Icma.az
close
up
RU
80 a yaxın şahidin heç biri İlqar Mustafayevin əleyhinə ifadə verməyib BULVAR İDARƏSİNİN SABİQ RƏİSİ GÜNAHSIZ OLDUĞUNU DEYİR

80 a yaxın şahidin heç biri İlqar Mustafayevin əleyhinə ifadə verməyib BULVAR İDARƏSİNİN SABİQ RƏİSİ GÜNAHSIZ OLDUĞUNU DEYİR

Gununsesi portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Dənizkənarı Bulvar İdarəsi” Publik Hüquqi Şəxsin İdarə Heyətinin sabiq sədri, 2024-cü ilin sentyabrından həbsdə olan İlqar Mustafayevin məhkəməsi başlayıb.

Gununsesi.info xəbər verir , sabiq sədr məhkəmə qarşısına köməkçisi Rəşad Bədəlov və “GİRASOL” MMC-nin direktoru Fuad Babayevlə birlikdə çıxarılıb.
1966-cı il təvəllüdlü İlqar Mustafayev 2015-ci ildə – Dənizkənarı Bulvar İdarəsindən əvvəl Bayraq Meydanının rəhbəri olub.
2016-cı ildə isə Bulvar İdarəsinə rəhbər təyin olunub.
İlqar Mustafayev, Rəşad Bədəlov və Fuad Babayevin işinə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərova-Məmmədovanın sədrliyi ilə baxılır.
Onlara qarşı Cinayət Məcəlləsinin 179.4 (xüsusilə külli miqdarda mənimsəmə), 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda), 313-cü (vəzifə saxtakarlığı) maddələri ilə ittihamlar irəli sürülüb.
İlqar Mustafayev həbsdə olsa da, digərləri azadlıqdadır.
İyulun 14-də keçirilən hazırlıq iclasında təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib. Təqsirləndirilən şəxslərin vəkilləri vəsatətlər qaldırıb.
İlqar Mustafayevin vəkili İsmayıl Kəngərli hüquqlarını müdafiə etdiyi şəxsin barəsində həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını istəyib. Vəkil bildirib ki, 11 milyon manat mənimsəmə iddiasıyla bu cinayət işinin materialları audit və vergi yoxlamalarına əsaslanır: “Hüquqlarını müdafiə etdiyim şəxs azadlıqda qalsa da, sənədlərə təsir göstərə bilməz. 80-ə yaxın şahid var, heç biri İlqar Mustafayevin əleyhinə ifadə verməyib. Onlara niyə təsir göstərsin? Cinayət işi müstəntiqin mülahizələrinidən ibarətdir. 2020, 2021, 2022, 2023-cü ildə öz mülahizələri əsasında obyektlərə gəlirlər hesablayıb. Pandemiyanın sərt dövründə bulvardakı bir obyektə aylıq 74 min manat gəlir hesablayıb”.
Vəkil qeyd edib ki, müvəkkilinin səhhətində də ciddi problemlər var, onun uzun müddətli həbsdə qalması vəziyyətini daha da ağırlaşdıracaq.
İsmayıl Kəngərli, həmçinin İlqar Mustafayevin məhkəmədə müdafiəçisinin yanında əyləşməsinə icazə verilməsini xahiş edib. Vəkilin sözlərinə görə, tez-tez müvəkkili ilə məsləhətləşməyə ehtiyac yaranır, vaxta qənaət baxımından da yanında əyləşməsinə ehtiyac var.
İlqar Mustafayevin digər vəkili onun yaxşı işlədiyinə görə dövlət tərəfindən təltiflər aldığını xatırladıb.
Mustafayev deyib ki, Nazirlər Kabinetindın onu çağırıb 5 milyon mənimsədiyini deyiblər:”Əks təqdirdə prokurorluğa göndərəcəklərini dedilər. Mən pul mənimsəməmişəm”.

Fuad Babayevin vəkili isə bildirib ki, hüquqlarını müdafiə etdiyi şəxs 11 milyon manatlıq mənimsəmədə ittiham olunur, lakin 2009-cu ildə aldığı kiçik ev, bir avtomibili var: “Bir də kiçik bir torpaq sahəsi. 11 milyon manat mənimsəyən adamın əmlaklarə bunlardır. Araşdırıblar, başqa heç nə yoxdur”.
Vəkil əmlakların sənədlərini məhkəməyə təqdim edib.
Digər təqsirləndirilən Rəşad Bədəlovun vəkili isə cinayət işinin əsassız olduğunu və ona xitam verilməsini istəyib.
Vəkilinin vəsatətinə münasibət bildirən İlqar Mustafayev bildirib ki, 18 aydır təzyiqlər altındadır. Onun sözlərinə görə, Hesablama Palatası 2023-cü ilin dekabrında Dənizkənarı Bulvar İdarəsində yoxlama başlayıb, 2024-cü ilin yanvarında başa çatıb:
“Nəticədə mən vəzifəmdən azad olundum. 8 aya yaxın da Nazirlər Kabineti yoxlama apardı. Avqust ayında məni dəvət etdilər. Orada 4 nəfər vergilərdən vardı, Bulvar İdarəsinin yeni rəisi orada idi. Mənə dedilər ki, 5 milyon manat vəsait əldə etmisiniz, onu verməlisiniz. Mən də dedim ki, bunu sözlə demək olmaz, təsdiqləyən akt olmalıdır. Dedilər ki, ya dediyimizi etməlisən, ya da sənədləri prokurorluğa göndərəcəyik. Elə də etdilər, avqust ayında işimi prokurorluğa göndərdilər. Orada işi əvvəl 2 milyon mənimsəmə ilə başladılar, sonra 3 milyon 777 min. Mən 18 aydır danışa bilmirəm, özümü müdafiə eləmirəm. Həmişə dövlətə, dövlətçiliyə, dövlət başçısına sadiq olmuşam. Ümidlə bu məhkəməni gözləmişəm. Keçmiş məmur, indi adi vətəndaş kimi xahiş edirəm, dövlət başçısına sadiqliyimin təmin olunmasına, ədalətin bərpasına kömək edin”.
İlqar Mustafayevin ev dustaqlığına buraxılması barədə vəsatət təmin olunmayıb. Onun vəkilinin yanında əyləşməsinə icazə verilib.
İş məhkəmə baxışına verilib..
Məhkəmə baxışı iyulun 28-ə təyin olunub.

Firuzə Mahmudova

Gununsesi.info

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:115
embedMənbə:https://www.gununsesi.info
archiveBu xəbər 14 İyul 2025 21:43 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABŞ Venesueladan icazəsiz çıxan bütün tankerləri ələ keçirəcək

13 Yanvar 2026 00:04see216

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see210

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see197

Sınmış ventilyatora görə milyonlar qazandı

11 Yanvar 2026 23:17see192

İcra başçısının nümayəndəliyi möhürü itirdi

13 Yanvar 2026 02:27see182

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see172

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see169

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see168

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see162

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see154

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see150

İran çıxılmaz vəziyyətə düşüb? KONKRET

11 Yanvar 2026 20:10see149

İsraillə Almaniya arasında təhlükəsizlik sahəsində strateji əməkdaşlıq bəyannaməsi imzalandı

12 Yanvar 2026 03:43see145

Qızılın qiyməti BAHALAŞDI

12 Yanvar 2026 09:52see143

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see142

ABŞ lı analitikdən diqqətçəkən paylaşım FOTO

11 Yanvar 2026 22:26see137

PUA ların dövriyyəsinə xüsusi icazə və dövlət qeydiyyatı artıq “mygov”da

12 Yanvar 2026 10:10see134

Tramp İran nümayəndələri ilə görüşə bilər

12 Yanvar 2026 07:39see133

“Azərbaycan sülhdə möhkəmdir”

12 Yanvar 2026 21:45see132

31 manat ödəyib, xidmət almırlar: Xətai rayonunda üç gündür sakinlər KATV dən internet ala bilmirlər

13 Yanvar 2026 11:16see130
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri