ABŞ İtaliyanı Qəzza təhlükəsizlik qüvvələrinə təsisçi üzv kimi qoşulmağa dəvət edib
Icma.az, Sia Az portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
ABŞ İtaliyanı Qəzzada beynəlxalq sabitləşdirmə qüvvələrinin təsisçilərindən biri olmağa dəvət edib. SİA xəbər verir ki, bu barədə "Bloomberg News" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
"ABŞ İtaliyadan Qəzza zolağında beynəlxalq sabitləşdirmə qüvvələrinə təsisçilərdən biri kimi qoşulmağı xahiş edib. Bu həftə diplomatlar təklifi Baş nazir Corcia Meloninin ofisinı və İtaliyanın Xarici İşlər Nazirliyinə göndəriblər", - məlumatda qeyd olunub.
Bildirilib ki, təklif çərçivəsində İtaliya beynəlxalq qüvvələrə qoşun verməyəcək, lakin Qəzza polisinin təlimini öz üzərinə götürəcək. İtaliyanın əsas töhfəsi isə ərəb dövlətlərində, İsrail və Fələstində siyasi təsirlə bağlı olacaq.
Mənbələr qeyd edib ki, indi təşəbbüsə qoşulmaq barədə qərar Melonidən asılıdır, lakin onun ofisi şərh verməkdən imtina edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 24 Yanvar 2026 13:39 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















