6 havalimanına bombalar yağdı, 15 təyyarə məhv edildi: Müharibənin 11 ci günü FOTO
Icma.az bildirir, Turkstan.az saytına əsaslanaraq.
İsrail-İran müharibəsinin 11-ci günü şiddətli toqquşmalarla başlayıb. İsrail İranın qərbində, şərqində və mərkəzində 6 hava limanına hücum edərək 15 təyyarə və 1 helikopteri məhv edib.
Turkustan.az xəbər verir ki, İsrail ordusu “İran rejiminə məxsus F-14, F-5 və AH-1 təyyarələrinin zədələndiyini” açıqlayıb. Digər tərəfdən İran buna cavab olaraq Xürrəmabad şəhəri yaxınlığında İsrailə məxsus pilotsuz təyyarəni vurub.
ABŞ-ın rəsmi və faktiki olaraq qatıldığı İsrail-İran müharibəsi "Gecəyarısı Yedəkləyicisi" adlı əməliyyatla İranın Fordo, Natanz və İsfahandakı nüvə obyektlərini hədəf alaraq 11-ci gününə qədəm qoyub.
Dünən gecə yarısı hücumu şəxsən açıqlayan ABŞ prezidenti Donald Tramp möhtəşəm bir uğura imza atdıqlarını bildirib və “Nüvəni İrandan götürdük” deyib. ABŞ prezidenti deyib: “Ola bilsin ki, “rejim dəyişikliyi” ifadəsini işlətmək siyasi baxımdan düzgün olmaz, amma indiki İran rejimi İranı yenidən böyük edə bilmirsə, niyə rejim dəyişmir?”.
İran lideri Ayətullah Əli Xameneinin müşaviri Şamxani bildirib ki, hücumlarda istifadə edilən ABŞ bazaları “qanuni hədəflərdir”.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:81
Bu xəbər 23 İyun 2025 10:59 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















