65 yaşında da rəqqas olar?! Polad Bülbüloğlu AzPolitika onlayn siyasiictimai qəzet
Azpolitika.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Bizim rəqqaslar əvvəl 20 il işləyəndən sonra təqaüdə çıxa bilərdilər, sonra bu maddə qanundan çıxarıldı.
APA xəbər verir ki, bunu Milli Məclisin Mədəniyyət komitəsinin bu gün keçirilən iclasında “Kitabxana işi haqqında” və “Muzeylər haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə” qanun layihəsinin müzakirəsi zamanı komitə sədri Polad Bülbüloğlu deyib.
Komitə sədri bildirib ki, indi rəqqaslar ümumi qaydada pensiyaya çıxırlar: "Yəni rəqqaslar 65 yaşa kimi rəqqaslıqla məşğul olandan sonra təqaüdə çıxırlar. Bu, gülməli bir şeydir. Nazirlər Kabinetinin qərarı var ki, bu, 5 yaş azaldıla bilər. Xahiş etmişəm ki, sənədləri qaldıraq və müzakirə edək. Qanuna dəyişiklik edək ki, onlar rahat 20-22 ildən sonra təqaüdə çıxa bilsinlər və özlərinə layiqli təqaüd alsınlar. 65 yaşında da rəqqas olar?".
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:84
Bu xəbər 17 Dekabr 2024 15:15 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















