72 ölkədə qadağan olunan bu məhsuldan Rusiya Azərbaycana 467 ton göndərib
Yeniavaz saytına istinadən Icma.az xəbər verir.
Ötən ilin ilk 10 ayı ərzində Azərbaycana xaricdən 657,3 ton asbest gətirilib.
Yeniavaz.com xəbər verir ki, ölkəyə idxal olunan asbestin həcmi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 43% və ya 197,3 ton artıb.
Məlumat üçün bildirək ki, asbest Azərbaycana 3 ölkədən – Qazaxıstan, Rusiya və Çindən idxal olunub. İlin ilk 10 ayında ölkəyə Qazaxıstandan 190 ton, Rusiyadan 467,3 ton, Çindən isə təxminən 10 kiloqram asbest gətirilib.
Qeyd edək ki, əsasən tikinti sənayesində istifadə olunan asbest olduqca təhlükəli maddə hesab olunur. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) bütün növ asbestləri, o cümlədən ən çox yayılan xrizotil asbesti kanserogen (bədxassəli şişlərin yaranmasına səbəb olan) kimi təsnif edib.
Beynəlxalq Xərçəng Araşdırmaları Agentliyi isə asbesti ən təhlükəli kanserogen maddələr qrupuna daxil edib.
Artıq dünyanın 72 ölkəsində, o cümlədən İran, Türkiyə və Ukrayna kimi region ölkələrində asbestdən istifadə rəsmi olaraq qadağan edilib.
Onu da qeyd edək ki, ötən il dekabr ayının 26-da Milli Məclisdə “Mülki dövriyyədə olmasına yol verilməyən (mülki dövriyyədən çıxarılmış) əşyaların siyahısı haqqında” qanuna dəyişiklik təklif edilib.
Qanuna edilən dəyişiklik təsdiq olunduğu təqdirdə, 2027-ci il iyulun 1-dən Azərbaycanda asbestdən istifadə qadağan olunacaq.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:Belarus Rusiya Mead ını ölkədə qadağan etdi...
25 May 2025 22:38
TikTok bu ölkədə qadağan edildi
07 Noyabr 2024 11:40
Bu ölkədə şahmat qadağan olundu
10 May 2025 20:38
Bu ölkədə TikTok qadağan EDİLDİ
23 Dekabr 2024 10:44
Bu ölkədə boşanma qadağan edildi
07 Yanvar 2025 10:00
Baxış sayı:94
Bu xəbər 13 Yanvar 2026 17:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















