ABŞ dən Azərbaycanla bağlı MÜHÜM QƏRAR
Bakivaxti portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
ABŞ Federal Məhkəməsi Tramp administrasiyasının 75 ölkədən olan müraciətçilərə immiqrant vizalarının verilməsini dayandıran siyasətini qanunsuz hesab edərək ləğv edib.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Söhbət Dövlət Departamentinin yanvar ayında tətbiq etdiyi və Azərbaycan da daxil olmaqla 75 ölkədən olan şəxslərə immiqrant vizalarının verilməsini dayandıran siyasətdən gedir. Məhdudiyyət Latın Amerikası, Balkanlar, Cənubi Asiya, Afrika, Yaxın Şərq və Karib hövzəsində yerləşən ölkələri əhatə edirdi.
Dövlət Departamenti məhdudiyyəti tətbiq edərkən həmin ölkələrdən gələn şəxslərin ABŞ-də dövlət vəsaitlərindən və sosial yardımlardan istifadə edə biləcəkləri ilə bağlı narahatlığı əsas gətirmişdi.
Məhkəmə işi miqrantların hüquqlarını müdafiə edən "Catholic Legal Immigration Network" və "African Communities Together" təşkilatları, eləcə də viza üçün müraciət edən şəxslər və xaricdə yaşayan ailə üzvlərinə sponsorluq edən ABŞ vətəndaşları tərəfindən qaldırılmışdı. Məlumata əsasən, Dövlət Departamenti məhkəmənin qərarı ilə bağlı sorğuya dərhal cavab verməyib.
Qeyd edək ki, sözügedən məhdudiyyət turist və digər müvəqqəti vizalara deyil, ABŞ-yə daimi köçmək üçün nəzərdə tutulan immiqrant vizalarına aid idi.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:68
Bu xəbər 22 Avqust 2026 21:06 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















