ABŞ Prezidenti Azərbaycan Respublikasını Sülh Şurasına təsisçi üzv dövlət qismində qoşulmağa dəvət edib FOTO
Milli.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
Sizi - Azərbaycan Respublikasının Prezidentini Yaxın Şərqdə sülhü möhkəmləndirmək üçün, eyni zamanda, qlobal münaqişənin həll olunmasına yeni yanaşma üsuluna qədəm qoymaq yolunda son dərəcə mühüm əhəmiyyət daşıyan tarixi və möhtəşəm səyimizə qoşulmağa dəvət etməkdən böyük şərəf duyuram.
Milli.Az xəbər verir ki, bu sözlər Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlandığı məktubda yer alıb.
Donald Tramp məktubunda 2025-ci il sentyabrın 29-da Qəzza münaqişəsinə son qoymaq üçün əhatəli plan elan etdiyini xatırladıb və əlavə edib:
"Bu, Ərəb dünyası, İsrail və Avropa da daxil olmaqla, bütün dünya liderləri və əsas dövlət başçıları tərəfindən sürətlə qəbul edilən 20 bəndlik fövqəladə yol xəritəsidir. Həmin planın davamı olaraq, noyabrın 17-də Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurası 2803 saylı qətnaməni böyük səs çoxluğu ilə qəbul edərək, bu baxışı alqışladı və dəstəklədi.
İndi isə artıq bütün bu xəyalları reallığa çevirməyin vaxtıdır. Planın mərkəzində indiyədək formalaşdırılmış ən təsirli və ən nəticəyönlü Sülh Şurası dayanır. Bu Şura yeni beynəlxalq təşkilat və Keçid İdarəetmə Administrasiyası kimi təsis ediləcək.
Bizim səylərimiz nümunə göstərməyə hazır olan, yeni nəsillər üçün təhlükəsiz və çiçəklənən gələcəyə parlaq şəkildə sərmayə yatıranlara nəsib olan bir şərəfi - daimi sülhün qurulması kimi nəcib məsuliyyəti çiyinlərinə götürmək istəyən seçilmiş ölkələr qrupunu bir araya gətirəcəkdir. Yaxın gələcəkdə əksəriyyəti yüksək hörmətə sahib dünya Liderləri olan möhtəşəm və etibarlı tərəfdaşlarımızı bir araya gətirəcəyik.
Şuranın Sədri kimi, Azərbaycan Respublikasını təsisçi üzv dövlət qismində qoşulmağa və Sizin təmsilçiliyinizlə Sülh Şurasının Nizamnaməsinə tərəf olmağa rəsmi şəkildə dəvət edirəm. Bu Şura bənzərsiz bir qurum olacaq - indiyədək buna oxşar heç bir qurum mövcud olmayıb! Hər bir üzv dövlət onun adından iclaslarda iştirak etmək və təmsil olunmaq üçün səlahiyyətli nümayəndə təyin edə bilər. Əlavədə əhatəli plan və hazırda imzalanma və ratifikasiya üçün açıq olan Şuranın Nizamnaməsi təqdim olunur.
Gələcək illərdə dünyada dayanıqlı sülhün, rifahın və hamı üçün qüdrətin bərqərar olunması məqsədi naminə Sizinlə əməkdaşlıq etməyi səbirsizliklə gözləyirəm".
Milli.Az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:107
Bu xəbər 21 Yanvar 2026 12:56 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















