80 evi və yarmadası olan Ferdi Tayfur milyardlıq sərvətini kimə bağışlayıb? Açıqlandı
Olke.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Türkiyədə arabesk musiqisinin əfsanəsi hesab edilən müğənni Ferdi Tayfurun vəsiyyəti açıqlanıb.
Ölkə.Az "hürriyet"ə istinadla xəbər verir ki, bu barədə sənətçinin ailə üzvləri məlumat yayıb.
Mülklərin konkret bölgüsü açıqlanmasa da, müğənninin bacısı qızı Şirin Gözalıcı onun sərvətinin bir hissəsinin xeyriyyə qurumlarına bağışladığını yazıb:
"Əslində bu açıqlamanı sevdikləri ilə bölüşmək istəyirdi, amma təəssüf ki, ömrü yetmədi. Bu şərəfli vəzifə bizim üzərimizə düşdü. Atamız xalqımızın gücü və sevgisi ilə əldə etdiyi var-dövlətinin bir hissəsini Türkiyə Silahlı Qüvvələrinə, Darüşşafaka Vəqfinə və LÖSEV-ə bağışlayaraq xalqına olan sevgi və bağlılığını bir daha nümayiş etdirdi. Biz onun ailəsi olaraq atamızla sonsuz qürur duyuruq” - məlumatda deyilir.
Açıqlamada Zeliha Tayfur (ilk həyat yoldaşı), Tuğba Dınız (qızı), Funda Doğrul(qızı), Ferdi Taha Tayfur(bacısı qızı), Nilüfer Gözalıcının(bacısı qızı) adları yer alsa da, müğənninin qızı Tuğçe Tayfurun adının olmaması diqqət çəkib.
Sənətçinin sərvətindən ailə üzvlərinə düşən pay haqda isə məlumat verilməyib.
Qeyd edək ki, 79 yaşlı F.Tayfur bu ilin 2 yanvarında vəfat edib. Türkiyə mətbuatı onun Marmarisdə bir körfəz və yarımadası, həmçinin 80 evi və 6 villası olduğunu yazmışdı. Mərhum sənətçinin ümumi 3 milyard lirə sərvəti olduğu da məlumatlar arasındadır.
Billurə
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:98
Bu xəbər 06 Fevral 2025 17:11 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















