Icma.az
close
up
RU
Abramoviç futboldan birdəfəlik getdi

Abramoviç futboldan birdəfəlik getdi

Footbal-plus saytından alınan məlumata görə, Icma.az bildirir.

Yəhudi əsilli rusiyalı milyarder Roman Abramoviç bugünlərdə bir daha futbol klubu almayacağını bildirib. “Çelsi”nin sabiq sahibinin dediyinə görə, bundan sonra onun idmanda iştirakı ehtiyacı olanlara yardım göstərməklə məhdudlaşacaq.
"Football-plus.az" xəbər verir ki, Abramoviç gələcək fəaliyyəti haqda Nik Pürelin “Sanksiyalar altında: “Çelsi”nin satışının pərdəarxası tarixçəsi” kitabı üçün müsahibəsində mülahizə yürüdüb. Milyarderin dediyinə görə, günlərin birində “Stemford Bric”ə tamaşaçı kimi qayıtmaq istərdi ki, klubla layiqincə vidalaşsın.
Ancaq Abramoviç bir daha komanda idarə etmək niyyətində deyil:

“Futbol klubunda peşəkar səviyyədə heç bir rol məni maraqlandırmır. Bəlkə də akademiyalar və gənclər üçün layihələrə yardım edə bilərəm. Bu təşəbbüs uğur qazanacaqsa, çətin şəraitdə olan adamlar üçün daha böyük imkanlar yaratmaq istərdim. Kluba yiyələnmək və ya onun idarə olunmasında iştirak – bütün qalan ömrümdə belə şey olmayacaq”.


Əslində Abramoviçi anlamaq asandı. 2022-ci ildə Britaniyanın hakimiyyət orqanları onu “Çelsi”dən imtinaya məcbur etdi. Halbuki 2003-cü ildə London klubunu 140 milyon funta alan Abramoviç onun bütün tarixini yenidən yazdı. “Zadəganlar” rusiyalının rəhbərliyi altında beş dəfə premyer-liqanın çempionu oldu, iki dəfə Çempionlar Liqasını, bir çox başqa ölkədaxili titulları qazandı.
2010-cu illərin ortalarından Abramoviçlə Britaniyanın hakimiyyət orqanlarının münasibətləri pisləşməyə başladı. Biznesmen son illərdə hətta İngiltərəyə baş çəkmirdi. 2022-ci ili fevralında Rusiya Ukrayna torpaqlarını işğal etmək üçün müharibəyə başlayandan sonra Böyük Britaniya Abramoviçə münasibətdə sanksiya tətbiq etdi. Belədə Abramoviç elə həmin ilin yazıda klubu amerikalı Todd Boeliyə 4,25 milyard funta satmalı oldu.
Yeri gəlmişkən, Abramoviç bu pulu da ala bilmədi – hakimiyyət orqanları ilə razılaşmaya əsasən vəsaitin bir hissəsi “Çelsi”nin xəzinəsində qaldı, 2,5 milyardı isə biznesmen humanitar məqsədlər üçün xərcləməliydi. Ancaq tərəflər bu məsələdə anlaşa bilmədilər: britaniyalılar pulun Ukraynanın xeyrinə xərclənməsi üçün israr etdi, Abramoviç isə münaqişənin gedişində əziyyət çəkən hər kəs üçün.
Hazırda Böyük Britaniya məhkəməyə hazırlaşır. Ancaq bu məqam milyarderi narahat etmir:

“Köhnə rus məsəli var: it hürər, karvan keçər. Bu durum üçün yerinə düşür. Həyatım boyunca nə etmişəmsə, adamlar həmişə gizli motivlər axtarıb. Ancaq nə edə bildimsə, etdim, adamlara kömək göstərməyə çalışdım”.


“Çelsi”ni məcburi şəkildə satandan sonra milyarderin bəzi başqa klubları ala biləcəyi haqda xəbərlər yayıldı. “Valensiya”nın, “Göztəpə”nin, Rusiyanın bəzi klublarının adı çəkildi. Ancaq heç bir sövdələşmə baş tutmadı. İndi isə belə aydın olur ki, Abramoviç bir daha futbol layihəsi ilə məşğul olmağı planlaşdırmır.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:146
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 17 İyun 2025 02:59 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1393

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see677

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see533

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see522

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see469

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see446

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see441

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see434

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see422

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see401

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see360

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see347

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see343

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see342

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see313

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see312

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see287

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see281

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see278

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see262
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri