ABŞ kəşfiyyatı Trampı İranın sui qəsdindən belə qaçırdı
Modern.az saytına istinadən Icma.az xəbər verir.
ABŞ xüsusi xidmət orqanları Ankarada Prezident Donald Trampı mümkün İran sui-qəsdi təhlükəsi səbəbindən əsas təyyarəsindən gizli şəkildə çıxararaq başqa təyyarəyə keçirib.
Modern.az xəbər verir ki, bu barədə “The Washington Post” amerikalı rəsmi şəxsə istinadən məlumat yayıb.
Qəzetin yazdığına görə, Tramp Ankarada televiziya kameraları qarşısında köhnə “Air Force One” təyyarəsinə minib. Lakin bir neçə dəqiqə sonra o, aeroportda təyyarələrə yemək və digər ləvazimatların çatdırılması üçün istifadə olunan yük maşını vasitəsilə ABŞ Hərbi Hava Qüvvələrinə məxsus daha kiçik C-32A təyyarəsinə keçirilib.
Bildirilir ki, bu addım İrandan mümkün sui-qəsd təhlükəsi ilə bağlı məlumat səbəbindən atılıb.
“The New York Times” iyulun 25-də mənbələrinə istinadən yazmışdı ki, ABŞ lideri NATO sammitindən qayıdarkən Qətərin hədiyyə etdiyi “Boeing 747-8” təyyarəsindən köhnə “Air Force One”a keçməli olub. Buna səbəb ABŞ Məxfi Xidmətinin İranyönlü qrupların mümkün sui-qəsd hazırlığı ilə bağlı əldə etdiyi məlumat olub.
“The Washington Post”un məlumatına görə, ABŞ xüsusi xidmət orqanları əməliyyatı jurnalistlərdən gizli şəkildə həyata keçirib. Prezidentin əsas təyyarəsində uçan media nümayəndələri onun həmin təyyarədə olduğunu düşünüblər.
Bu vaxt Tramp Pentaqonun rəhbəri Pit Heqsetlə birlikdə transponderləri söndürülmüş C-32A təyyarəsində uçub. Təyyarə “Reach 18” adlı diqqət çəkməyən hərbi çağırış siqnalından istifadə edib.
Tramp Böyük Britaniyadakı Mildenhall aviabazasına çatdıqdan sonra yenidən əsas təyyarəyə keçirilib. Daha sonra jurnalistlərin qarşısına təyyarənin xarici trapından çıxaraq bütün müddət ərzində “Air Force One”da olduğu görüntüsü yaradılıb.
ABŞ prezidenti Vaşinqtona uçuş zamanı jurnalistlərlə söhbətində Tehrandan qaynaqlanan mümkün təhlükəyə eyham vurub. Lakin gizli əməliyyatın özünü açıqlamayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:167
Bu xəbər 11 Avqust 2026 09:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















