Icma.az
close
up
RU
7 ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda təhsil sahəsi üzrə yeni investisiya imkanları müzakirə edilib

7 ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqunda təhsil sahəsi üzrə yeni investisiya imkanları müzakirə edilib

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Bakı, 14 oktyabr, AZƏRTAC

Bakıda Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurası, İqtisadiyyat Nazirliyi və Birləşmiş Millətlər Təşkilatının (BMT) Azərbaycandakı Nümayəndəliyinin birgə təşkilatçılığı ilə Dayanıqlı İnkişaf Məqsədləri (DİM) dialoqları çərçivəsində “Azərbaycanın dayanıqlı inkişafı naminə təhsilə investisiya” mövzusunda 7-ci dialoq keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Vladanka Andreyeva təhsilin həm fundamental məqsəd olduğunu, həmçinin bütün Dayanıqlı İnkişaf Məqsədləri üzrə tərəqqinin əldə edilməsi üçün güclü hərəkətverici vasitə olduğunu vurğulayıb. “Azərbaycan 2030 Milli Prioritetləri”nə uyğun olaraq rəqabətqabiliyyətli insan kapitalının formalaşdırılması, innovasiyaların stimullaşdırılması və inklüziv inkişaf üçün keyfiyyətli təhsilin rolu qeyd edilib. Qurum rəsmisi BMT-nin nəzərdə tutulan Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə sənədi (2026-2030) üzrə Azərbaycan hökumətinə DİM-lərə nail olmaqda dəstəyini ifadə edib.

İqtisadiyyat nazirinin müavini Səməd Bəşirli Azərbaycan Hökumətinin BMT-nin qlobal təşəbbüslərində fəal iştirak etdiyini, birgə layihələr həyata keçirildiyini qeyd edib. Bildirilib ki, dayanıqlı, inklüziv və başlıca olaraq özəl təşəbbüslərə arxalanan iqtisadi artımın sürətlənməsi, qeyri-neft-qaz sənayesinin inkişafı, azad edilmiş ərazilərə əhalinin qayıdışının təmini Azərbaycanın müasir inkişaf strategiyasının əsasını təşkil edir. Ölkəmiz təhsil, insan kapitalının inkişafı, rəqəmsal savadlılığın və innovativ bacarıqların artırılmasına önəm verir.

Azərbaycanda qurulan sənaye parkları yüksək ixtisaslı mütəxəssislərin, xüsusilə də qeyri-neft sənayesi üzrə kadrların cəlb olunması üçün xüsusi institutlar kimi çıxış edir. Sumqayıt Sənaye Parkının tərkibində fəaliyyət göstərən Peşə Təhsil Məktəbində ölkəmizdə fəaliyyət göstərən müəssisələr üçün sənaye və digər ixtisaslar üzrə kadrlar hazırlanır.

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova BMT ilə birgə əməkdaşlıq çərçivəsində DİM məqsədləri üzrə görülmüş işlərin əhəmiyyətini vurğulayıb. Ölkəmizdə təhsil sahəsində infrastrukturun yenilənməsi və rəqəmsallaşmanın regionlararası bərabərliyin təmin edilməsinə, gender fərqlərinin azaldılmasına şərait yaratdığı bildirilib. Komitə sədri rəhbərlik etdiyi qurumun təhsilin bərabərlik və sosial ədalət baxımından yaratdığı imkanları artırmaq məqsədilə həyata keçirdiyi layihələr barədə məlumat verib.

Elm və təhsil nazirinin müavini İdris İsayev təhsilin keyfiyyətinin artırılması, təhsilə əlçatanlığın təmin edilməsi, beynəlxalq standartlara uyğun təhsil mühitinin formalaşdırılması ilə bağlı həyata keçirilən dövlət proqramları, konsepsiyalar və strategiyalar barədə məlumat verib, dövlət tərəfindən təhsilə davamlı sərmayə qoyuluşunun ölkənin gələcək inkişafını təmin edən əsas amillərdən olduğu diqqətə çatdırılıb.

BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Ofisinin iqtisadçısı Hurşid Rüstəmov “Azərbaycanda təhsil sektorunda öyrənmə nəticələrinin, fərqliliklərin və maliyyələşmənin təhlili” adlı hesabatın nəticələrinə dair təqdimatla çıxış edib.

Tədbir “Azərbaycanın Dayanıqlı İnkişafı üçün Təhsilə İnvestisiya” adlı panel sessiya ilə işini davam etdirib. İqtisadiyyat nazirinin müşaviri, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf üzrə Milli Əlaqələndirmə Şurasının katibi Hüseyn Hüseynovun moderatorluğu ilə keçirilən sessiyada təhsilə yatırılan investisiyaların keyfiyyətli insan kapitalının formalaşdırılmasında rolu, əmək bazarının kadr ehtiyaclarının qarşılanmasında təhsil sisteminin əhəmiyyəti, eləcə də dayanıqlı iqtisadi inkişafın təmin olunması və iqtisadi artımın sürətləndirilməsində innovativ nou-hauların tətbiqinin vacibliyi müzakirə edilib. Panel sessiyada Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyətinin sədri Sadiq Əliyev, Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin direktoru Ülkər Səttarova, Bakı Mühəndislik Universitetinin rektoru Yaqub Piriyev, BMT-nin Azərbaycandakı Rezident Koordinatoru Ofisinin rəhbəri Kanako Mabuçi, “Gender Hub Azerbaijan” layihəsinin həmtəsisçisi Məryəm Məcidova mövzu ətrafında fikirlərini bölüşüblər.

Tədbirdə ötən dialoqlarda müzakirə olunan əsas mövzuların xülasəsinin yer aldığı DİM Dialoq Jurnalı təqdim edilib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:133
embedMənbə:https://azertag.az
archiveBu xəbər 14 Oktyabr 2025 20:09 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see202

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see198

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see169

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see144

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see137

“Araz Naxçıvan”ın rəsmisi: “Hazırda transfer planlarımız yoxdur”

13 Yanvar 2026 14:11see136

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see135

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see133

Səhranın qumlu səthi üzərində gələcəyin enerjisi: Zafranın hekayəsi...

12 Yanvar 2026 20:53see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri