ABŞ dövlət katibindən Ukrayna ilə bağlı ilk açıqlama Müharibə başa çatmalıdır AzPolitika onlayn siyasi ictimai qəzet
Azpolitika.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
“Ukraynada müharibə başa çatmalıdır. Vəziyyət dalana dirənib”.
“Report” UNIAN-a istinadən xəbər verir ki, bunu ABŞ-nin dövlət katibi Marko Rubio deyib.
Onun sözlərinə görə, Rusiya- Ukrayna müharibəsinə son qoymaq ABŞ-nin rəsmi siyasətinin tərkib hissəsi olacaq: "Bu, Ukraynaya, eləcə də Rusiyaya və Avropanın sabitliyinə böyük ziyan vuran mürəkkəb, faciəli müharibədir. Bu problemləri həll etməyin yeganə yolu praqmatizmə qayıtmaqdır”.
Qeyd edək ki, bu, M.Rubionun dövlət katibi kimi Ukrayna ilə bağlı ilk açıqlamasıdır.
Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə 2022-ci il fevralın 24-də başlayıb. ABŞ Prezidenti Donald Tramp müharibəni bu il bitirmək üçün çalışacağını deyib. Zelenski isə daha əvvəl söyləyib ki, müharibənin bu il başa çatması üçün mümkün olan hər şeyi edəcək.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:90
Bu xəbər 21 Yanvar 2025 21:50 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















