Abbas Əraqçi: Vaşinqton çarəsizdir”
Icma.az bildirir, Bizim media portalına istinadən.
İranın xarici işlər naziri Abbas Əraqçi bəyan edib ki, ABŞ Tehrana hərbi və iqtisadi təzyiq göstərmək üçün etdiyi çoxsaylı cəhdlərin nəticə verməməsindən sonra çaşqınlıq içindədir.
Bizim.Media xəbər verir ki, "Tasnim" agentliyinin məlumatına görə, o, Vaşinqtonun İranla münasibətləri hörmət əsasında qurmaqdan başqa çarəsinin qalmadığını vurğulayıb.
Avqustun 23-də İslam Respublikasının qurucusu Ayətullah Ruhullah Xomeyninin məqbərəsində keçirilən mərasimdə çıxış edən Əraqçi ABŞ Prezidenti Donald Trampın yeni iqtisadi kampaniyasını dəfələrlə tətbiq olunmuş ssenarinin təkrarı adlandırıb.
Nazirin sözlərinə görə, Amerikanın siyasəti müxtəlif dövrlərdə adını dəyişib. Belə ki, Barak Obama administrasiyası dövründəki "dağıdıcı sanksiyalar"dan tutmuş, Trampın birinci prezidentlik müddətindəki "maksimum təzyiq" kampaniyasına və indiki "sarsıdıcı sanksiyalar"a qədər fərqli adlar alıb, lakin mahiyyəti eyni qalıb.
"Bu, onların yenidən nümayiş etdirdiyi təkrarlanan bir filmdir. Biz bu filmi əzbər bilirik və onunla necə mübarizə aparacağımızı yaxşı anlayırıq", — deyə Əraqçi bildirib.
O qeyd edib ki, Vaşinqtonun hərbi zərbə təhdidlərindən sonra yenidən əvvəlki iqtisadi tədbirlərə qayıtması onun İrana təsir göstərmək üçün yeni bir yol tapa bilməməsinin, yəni acizliyinin sübutudur.
Bizim.Media
Baxış sayı:71
Bu xəbər 23 Avqust 2026 19:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















