AAYDA: Toğanalı Kəlbəcər İstisu yolunda işlərin 89 % i icra edilib
Bakivaxti portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Toğanalı–Kəlbəcər–İstisu avtomobil yolu layihəsi çərçivəsində ümumilikdə işlərin 89 %-i icra olunub.
Bu barədə Bakıvaxtı.az-a Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.
Bildirilib ki, dünyanın ən uzun tunellərindən biri olan Murovdağ tunelində asfaltlanma işləri aparılır. Uzunluğu 11,7 km olan tunel Toğanalı-Kəlbəcər-İstisu yolunun 13.5-ci km-də inşa edilir.
Uzunluğu 82 km olan Toğanalı-Kəlbəcər-İstisu yolu işğaldan azad edilmiş ərazilərdə həyata keçirilən ən mühüm layihələrindən biri sayılır.
Yolun ən mühüm hissəsi Murovdağ silsiləsindən keçir. Burada yüksəklik 3250 metrədək artır. Avtomobil yolunun təhlükəsiz istismarı üçün Murovdağ silsiləsinin altından tunelin tikintisi aparılır.
Qeyd olunub ki, Murovdağ tuneli uzunluğuna görə dünyada 18-ci, Avropada 5-ci, MDB ölkələri arasında isə 1-cidir. Tuneldə fövqaladə hallar üçün sağ və sol hissələri birləşdirən 38 keçid tuneli də inşa edilib.
Layihə çərçivəsində Murovdağ tunelindən əlavə ümumi uzunluğu 2636 metr olan daha dörd tunel də tikilib.
Məlumata görə, bu avtomobil yolu Göygöl rayonunun Toğanalı kəndindən başlayaraq işğaldan azad edilmiş Kəlbəcərdən keçir və məşhur İstisu istirahət zonasına qədər uzanır. Yol rayon mərkəzi ilə yanaşı, bölgənin yaşayış məntəqələrinə rahat və təhlükəsiz nəqliyyat əlaqəsini təmin edəcək, kənd təsərrüfatının, turizmin inkişafına töhfəsini verəcək.
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA)Toğanalı–Kəlbəcər–İstisu avtomobil yoluMurovdağ tuneli
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:97
Bu xəbər 29 İyun 2026 21:00 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















