Icma.az
close
up
RU
Menu

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

Panik atakla infarktı necə ayırd etmək olar?

Ankarada yüzlərlə sayt BLOKLANDI

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

Maskın raketi suya düşərək partladı Video

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

Tikinti sektorunda yeni dələduzluq (Video)

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

Bakıda artan kreditin nəticəsi TIXAC

ABŞ Aİ tarif kompromisi

ABŞ Aİ tarif kompromisi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

ABŞ Prezidenti Donald Tramp iyulun 27-də Şotlandiyada Avropa Komissiyasının rəhbəri Ursula Fon der Lyayenlə apardığı danışıqlardan sonra tərəflər arasında tarif sazişinin əldə olunduğunu bəyan edib. Sazişə əsasən, Avropa ölkələrindən ABŞ-a idxal olunan mallar 15 faiz gömrük rüsumu ilə vergiyə cəlb ediləcək. Bu rəqəm əvvəlcədən planlaşdırılan 30 faizlik tariflə müqayisədə aşağı olsa da, Tramp administrasiyasının ciddi güzəştə getdiyini söyləmək çətindir.

Əvəzində Avropa İttifaqı bir sıra güzəştlərə razılaşıb. Belə ki, ABŞ mallarının Avropa bazarına rüsumsiz çıxışı təmin olunacaq və Avropa şirkətləri ABŞ-a əlavə 600 milyard dollarlıq investisiya yatıracaq. Həmçinin ABŞ-dan hərbi texnika və enerji daşıyıcılarının iri həcmdə alınmasına dair razılaşma əldə olunub.

Qərb mətbuatı yazır ki, saziş, əslində, Vaşinqtonun irəli sürdüyü şərtlərlə imzalanıb. ABŞ tərəfindən verilən açıqlamalara görə, 15 faizlik tarif “ümumi” xarakter daşıyacaq və avtomobillər də daxil olmaqla, demək olar ki, bütün məhsullara şamil olunacaq (digər ölkələr üçün bu rəqəm 25 faizdir). Yalnız polad və alüminium üçün 10 faizlik mövcud tariflər qüvvədə qalacaq.

Avropa İttifaqı üçün xüsusilə avtomobil sənayesindəki ticarət axınının qorunub saxlanması həyati əhəmiyyət kəsb edir. Almaniya iqtisadiyyatının bərpası bu sahədəki ixrac potensialından asılıdır. Bu baxımdan, Aİ-nin əsas hədəfi məhz bu sahədə tariflərin azaldılması idi.

Əldə olunan razılaşmanın mühüm hissələrindən biri də enerji sektorunu əhatə edir. Prezident Trampın sözlərinə görə, Avropa ölkələri ABŞ-dan sıxılmış təbii qaz və nüvə yanacağı daxil olmaqla, təxminən 750 milyard dollarlıq enerji resursları idxal edəcək.

Ursula Fon der Lyayen isə bəyan edib ki, Avropa Komissiyası Rusiyadan alınan neft və qazın tamamilə ABŞ məhsulları ilə əvəzlənməsini planlaşdırır. Bu isə dolayısıyla ABŞ-ın Rusiya enerji sektoruna qarşı əlavə sanksiyalar tətbiq etməyə hazır olduğuna işarə kimi qəbul oluna bilər. Nəticədə, dünya bazarında neftin qiymətində artım riski də gündəmə gələ bilər.

Xatırladaq ki, apreldə cənab Tramp Aİ-yə qarşı 30 faizlik tarif tətbiq edəcəyi ilə hədələmişdi. Avqustun 1-də qüvvəyə minməsi planlaşdırılan bu tədbirə cavab olaraq Brüssel ABŞ-dan idxal olunan məhsulların üçdə birinə qarşı sərt qarşılıq paketi hazırlamışdı. Lakin yeni razılaşma bu təhdidlərin aradan qalxdığını göstərir. İyulun əvvəlindən Aİ iqtisadiyyatında canlanma əlamətləri müşahidə olunmağa başlamışdı. Bu şəraitdə ticarət müharibəsinin dərinləşməsi Avropa üçün arzuolunmaz nəticələrə gətirib çıxara bilərdi. ABŞ isə qarşı tərəfin güzəşt meyilliliyindən istifadə edərək sazişi öz şərtləri əsasında imzalamağa nail oldu.

Amma Almaniyada heç də hamı razılaşmadan o qədər də məmnun deyil. Belə ki, Almaniya Sənaye Federasiyası bəyan edib ki, yeni tariflər Atlantik okeanının hər iki tərəfində iqtisadiyyata “mənfi təsir” göstərəcək. Kimya sənayesi assosiasiyası isə tariflərin çox yüksək qaldığını bildirərək sazişi “ağrılı kompromis” adlandırıb. Almaniyanın IFO iqtisadi tədqiqat institutunun rəhbəri Klemens Fuest isə bu razılaşmanı “Aİ üçün alçaldıcı” adlandıraraq, onun güc balansındakı pozuntunu əks etdirdiyini deyib. Ancaq Almaniya kansleri Fridrix Merts razılaşmanı “eskalasiyanın qarşısını alan müsbət addım” kimi qiymətləndirib: “Əsas maraqlarımızı qoruya bildik. Lakin daha çox ticarət azadlığı görmək istərdim”. Almaniyanın maliyyə naziri Lars Klingbayl isə razılaşmanı “yaxşı ilk addım” adlandırıb və bunun alman iqtisadiyyatına və məşğulluğa təsirinin qiymətləndiriləcəyini bildirib.

Beləliklə, danışıqların nəticələrinə baxmayaraq, ekspertlər Avropa İttifaqının bu raundda qələbə qazandığını söyləməkdə ehtiyatlı davranırlar. Saziş daha çox ABŞ-ın maraqlarına xidmət edir və Tramp administrasiyasına həm daxili auditoriyaya iqtisadi uğur kimi təqdim etmək, həm də xarici ticarət siyasətində mövqeyini möhkəmləndirmək imkanı verir. Ən əsası, yeni tarif sazişi dünya ticarətində güc balansının dəyişməyə başladığını və ABŞ-ın iqtisadi rıçaqlardan daha fəal şəkildə istifadə etməyə qərarlı olduğunu göstərir.

Səbuhi MƏMMƏDOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:124
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 29 İyul 2025 09:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Fariz İsmayılzadə: İqtisadi artımın təməli məhz İkinci Azərbaycan Beynəlxalq İnvestisiya Forumu kimi platformalarda qoyulur

28 Sentyabr 2026 11:17see433

“Ana və uşaq sağlamlığı: multidissiplinar yanaşmalar, perspektivlər və aktual çağırışlar” mövzusunda Beynəlxalq Elmi Konfrans keçirilib

28 Sentyabr 2026 14:01see215

Panik atakla infarktı necə ayırd etmək olar?

28 Sentyabr 2026 23:24see200

Ankarada yüzlərlə sayt BLOKLANDI

29 Sentyabr 2026 02:02see194

4SİM Türk Dövlətləri Təşkilatının Texnologiya Forumunda təmsil olunub

28 Sentyabr 2026 17:31see185

Dövlət Məşğulluq Agentliyində şöbə müdiri İŞDƏN ÇIXARILDI

28 Sentyabr 2026 19:36see160

Paytaxtda bəzi marşrutların iş saatları uzadılacaq RƏSMİ

28 Sentyabr 2026 18:45see155

Maskın raketi suya düşərək partladı Video

29 Sentyabr 2026 01:32see154

Nigerdə iki hücumda təhlükəsizlik qüvvələrinin 50 dən çox üzvü öldürülüb

28 Sentyabr 2026 23:26see154

“Zootelepat” qadın 4 nəfəri öldürən filin aqressiyasının səbəbini AÇIQLADI

28 Sentyabr 2026 21:51see151

AMEA prezidenti İsa Həbibbəyli Gürcü Ədəbiyyatı İnstitutunun yubileyində iştirak və çıxış edib

28 Sentyabr 2026 17:45see151

Azərbaycan cəmiyyətinin özünümüşahidəsi

28 Sentyabr 2026 17:30see151

Azərbaycanda bərələrlə avtotexnika daşımaları 13% artıb

28 Sentyabr 2026 10:51see150

“Kəlbəcərdə görüntülənən bu heyvan inəyin bir növüdür, Qırğızıstandan gətirilib” Yak təsərrüfatında artım varmı? ÖZƏL

28 Sentyabr 2026 07:50see150

Azərbaycanda məşhur universitet 3 avtomobil alacaq

28 Sentyabr 2026 18:36see149

Tikinti sektorunda yeni dələduzluq (Video)

29 Sentyabr 2026 07:08see149

Sərnişinlərin NƏZƏRİNƏ: 28 May və Şamaxinka da dəyişiklik

28 Sentyabr 2026 19:05see149

Azərbaycan Orta Dəhlizin 3,2 milyardlıq layihələrində iştirak edir

28 Sentyabr 2026 17:35see148

Starship kosmik gəmisi ilk orbital uçuşundan sonra PARTLADI VİDEO

28 Sentyabr 2026 23:28see148

Bakıda artan kreditin nəticəsi TIXAC

28 Sentyabr 2026 16:17see147
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri