525ci qəzet Yasamal rayonunun bəzi ərazilərində qaz olmayacaq
Icma.az, 525.az portalına istinadən məlumatı açıqlayır.
Yasamal rayonu, Ə.Ələkbərov küçəsində yeraltı qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğv edilməsi məqsədilə bu gün saat 10:00-dan etibarən qaz təchizatı dayandırılacaq.
525.az-a bu barədə "Azəriqaz" İB-dən bildirilib.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Ələsgər Ələkbərov, İsmayıl Bəy Qutqaşınlı, Seyfəddin Dağlı, Kazım Kazımzadə küçələrinin qaz təchizatında fasilə yaranacaq.

Yasamal rayonunun bəzi ərazilərində qaz olmayacaq
27 Noyabr 2024 08:10

