Icma.az
close
up
RU
ABŞ ilə ticarət müharibəsi Aİ yə 1,1 trilyon avroya başa gələcək

ABŞ ilə ticarət müharibəsi Aİ yə 1,1 trilyon avroya başa gələcək

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Bakı, 17 aprel, AZƏRTAC

ABŞ ilə tarif müharibəsi 2025-2028-ci illər ərzində Almaniyaya 290 milyard avroya (illik ÜDM-in 1,6 faizi) başa gələcək. Bütün Avropa İttifaqı (Aİ) üçün xərclər isə 1,1 trilyon avro təşkil edəcək. Hazırda tərəflər ticarət siyasəti ilə bağlı danışıqlar aparır.

AZƏRTAC xəbər verir ki, bu rəqəmləri Amerika Prezidenti Donald Trampın gömrük siyasətinin nəticələrini təhlil edən Almaniya İqtisadiyyat İnstitutu (IW) verib. O qeyd edir ki, inkişaf etməkdə olan ölkələr və inkişaf etməkdə olan bazar iqtisadiyyatları Trampın tarif siyasətindən daha çox əziyyət çəkəcək, bəziləri isə “artım nisbətlərində dramatik itkilərə məruz qalacaq”.

Martın 12-də Birləşmiş Ştatlar Aİ-dən idxal edilən 25 milyard avro dəyərində polad və alüminiuma 25 faizlik gömrük rüsumları tətbiq edib. Brüssel ABŞ-dan idxala 22 milyard avro dəyərində cavab rüsumları hazırlayıb və bu vergilər iki mərhələdə - 15 aprel və 15 may tarixlərində qüvvəyə minməli idi.

Aprelin 2-də Tramp 200-dən çox ölkəyə “güzgü” tariflərinin tətbiq ediləcəyini açıqlayıb. Aİ üçün bu nisbət 20 faiz idi. Tədbirin qüvvəyə minməli olduğu aprelin 9-da ABŞ Prezidenti 90 günlük fasilə elan etdi və bu müddət ərzində 10 faizlik baza dərəcəsi tətbiq ediləcək. Brüssel də cavab tədbirlərinin tətbiqini müvafiq şəkildə təxirə salıb.

Brüssel və Vaşinqton ticarət siyasəti ilə bağlı danışıqlar aparır. Xüsusilə, Avropa İttifaqı ABŞ-dan LNG alışını artırmağı, həmçinin bu ölkədən silah almaq və Avropanın yenidən silahlanması üçün maliyyə alətini genişləndirmək imkanlarını nəzərdən keçirir. Bu barədə “Corriere della Sera” nəşri yazır.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:246
embedMənbə:https://azertag.az
archiveBu xəbər 17 Aprel 2025 15:55 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

"Real" "Sevilya"nı böyük hesabla məğlub etdi

19 Oktyabr 2026 01:50see398

Azərbaycan Basketbol Liqası: Neftçi Sumqayıt ı məğlub etdi

19 Oktyabr 2026 03:44see394

İran ABŞ nin aviabombasının istehsalı texnologiyasını əldə etdiyini bildirib

19 Oktyabr 2026 05:09see363

Avropanın turizm üçün ən yaxşı şəhəri elan olundu

19 Oktyabr 2026 08:33see350

"Yuventus"u qol atəşinə tutdular Video

19 Oktyabr 2026 02:19see320

Zəngilanın yenidən qurulması sistemli şəkildə davam edir

19 Oktyabr 2026 08:38see292

Rusiya Ermənistandan Naxçıvana uzanan dəmir yoluna nəzarəti saxlamaq istəyir

19 Oktyabr 2026 08:39see275

İran da qırıcı təyyarə istehsal edir?

19 Oktyabr 2026 01:44see268

“Real”dan böyük hesablı qələbə: Arda Gülər və Mbappe fərqləndi

19 Oktyabr 2026 02:37see252

Alonso “Formula 1”də V8 və V10 mühərriklərinin qayıdışına şübhə edir

19 Oktyabr 2026 04:41see247

Valdas Dambrauskas: “Komandama inanıram”

19 Oktyabr 2026 20:32see240

Heç vaxt bu yerdə sızanaqları sıxmayın! Ölümlə nəticələnə bilər

20 Oktyabr 2026 02:07see233

Mağazaların “qaytarılmır” bəhanəsi arxasında nə dayanır?

19 Oktyabr 2026 20:17see222

Zəngilan: Tarixi qayıdışdan strateji inkişaf mərhələsinə MƏQALƏ

19 Oktyabr 2026 15:42see220

İllər sonra gələn Möhtəşəm Yüzil etirafı

19 Oktyabr 2026 06:22see213

Gənc İlham Əliyev hərbi təlimdə Heydər Əliyev andiçmə mərasiminə necə gəlib?

20 Oktyabr 2026 12:50see211

“Bir millət, iki dövlət” şüarından polis kordonuna AKP nin siyasətinin acı nəticəsi

20 Oktyabr 2026 18:28see202

Rusiya atəşkəsə razı olsa Ukraynada seçki olacaq Zelenski

19 Oktyabr 2026 04:06see199

Azərbaycana gətirilən avtomobillərin sayı açıqlandı Hibridlər diqqət çəkir

19 Oktyabr 2026 18:17see198

Ruslar üçün inflyasiya qumbarası...

20 Oktyabr 2026 18:29see185
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri