyasəti və strategiyaları, ənənəvi və bərpa olunan enerji resursları, nüvə enerjisi kimi mövzularda məruzələri dinlənilmişdir.

Türk dünyasına dair beynəlxalq elmi konfranslar keçirilib

2024-cü ildə türk dövlətlərinin elmi-tədqiqat müəssisələri ilə əməkdaşlıq çərçivəsində Türk Akademiyası tərəfindən bir sıra beynəlxalq konqreslər, konfranslar, simpoziumlar və dəyirmi masalar təşkil olunub. Bu elmi tədbirlərin bir qismi Türk dövlətlərinin elm, dil, tarix və ədəbiyyatının inkişafına əhəmiyyətli töhfələr vermiş görkəmli şəxsiyyətlərin ildönümlərinə həsr olunmuş, digər qismində isə türkologiya və ictimai elmlər sahəsində aktual məsələlər müzakirə mövzusu seçilmişdir.

Bu çərçivədə Türk Akademiyası, UNESCO üzrə Azərbaycan Respublikasının Milli Komissiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Türkiyənin UNESCO üzrə Milli Komissiyası, eləcə də ADA Universitetinin birgə təşkilatçılığı ilə 14-15 mart 2024-cü il tarixlərində Bakıda keçirilən "Türk dünyasının tarixi və mədəni irsinin öyrənilməsi və qorunub saxlanması - UNESCO nöqteyi-nəzərindən" mövzusunda beynəlxalq konfransı; Türk Akademiyası, Türk Dil Qurumu və Qırğızıstan Milli Elmlər Akademiyası Çingiz Aytmatov adına Dil və Ədəbiyyat İnstitutunun birgə təşkilatçılığı ilə 24-25 iyun 2024-cü il tarixlərində Bişkekdə keçirilən "Divani-Lügət-it-Türk əsərinin 950-ci ildönümü: Türk dünyasının ortaq dəyəri" mövzusunda beynəlxalq konfransı; 4-6 oktyabr tarixlərində Türk Akademiyası, Türkiyənin Atatürk Mədəniyyət, Dil və Tarix Ali Şurası yanında Türk Tarix Qurumu və Qazaxıstanın Cuçi Ulusu Araşdırmaları İnstitutu ilə əməkdaşlıq çərçivəsində Almatı şəhərində keçirilən "Çingizilər dövründə türk xalqlarının dövlətçiliyi" mövzusunda II Türk Dövlətçiliyi Tarixi Konqresi 2024-cü ildəki ən mühüm elmi tədbirləri sırasında yer almışdır.

Türk dünyasının görkəmli şəxsliyyətlərinin yubileyləri beynəlxalq səviyyəli tədbirlərlə qeyd edilib

Akademiya elmi tədqiqatları və düşüncələri ilə Türk dünyasına misilsiz töhfələr vermiş görkəmli şəxsiyyətlərin yubileylər münasibətilə beynəlxalq elmi tədbirlər təşkil etmişdir. Türk dünyasının elmi və mədəni irsinin təbliği baxımından böyük əhəmiyyət kəsb edən bu tədbirlər arasında aşağıdakıları göstərmək olar:

- 16 sentyabr 2024-cü ildə Şuşada görkəmli qazax arxeoloqu və tarixçisi Alkey Marqulanın (1904-1985) anadan olmasının 120 illiyi və məşhur qazax arxeoloqu Kemel Akişevin (1924-2003) anadan olmasının 100 illiyinə həsr olunmuş Türk Dünyası Tədqiqat İnstitutları və Arxeologiya Mərkəzləri Birliyinin Birinci Toplantısı;

- 21 avqust 2024-cü il tarixində Qazaxıstanın Almatı şəhərində məşhur qazax şairi Maqjan Jumabayevin 130 və Murat Auezovun 80 illik yubileylərinə həsr olunmuş "Əl-Fərabi dünyası - təməl milli dəyər" konfransı;

- Qazaxıstanın tanınmış dilçi alimi, türkoloq, professor Rabiqə Sızdıkovanın anadan olmasının 100 illiyinə həsr olunmuş "Qloballaşan dünyada elmin inkişafı: türkçülük, dilçilik, filologiya" mövzusunda beynəlxalq konqres (18-19 oktyabr 2024-cü il);

- Türkmən ədəbiyyatının görkəmli klassik şairi Məhtimqulu Fəraqinin 300 illiyi münasibətilə Astana şəhərində L.N.Qumilyov adına Avrasiya Milli Universiteti ilə birgə təşkil olunmuş "Dil və ədəbi irs - birliyin əsası" mövzusunda konfransı (29 oktyabr 2024-cü il);

- 14 noyabr 2024-cü il tarixində Özbəkistanın Nukus şəhərində Qaraqalpaq şairi Acıniyaz Kosıbay Ulının 200 illik yubileyinə həsr olunmuş "Acıniyaz Kosıbay Ulı - 200" adlı beynəlxalq elmi-nəzəri konfransı və s.

Türk tarixinə işıq tutan arxeoloji qazıntılar davam etdirilib

2022-ci ildə Türk Akademiyası və Monqolustan EA-nın Arxeologiya İnstitutunun Monqolustanın Nomqon vadisində apardığı elmi axtarışlar və qazıntılar zamanı Türk xalqlarının tarixi və mədəniyyəti ilə bağlı Kül tigin və Bilgə xaqanın atası - İltəriş Qutluq xaqanın məzar kompleksi gün üzünə çıxarılmışdır. Türk Akademiyasının mühüm uğurlarından biri hesab olunan bu arxeoloji ekspedisiyanın 2023 və 2024-cü illərdə də davam etdirilməsi nəticəsində Nomgon-2 Xatirə Kompleksində kitabənin - Bitiq daşının alt hissəsi də aşkar edilərək geniş elmi ictimaiyyətə təqdim olunub.

Bundan əlavə, Akademiyanın təşkilatçılığı ilə Qazaxıstan ərazisində də bir sıra arxeoloji qazıntı işləri həyata keçirilib. Bu silsilədən 2024-cü ilin aprel ayında Türk Akademiyası Böyük İpək Yolunun əsas qovşaqlarından biri olan Mangistau bölgəsində "Mangistau tarixi irsi: Oğuz-Qıpçaq dövrünün abidələri" adlı çöl ekspedisiyası və iyun ayında Qızılorda vilayətinin Cankənd ərazisində aparılan arxeoloji tədqiqatlar ümumürk tarixinin və mədəniyyətinin öyrənilməsi baxımından xüsusi əhəmiyyət kəsb edir.

Türk Akademiyasının elmi nəşrlərinin sayı əhəmiyyətli dərəcədə artıb

2024-cü ildə Türk Akademiyasının müxtəlif tədqiqatlara dair nəşrlərin sayı xeyli artıb. Nəşr olunan kitablarda Türk dünyasının mədəni zənginliyi, tarixi və bugünkü reallıqları geniş yer tutur. Nəşrlər sırasında Türk dünyasının bir sıra görkəmli ədiblərinin, ictimai-siyasi xadimlərinin, tarixçi və türkoloqlarının əsərləri, ortaq tarixi, mədəni və ictimai dəyərlərə işıq salan kitabları yer alır. Bu silsilədən Azərbaycanın tanınmış ziyalılarından Abbasqulu Ağa Bakıxanovun qazax dilində çap olunmuş "Seçilmiş əsərləri"; görkəmli türkoloq-alim Bəkir Çobanzadənin seçilmiş elmi əsərlərindən ibarət "Tiltutka" (qazax dilində) kitabı; Əhməd Buranın məşhur türkmən şair Məhtimqulu haqqında yazdığı "Sözə qanad verən şair" (qazax dilində) kitabı; Azərbaycanın görkəmli siyasi və dövlət xadimi M.Ə.Rəsulzadənin "Azərbaycan Cümhuriyyəti" (qazax dilində) kitabı; Alaş hərəkatının liderləri Əhməd Baytrusınulı və Mağcan Cumabay və başqalarının "Seçilmiş əsərləri" (qazax dilində) kitabı; Azər Turanın Türk dünyasının böyük mütəfəkkiri Əli bəy Hüseynzadənin həyat və ictimai-siyasi fəaliyyətinə həsr olunmuş "Əli bəy Hüseynzadə" (həyat, mübarizə, yaradıcılıq və şəcərə) (qazax və özbək dillərində) kitabı Akademiyanın builki nəşrləri arasındadır.

Türk dünyası alimlərinin layihələrinə dəstək artırılıb

Akademiya müsabiqə yolu ilə seçilən qrant layihələri vasitəsilə Türk dövlətlərindən olan elm adamlarının tədqiqatlarına dəstək verib. Bu layihələrə "Süni intellekt və rəqəmsal texnologiyaların türk dili tədris sisteminə effektiv inteqrasiyası: dil pedaqoqlarının (qazax, qırğız, özbək) peşə ixtisaslarının artırılması", "Türk xalqlarının idman sənəti: nəzəri və tətbiqi araşdırmalar", "Türk dünyasında yumşaq güc: rəmzlər, dəyərlər, ideyalar", "Türk xaqanlığının şimal ticarət və müharibə yolu və uyğur dövrü", "Ziyabidin Maqzuninin "Fərqanə xanlarının tarixi" (Dilçilik, ədəbiyyatşünaslıq və tarixşünaslıq) adlı əsərinin transkripsiyası, tərcüməsi, təhlili, "Orta Asiya xalqlarının (qaraqalpaqlar, özbəklər, qazaxlar, qırğızlar) yemək ənənələri ilə bağlı adətləri" adlı tədqiqatlar daxildir.

Türk dövlətlərində iqtisadiyyat, ərzaq və su təhlükəsizliyi, elm və təhsil sahəsində əməkdaşlıq mövzusunda tədqiqat işləri aparılıb

Türk Akademiyasının yeni tədqiqat istiqamətlərindən biri də iqtisadiyyat, qida və su təhlükəsizliyi mövzusu təşkil edib. Bu kontekstdə üzv ölkələrin müvafiq təşkilatlarının ekspertləri ilə birlikdə aparılmış müqayisəli təhlillər nəticəsində üç ayrı hesabat hazırlanıb dərc edilmişdir. Bunlar Türk dövlətlərinin rəsmi iqtisadi siyasət araşdırma mərkəzləri şəbəkəsinə daxil olan qurumların birgə tədqiqat layihəsi olan "Türk iqtisadiyyatları 2024 Hesabatı: Türk dövlətləri arasında nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi",  "Türk  dövlətlərində qida təhlükəsizliyi və davamlı inkişaf" və "Türk dövlətlərində su ehtiyatlarından səmərəli istifadəyə dair regional perspektivlər" mövzusunda hesabatlardır. Bu hesabatlar Türk dövlətləri arasında ticarətin cari vəziyyətinin təhlili, investisiyaların rəqəmsallaşdırılması, nəqliyyat və enerji əlaqələrinin gücləndirilməsi üçün dəyərli mənbə hesab olunur. Ərzaq və su təhlükəsizliyi mövzusunda aparılan tədqiqatların nəticələri əsasında türk dövlətlərində su ehtiyatlarının və qidanın effektiv və davamlı idarə olunmasına dair təklif və tövsiyələr yer alır. "Türk Barometri 2024: türk dövlətlərində təhsil və elm sahəsində əməkdaşlıq - mövcud reallıqlar və gələcəyə baxış" adlı layihədə isə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyədə aparılmış elmi-sosioloji araşdırma vasitəsi ilə türk dövlətləri arasında mövcud elm və təhsil əməkdaşlığına dair mövzular tədqiq olunmuşdur.

Akademik Şahin Mustafayev: "Birgə elmi tədqiqatlar və elmi əməkdaşlıq Türk dünyasının inteqrasiya prosesinə böyük təkan verir"

2024-cü ilin yekunları haqqında danışan  Türk Akademiyasının prezidenti, akademik Şahin Mustafayev bildirmişdir ki, təmsil etdiyi qurum "Türk Dünyası-2040 Vizyon Sənədi"nin hədəfləri istiqamətində, türk xalqlarının tarixi, ədəbiyyatı, dili, əlifbası, etnoqrafiyası, mədəniyyəti sahəsində bir sıra elmi layihələr həyata keçirir. Elmi-tədqiqat işlərinin keyfiyyət və kəmiyyət baxımından günü-gündən daha da dəyər qazandığını diqqətə çatdıran akademik, elmi əməkdaşlığın inkişafına yönəlmiş layihələrin Türk dövlətləri arasında əlaqələrin möhkəmləndirilməsi baxımından strateji əhəmiyyət kəsb etdiyini bildirərək, bu elmi tədqiqatlar və əməkdaşlığın Türk dünyasının inteqrasiya prosesinə böyük təkan verəcəyini vurğuladı.

TÜRK AKADEMİYASI

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://525.az
archiveBu xəbər 16 Dekabr 2024 16:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Bakıda yolun hərəkət hissəsi parkinqə çevrilib Nişanları heçə sayıb yolu bağlayırlar VİDEO

29 May 2025 16:23see157

Ən sağlam səhər içkisinin adı açıqlandı Çay və qəhvə deyil

29 May 2025 16:23see144

Azərbaycan və Türkmənistan qarşılıqlı əməkdaşlığı Avrasiya logistik sisteminin dayanıqlı inkişafı üçün mühüm amilə çevrilə bilər EKSPERT

29 May 2025 21:48see131

Kiyevdə məşhur amerikalının başına balkon düşdü Foto

29 May 2025 19:52see126

Sertifikasiyada müəllimə əlavə vaxt verilir Bu hallarda...

29 May 2025 17:36see126

Rusiya Serbiyanı Ukraynaya gizli sursat verməkdə ittiham edir...

29 May 2025 19:16see122

Ruslar bu yay uğursuz olsa, üsyan başlayacaq Xarebin

30 May 2025 09:01see121

Çin Kiyevə Mavic dronlarının satışını dayandırır

29 May 2025 21:16see120

Xaricdə Azərbaycan əleyhinə çıxışlar edən mühacirlərin ölkəyə ekstradisiyası yalnız bu yolla mümkündür VACİB AÇIQLAMA KONKRET

30 May 2025 18:04see116

Çelsi Joao Feliksdən qurtulmağın yollarını axtarır

31 May 2025 01:21see116

Dostu 6 bıçaq zərbəsi vurdu

29 May 2025 16:45see115

İran şahının sevimlisi olan Xalq artisti niyə yük maşınında qaçmışdı?

31 May 2025 09:00see115

İspaniya təmsilçisi Fernando Torreslə müqavilə müddətini uzadıb

31 May 2025 02:02see115

Super Liqa klubunun yeni baş məşqçisi müəyyənləşib

29 May 2025 21:23see115

Qərbi Azərbaycana Qayıdış Konsepsiyasının təşviqi” adlı layihə çərçivəsində ekspert görüşü FOTOLAR

29 May 2025 21:55see115

Tramp Harvarda 30 gün vaxt verdi

29 May 2025 21:59see114

İsrail və HƏMAS arasında tarixi razılaşma...

29 May 2025 21:28see113

Serj Sarqsyan və kürəkəni 3 milyon dollar rüşvət almaqda ittiham olunur

29 May 2025 21:11see112

Fidan: Rusiya və Ukraynanın atəşkəslə bağlı tələbləri fərqlidir

29 May 2025 21:45see112

Sağlamlıq imkanları məhdud uşaqlara hədiyyələr verilib

30 May 2025 20:40see111
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri