ABŞ İrandan yazılı imza tələb edir: Nüvə danışıqlarında yeni şərt
Xalqcebhesi saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Tramp ABŞ və İran arasındakı uzun sürən çıxılmaz vəziyyəti aradan qaldırmağa yönəlmiş ilkin saziş çərçivəsində Tehranın nüvə proqramı üzrə konkret güzəştləri yazılı şəkildə təsdiqləməsini tələb edir.
Xalqcebhesi.az xəbər verir ki, bu barədə "ABC News" telekanalına amerikalı rəsmi şəxslər və vəziyyətlə tanış olan digər bir mənbə məlumat verib.
Mənbələrin bildirdiyinə görə, iranlı danışıqlarçılar daha əvvəl İranın nüvə proqramı ilə bağlı müəyyən şərtlərlə yekunda razılaşacağına dair şifahi zəmanətlər versələr də, cümə günü Situasiya otağında keçirilən iclas zamanı prezident bu öhdəliklərin kifayət olmadığı qənaətinə gəlib. Çərşənbə axşamı Senatın Beynəlxalq Əlaqələr Komitəsində keçirilən dinləmələrdə dövlət katibi Marko Rubio, Tramp administrasiyasının növbəti addımı atmazdan əvvəl İrandan tam olaraq nə nail olmaq istədiyinə dair bəzi təfərrüatları bölüşüb.
"Onlar yüksək dərəcədə zənginləşdirilmiş uranla — dağların birinin dərinliklərində hələ də gizlədilən yüksək dərəcədə zənginləşdirilmiş uranın yerləşdirilməsi ilə bağlı çox konkret danışıqlar aparmaq öhdəliyi götürməlidirlər", — deyə Rubio bildirib. "Onlar öz ölkələrində uranın zənginləşdirilməsi fəaliyyətinə sərt və uzunmüddətli məhdudiyyətlərin tətbiq edilməsi və/və ya bu fəaliyyətin dayandırılması barədə danışıqlara razı olmalıdırlar".
Rubio qeyd edib ki, təfərrüatlar, eləcə də Tehran üçün maliyyə stimullaşdırılması tədbirləri daha sonra müəyyən edilə bilər.
"Məsələn, onlar öhdəlik götürməli və deməlidirlər: "Biz zənginləşdirilmiş uranı utilizasiya edəcəyik". İndi isə sual bundan ibarətdir: "Bunu hansı mexanizmlərlə edəcəyik?". Bax bu, artıq danışıqların mövzusu ola bilər", — deyə o əlavə edib.
Məryəm Quliyeva
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:99
Bu xəbər 03 İyun 2026 09:53 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















