ABŞ dövlət katibi Kuba üçün “yeni plan“ hazırlayıb: Gizli dialoqun üstü açıldı
Moderator.az saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
ABŞ dövlət katibi Marko Rubio 94 yaşlı keçmiş Kuba lideri Raul Kastronun nəvəsi və qəyyumu Raul Gilyermo Rodriqes Kastro ilə gizli dialoq aparır.
Moderator.az xəbər verir ki, bu barədə "Axios" üç mənbəyə istinadən məlumat yayıb.
"Mən bunu danışıqlardan daha çox, gələcək barədə müzakirələr adlandırardım", - deyə ABŞ prezident administrasiyasının yüksəkvəzifəli məmuru bildirib.
"Axios" qeyd edir ki, Rubio 41 yaşlı Kastronu inqilabi kommunizmin uğursuzluğunu qəbul edən və ABŞ ilə yaxınlaşmada dəyər görən, biznes yönümlü gənc nəsil kubalıların nümayəndəsi kimi görür.
Danışıqlar ABŞ Prezidenti Donald Trampın hərəkətləri fonunda Kubadakı vəziyyətin pisləşdiyi bir şəraitdə aparılır.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 18 Fevral 2026 21:43 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















