Icma.az
close
up
RU
ABŞ dən yeni addımı:Yenə nəsə planlayırlar...

ABŞ dən yeni addımı:Yenə nəsə planlayırlar...

Icma.az xəbər verir, Cebheinfo saytına əsaslanaraq.

ABŞ-nin Şərqi Aralıq dənizindəki addımlarına daha biri əlavə olunub. 

ABŞ Nümayəndələr Palatasına təqdim olunan son qanun layihəsində Kiprdə yunanlara tətbiq olunan silah embarqosunu aradan qaldıran istisna qərarının daha beş il müddətinə uzadılması tələb olunur. 

"Cebheinfo.az" xəbər verir ki, layihənin müəllifləri arasında həm respublikaçılar, həm də demokratlar yer alır. Kris Pappas, Qus Bilirakis, Dina Titus və Nikol Malliotakis tərəfindən hazırlanan layihə "Kipr embarqosuna son qanunu" adlanır. 

Konqresdəki Helen Qrupunun həmsədrləri və üzvləri olan bu millət vəkilləri bu qanuni dəyişikliyin ABŞ ilə Cənubi Kipr arasında təhlükəsizlik əməkdaşlığını gücləndirəcəyini, Şərqi Aralıq dənizində regional sabitliyi artıracağını, müdafiə təchizatı və qarşılıqlı fəaliyyət üçün uzunmüddətli planlaşdırmanı dəstəkləyəcəyini bildirirlər.

Layihə ilə bağlı açıqlama verən Nümayəndələr Palatasının üzvü Kris Pappas deyib: “Kipr Respublikası Şərqi Aralıq dənizində qətiyyətli bir demokratik müttəfiqdir və regional təhlükəsizliyin təmin olunmasında mühüm tərəfdaşdır. 

Bu siyasət dəyişikliyi ABŞ-Kipr ikitərəfli münasibətlərini daha da gücləndirəcək, təhlükəsizlik və müdafiə sahəsində əməkdaşlığa dair qarşılıqlı öhdəliklərimizi dəstəkləyəcək və uzunmüddətli planlaşdırma ilə təchizat koordinasiyasını inkişaf etdirəcək”.  

Xatırladaq ki, yunanlara silah embarqosu adada mümkün gərginliyin qarşısını almaq məqsədilə 1974-cü ildən etibarən tətbiq olunurdu. İlk dəfə 2019-cu ildə qəbul edilən “Şərqi Aralıq Dənizi Təhlükəsizlik və Enerji Tərəfdaşlığı Qanunu” çərçivəsində ABŞ prezidentinə embarqonu hər il ləğv etmək səlahiyyəti verilmişdi. 

Lakin layihənin müəllifi olan millət vəkilləri iddia edirlər ki, Cənubi Kiprin hər il bu istisnanın yenilənməsini tələb etməsi müdafiə planlaşdırmasını çətinləşdirir, birgə kibertəhlükəsizlik və dənizçilik təşəbbüslərini məhdudlaşdırır və Milli Qvardiya Dövlət Tərəfdaşlığı Proqramı kimi layihələri zəiflədir. 

Layihəyə əsasən, silah embarqosuna istisnanın yenilənmə müddəti bir ildən beş ilə qədər uzadılır, Prezidentə isə bu istisnanın qüvvəyə minməsindən sonra hər beş ildən bir onu nəzərdən keçirmək imkanı verilir. 

Eyni zamanda, Cənubi Kipr “çirkli pul” yuyulmasına qarşı mübarizə apardığı və Rusiyanın hərbi gəmilərinə limanlarına giriş vermədiyi müddətcə bu istisnanın ləğvi qadağan edilir. 

Qeyd edək ki, bir neçə gün əvvəl ABŞ-li konqresmenlər Nümayəndələr Palatasına başqa bir qanun layihəsi təqdim edərək, ABŞ-nin Yunanıstandakı hərbi varlığının genişləndirilməsini istəmiş, Yunan adalarında və Kritdən Dədəağaça qədər olan ərazidə yeni bazalar və yerləşmə məkanlarının araşdırılmasını tələb etmişdilər. 

Nigar Hacılı
"Cebheinfo.az"

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:149
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 17 İyul 2025 13:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Diz oynaqlarının ağır IV dərəcəli osteoartrozu olan pasiyentin hər iki dizi tək anesteziya ilə eyni anda əməliyyat olunub

13 Noyabr 2026 12:17see282

Azərbaycanla Avropa İttifaqı arasında əlaqələr müzakirə edildi

13 Noyabr 2026 00:52see264

“Santyaqo Bernabeu”da FIFA rəsmiləri ilə görüş keçirilib

13 Noyabr 2026 05:12see262

Ayxan Abbasov: İnanıram ki, sabah vacib qələbəni qazanacağıq

13 Noyabr 2026 05:39see259

Vaşinqtonda atışmanın təfərrüatları məlum olub

13 Noyabr 2026 02:26see255

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see245

Kişilərdə ginekomastiya: Səbəbləri, müalicəsi və əməliyyat üsulları

13 Noyabr 2026 12:52see236

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see232

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see227

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see227

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see223

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see214

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see213

İnsult zamanı beyni məhv edən zülal aşkarlandı

13 Noyabr 2026 13:08see208

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see207

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see201

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see199

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see196

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see191

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see191
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri