ABŞ da 13 yaşında itikin düşən qız 32 ildən sonra tapıldı
Azpost saytından alınan məlumata görə, Icma.az bildirir.
ABŞ-da 30 il əvvəl yeniyetmə ikən yoxa çıxan qadın tapılıb.
Azpost.info bildirir ki, Kristina Maria Plante 1994-cü ildə, 13 yaşında ikən yoxa çıxıb. O, Arizona ştatının Payson şəhərindəki evindən atını saxladığı tövləyə gedərək bir daha geri qayıtmayıb.
Onun itkin düşməsi dərhal təhlükəli və şübhəli şəraitdə təsnif edilib. Polis və könüllülər axtarışda iştirak ediblər, geniş araşdırmalar və müsahibələr aparılsa da heç bir nəticəsi olmayıb Zamanla iş “soyuyub”.
32 ildən sonra istintaqın işində gözlənilmədən irəliləyiş baş verib. Gila Şəhər Şerif İdarəsinin məlumatına görə, Kristina sağ tapılıb. Onun şəxsiyyəti rəsmi olaraq təsdiqlənib və itkin düşmüş şəxs statusu ləğv edilib.
Müstəntiqlər qeyd edirlər ki, müasir texnologiya və yeni istintaq metodları illər sonra işin yenidən açılmasında əsas rol oynayıb.
Hakimiyyət orqanları qadının harada olduğu və ya onun tapılması şərtləri barədə təfərrüatları açıqlamayıb.
Qeyd olunur ki, qərar Kristinanın məxfiliyini qorumaq istəyinə əsaslanır.
Şerifin ofisi bildirib ki, Onun şəxsi həyatına hörmət əlaməti olaraq, hazırda əlavə məlumat verilməyəcək.
Polis vurğulayıb ki, bu cür hallar onilliklər keçsə də, cavab tapmaq üçün hələ də şansın olduğunu göstərir.
Paylaş
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:186
Bu xəbər 04 Aprel 2026 00:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















