Icma.az
close
up
RU
6100 dollarlıq Həcc ziyarəti: Qiymət artımı ibadətin mahiyyətinə təsir edirmi?

6100 dollarlıq Həcc ziyarəti: Qiymət artımı ibadətin mahiyyətinə təsir edirmi?

Olke.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Son illərdə Həcc ziyarətinin qiymətində müşahidə olunan artım bir çox insanı düşündürür. Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) açıqlamasına əsasən, 2026-cı il Həcc mövsümündə bir nəfər üçün ziyarət paketinin qiyməti 6100 ABŞ (10 370 manat) dolları müəyyən edilib. Xatırladaq ki, ötən il bir nəfər üçün ziyarət paketinin qiyməti 5 950 ABŞ dolları (10 115 manat) təşkil edib.

Hər il olduğu kimi bu il də qiymət artımı müşahidə olunur. Bu artım isə bir sualı gündəmə gətirir: ibadətin dəyəri maddi göstəricilərlə ölçülə bilərmi? Bəs imkanı çatmayan, lakin qəlbində Həcc arzusunu daşıyan insanlar nə etməlidirlər?

Mövzu ilə bağlı Ölkə.az-a danışan ilahiyyatçı Fərid Abdullanın sözlərinə görə, Quranda buyurulub ki, Həcc ayini ona doğru bir yol tapa bilən üçündür:

"Yəni bu vacib ayini yerinə yetirə bilmək üçün sənin hər tərəfli qüdrətin olmalıdır. Səfər xərcliyi, fiziki hazırlıq, yolun əmin-amanlığı və s. Əsrlər boyunca müsəlmanlar üçün bu ayini yerinə yetirmək elə də asan olmayıb. Hər dəfə müəyyən çətinliklərlə üz-üzə gəliblər. Bu günləri isə dünya artıq başqa cürdür. Sərhədlər var, kvota var, qayda qanunlar qoyulub və s. Mən məsləhət bilərdim ki, bu məsələ bir də zəvvar aparan turlarla da aydınlaşdırılsın. Nəticədə məlum olur ki, mövsümlə əlaqədar qiymət tənzimlənməsi fərqlənir. Necə ki, bizdə yağış, qar yağan kimi taksi sürücüləri qiymətləri artırırlar, Səudiyyədə də belə hal ilə qarşılaşmaq olar.

Ona görə də qiymət məsələsini din çərçivəsində axtarmaq yox, dövlətlərin maraq və siyasəti içərisində təhlil etmək lazımdır. Çünki din Həcc ayininə gəlmək istəyənlər üçün şərait yaradılmasını, hətta onlara su verməyin belə, önəmli məsələ olduğunu qeyd edib. 
İndiki dövrdə Ümrə ziyarəti də şöhrət tapıb. Bu, müstəhəb növdür. Zəvvarlar dünyanın hər yerindən gəlib, ayinləri icra edirlər. Azrəbaycandan da Ümrə ziyarətinə gedənlər olur. Qiymət 1100-700 dollar arası dəyişir. Soruşan olar ki, bəs niyə Həcc ziyarətində bu qiymət daha da artır? Həcc ziyarətində əməllər genişlənir və Səudiyyənin, üstəlik bu ziyarəti təşkil edənlərin də məsələyə yanaşma tərzi dəyişir ki, bunu bu işi təşkil edənlərlə maraqlanmaq olar.

Qaldı ki, gedə bilməyənlər. Müəyyən bir təbəqə pul yığıb, ya ehsan yolu ilə Ümrə ziyarətinə gedirlər. Ya da Həcc ziyarətinə gedənlər içərisində bəs qədər kasıblar hədiyyə yolu ilə də gedirlər. Allah belə bir sistem qurub ki, gedə bilən gedir, gedə bilməyən isə niyyəti düzgün olduğu halda Allah ona savab verəcək. Bir daha deyim, bəzi İslamafoblar bu məsələni din əleyhinə çevirirlər. Lakin din öz sistemini qurub. Onu icra edən dindarlardan isə bu məsələni aydınlaşdırmaq lazımdır".

Həmidə İbrahimova

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:71
embedMənbə:https://olke.az
archiveBu xəbər 22 Oktyabr 2025 17:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Lotereyada 2 milyard dollara yaxın pul qazanıldı, götürən yoxdur

21 Yanvar 2026 13:23see237

“20 yanvar milli azadlıq hərəkatını daha da gücləndirdi” DEPUTAT DANIŞDI

20 Yanvar 2026 11:56see223

Azərbaycanın qlobal şəhərsalma gündəliyində gündəliyi

20 Yanvar 2026 11:35see216

Fermada yaşayan dörd uşaq anası sosial yardım ala bilmədiyini deyir

21 Yanvar 2026 02:35see210

Tramp BMT yə alternativ təşkilatı elan edəcək

21 Yanvar 2026 14:19see200

Bilal Ərdoğan Gəncədə “İmamzadə” ziyarətgahını ziyarət edib

20 Yanvar 2026 23:41see196

Rodriges: neft satışından əldə olunan gəlirlər Venesuela iqtisadiyyatının möhkəmləndirilməsinə yönəldiləcək

21 Yanvar 2026 05:25see182

Rusiya xarabalıq bayquşları”nı Bakının üstünə göndərdi Təyyarə qəzasından sonra...

21 Yanvar 2026 04:09see174

Barselona 18 yaşlı futbolçusunu 10 milyondan ucuz satmayacaq

20 Yanvar 2026 11:57see165

Bir gecədə adı dəyişdirilən “20 Yanvar” stansiyası FOTOLAR

20 Yanvar 2026 09:27see162

Kollektiv Qərb keçmişdə qalıb və geri qayıtmayacaq

21 Yanvar 2026 04:25see154

Qorbaçova ölüm hökmü verən hakim: “Rayon əhalisi pul yığıb yaşadığım evi mənə aldı”

20 Yanvar 2026 13:50see153

ÇL: İstanbulda hesab açıldı YENİLƏNİR

21 Yanvar 2026 22:01see150

ATƏT də dərin böhran yaşanır

20 Yanvar 2026 15:14see145

Viktoriya Bekhemlə populyar oldu, sonra unduldu: Həmin pəhriz yenidən gündəmdə

20 Yanvar 2026 08:19see144

ÇL: “Real” “Monako”ya, “İnter” “Arsenal”a qarşı

20 Yanvar 2026 08:04see141

PSJ nin hücumçusu La Liqada çıxış edə bilər

21 Yanvar 2026 00:29see139

Azərbaycan tarixinin faciə və qəhrəmanlıq salnaməsi ŞƏRH

21 Yanvar 2026 11:49see135

Azərbaycan nefti ucuzlaşıb

20 Yanvar 2026 09:48see135

Simpsonlar serialından 2026 cı il üçün dəhşətli proqnozlar

21 Yanvar 2026 22:36see134
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri