Icma.az
close
up
RU
ABŞ İran qarşısında beş əsas tələb irəli sürdü

ABŞ İran qarşısında beş əsas tələb irəli sürdü

Icma.az xəbər verir, Sherg.az saytına əsaslanaraq.

ABŞ İranla davam edən danışıqlar çərçivəsində müharibənin dayandırılması üçün Tehrana beş əsas tələb irəli sürüb.

Teleqraf xəbər verir ki, bu barədə İranın “Fars” agentliyi məlumat yayıb.

Məlumata görə, Vaşinqton İranın zənginləşdirilmiş 400 kiloqram uranı ABŞ-ın nəzarətinə verməsini və ölkədə yalnız bir nüvə obyektinin fəaliyyət göstərməsini tələb edib.

ABŞ-ın digər şərtləri sırasında müharibə nəticəsində dəyən ziyana görə kompensasiya ödənilməməsi, İranın dondurulmuş aktivlərinin maksimum 25 faizinin azad edilməsi və bütün cəbhələr üzrə atəşkəsin danışıqlardakı irəliləyişlə əlaqələndirilməsi yer alıb.

Məlumata əsasən, İran da öz növbəsində “minimum etimad təminatları” adlandırdığı beş şərt irəli sürüb və Pakistan vasitəçisinə bildirib ki, bu tələblər praktikada yerinə yetirilməyəcəyi təqdirdə danışıqların ikinci mərhələsinə qatılmayacaq.

Tehranın şərtləri arasında bütün cəbhələrdə, xüsusilə Livanda hərbi əməliyyatların dayandırılması, İrana qarşı sanksiyaların və iqtisadi blokadanın ləğvi, xaricdə dondurulmuş İran vəsaitlərinin tam şəkildə qaytarılması, müharibə nəticəsində dəyən insan və maddi itkilərə görə kompensasiya ödənilməsi, həmçinin ABŞ tərəfindən Hörmüz boğazının idarə olunmasında İranın suveren hüququnun rəsmi şəkildə tanınması yer alıb.

“Fars” yazır ki, atəşkəs elan olunmasına baxmayaraq ABŞ-ın dəniz blokadasını davam etdirməsi Tehranın Vaşinqtona olan etimadsızlığını daha da artırıb.

Tərəflər arasında dolayı danışıqların yeganə mərhələsi aprelin 11-13-də Pakistanın paytaxtı İslamabadda keçirilib və konkret nəticə əldə olunmadan başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:142
embedMənbə:https://sherg.az
archiveBu xəbər 17 May 2026 16:50 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hakan Fidan: “İrana hərbi müdaxilə həll yolu deyil”

24 Oktyabr 2026 14:29see667

Barselona Real : hansı kanallarda?

25 Oktyabr 2026 23:55see329

Gələcəyə inamını itirən gənclik Niyə yatırım etmək əvəzinə kor koranə pul xərcləyirlər?

24 Oktyabr 2026 15:01see318

Mask "Starlink"i Ukrayna üçün niyə bağladığını açıqladı

25 Oktyabr 2026 00:38see310

Qavi El Klasiko öncəsi “Real Madrid”dən ehtiyat etdiyini gizlətməyib

25 Oktyabr 2026 00:32see307

Qubadlının işğaldan azad olunmasından 6 il ötür

25 Oktyabr 2026 00:07see305

Qazaxıstanlı filosoflar AMEA da elmi nəzəri təcrübə keçiblər

24 Oktyabr 2026 16:08see288

Zeytun Festivalında estrada ulduzlarının konserti olub

24 Oktyabr 2026 23:08see278

Bağırsaqlar üçün faydalı QİDALAR

25 Oktyabr 2026 00:37see273

Zeytun Festivalı əyləncəli proqramla yadda qalıb FOTOLAR

25 Oktyabr 2026 00:33see264

Bundesliqa: Bremenlilər dramatik matçda sevindi

25 Oktyabr 2026 00:13see253

Prezident millinin qollarından danışdı: Hamısı gözəl idi...

25 Oktyabr 2026 00:12see240

Zeytunla başlayan, musiqi ilə davam edən gün Fotolar

24 Oktyabr 2026 18:13see239

Piyada keçidində 3 nəfərin vurulduğu qəzanın ANBAAN VİDEOSU

24 Oktyabr 2026 15:35see239

Dövlət Bağçalının Azərbaycana qarşı mövqeyi alqışa layiqdir Politoloq

24 Oktyabr 2026 21:51see236

Azərbaycanda istehsal olunan dərmanlar SİYAHI

24 Oktyabr 2026 17:56see235

Heyva doğrandıqdan sonra niyə qaralır? Rəngini qorumağın praktik yolları

25 Oktyabr 2026 00:38see231

Röya Ayxanın xalası qızının videosu yayıldı VİDEO

26 Oktyabr 2026 00:42see221

Qubadlı 2040 cı ilədək belə olacaq Əhali 14 minə çatacaq… VİDEO KONKRET

25 Oktyabr 2026 15:44see208

Nazilə Səfərli doğma kəndində “yol da yoxdur, məktəb də!” dedi Gürcüstandan cavab gəldi

24 Oktyabr 2026 16:51see198
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri