Icma.az
close
up
RU
ABB İnvest Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!

ABB İnvest Azərbaycan kapital bazarında daha bir tarixi hadisənin ərsəyə gəlməsinə mühüm töhfə verir!

Icma.az bildirir, Marja.az saytına əsaslanaraq.

2024-cü ildə ölkədə iri miqyaslı səhm buraxılışının təşkilatçısı (anderrayteri) kimi çıxış edərək tarixi nailiyyət qazanmış “ABB-İnvest İnvestisiya Şirkəti” QSC (ABB-İnvest)  bu il daha bir mühüm hadisənin əsas iştirakçısıdır.

Şirkət oktyabrın 1-də yerləşdiriləcək Avropa Yenidənqurma və İnkişaf Bankının (AYİB) milli valyutamızda denominasiya edilmiş ilk istiqrazının buraxılışının anderrayteri qismində çıxış edir və bu buraxılışın ölkənin kapital bazarının inkişafına mühüm töhfə verəcəyinə əminlik bildirir. 

AYİB tərəfindən Azərbaycan kapital bazarından istiqraz yerləşdirilməsi yolu 1 il müddətinə ümumi dəyəri 50 milyon manat olan vəsait cəlb olunması gözlənilir. Əsasən institusional investorlar üçün nəzərdə tutulmuş bu istiqraz buraxılışının unikallığı tək onun emitentinin ən yüksək kredit reytinqinə malik nüfuzlu beynəlxalq təşkilat olması deyil, həmçinin istiqraz üzrə faiz gəlirlərinin müəyyən edilməsi qaydası ilə bağlıdır. Belə ki, AYİB istiqrazlarının faiz dərəcəsi banklar arası kredit bazarında müəyyən edilən faiz dərəcəsindən (AZIIR – Azerbaijan Interbank Interest Rate) asılı olaraq dəyişəcəkdir və beləliklə bu istiqrazlar ölkəmizdə dəyişən faiz dərəcəsi ilə kütləvi buraxılmış ilk istiqraz olacaqdır. Dəyişən faiz dərəcəsi ilə buraxılmış istiqrazlar faiz dərəcəsi riskindən qorunmaq niyyətində olan investorlar üçün uyğun investisiya aləti hesab edilir. 

İlkin olaraq bazar iqtisadiyyatına keçid edən Avropa ölkələrinə dəstək məqsədi ilə 1991-ci ildə təsis edilmiş bu bank, sonralar fəaliyyətini digər qitələrə genişləndirmiş və müxtəlif ölkələrə, o cümlədən Azərbaycana, 210 milyard ABŞ dollarından çox vəsait investisiya etmişdir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:36
embedMənbə:https://marja.az
archiveBu xəbər 30 Sentyabr 2025 15:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see275

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see234

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see211

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see194

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see184

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see176

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see159

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see159

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see152

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see152

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see151

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see150

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see147

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see145

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see145

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see143

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see142

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see142

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see138

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri