ABŞ diplomatı Danimarka XİN ə çağırılıb
Redaktor.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
ABŞ-nin Kopenhagendəki səfirliyinin yüksək rütbəli diplomatı Danimarka Xarici İşlər Nazirliyinə çağırılıb.
Redaktor.az “Reuters” agentliyinə istinadən xəbər verir ki, bu barədə DR ictimai televiziya şirkəti bildirib.
Buna səbəb ABŞ vətəndaşlarının Qrenlandiyada təsir əməliyyatları aparması barədə məlumatların yayılmasıdır.
Məlumata görə, Danimarka hökuməti hesab edir ki, Tramp administrasiyası ilə əlaqəli olan ən azı üç ABŞ vətəndaşı Danimarka ərazisində gizli təsir əməliyyatlarına cəlb olunub.
"Krallığın (Danimarkanın) daxili işlərinə müdaxilə cəhdləri qəbuledilməzdir. Bununla əlaqədar olaraq ABŞ diplomatının XİN-ə çağırılması ilə bağlı göstəriş verdim", - Danimarka XİN başçısı Lars Lekke Rasmussen bildirib.
Hazırda Kopenhagendəki ABŞ missiyasına müvəqqəti işlər vəkili Mark Ştro rəhbərlik edir

