70 tələbədən ibarət 18 startap komanda kənd təsərrüfatına dair innovativ texnoloji həllərini təqdim ediblər
Icma.az xəbər verir, Azertag saytına əsaslanaraq.
Bakı, 7 oktyabr, AZƏRTAC
Kənd Təsərrüfatı Nazirliyinin Aqrar İnnovasiya Mərkəzinin təşkilatçılığı ilə “Dəqiq kənd təsərrüfatında süni intellektin tətbiqi” layihəsi çərçivəsində startapçılarla görüş keçirilib.
Nazirliyin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildirilib ki, ali təhsil müəssisələrinin tələbələrinin iştirakı ilə həyata keçirilən layihənin əsas məqsədi kənd təsərrüfatında rəqəmsal və süni intellekt texnologiyalarının tətbiqini təşviq etmək, aqrar sahədə innovasiyalara marağı artırmaq, gənclərin nəzəri biliklərini praktik bacarıqlara çevirməsinə şərait yaratmaq, həmçinin aqrar startap ekosisteminin inkişafına dəstək göstərməkdir.
Görüşə ölkə üzrə süni intellektin tədris olunduğu 17 ali təhsil müəssisəsini təmsil edən 70 tələbədən ibarət 18 startap komanda qatılıb. Startapçılar kənd təsərrüfatında tətbiq edilə bilən innovativ texnoloji həllərə dair təqdimatlarla çıxış ediblər.
Startap komandaları tərəfindən təqdim olunan layihələr arasında bitkilərdə xəstəliklərin fotoşəkil əsasında müəyyənləşdirilməsinə kömək edən mobil tətbiq, suvarma sistemlərinin avtomatlaşdırılması, su hövzələrində və akvariumlarda toplanan balıq tullantılarından təbii gübrə istehsalı, heyvandarlıqda “Concox Qbit-4G” modulu əsasında yerli GPS izləmə sisteminin tətbiqi, sensor texnologiyalarına əsaslanan idarəetmə modelləri, biotexnoloji üsullarla yetişdirilən bitkilərin satışını vahid platforma üzərindən təşkil edən sistemlər, eləcə də aqrar fəaliyyətlərin ağıllı idarə edilməsini təmin edən proqram təminatları yer alıb.
Kənd Təsərrüfatı Nazirliyinin struktur bölmələrinin rəhbər və mütəxəssislərinin, tabeli qurumların nümayəndələrinin, eləcə də özəl sektor və innovasiya ekosistemi üzrə fəaliyyət göstərən 10-a yaxın Akselerasiya və İnkubasiya Mərkəzinin ekspertlərinin iştirakı ilə keçirilən tədbirdə layihələr ətrafında geniş fikir mübadiləsi aparılıb, ideyaların təkmilləşdirilməsi, bazar tələblərinə uyğunlaşdırılması və tətbiq imkanlarının genişləndirilməsi istiqamətində mütəxəssislər tərəfindən tövsiyələr verilib.
Qeyd edək ki, layihə çərçivəsində seçilən startap komandaları cari ilin 14-16 oktyabr tarixində keçiriləcək “5-ci Yubiley Azərbaycan Beynəlxalq Qarabağın Bərpası, Yenidənqurulması və İnkişafı Sərgisi”ndə öz layihələrini sərgi ziyarətçilərinə təqdim edəcəklər.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:110
Bu xəbər 07 Oktyabr 2025 14:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















