El Çapo İsidro yaxalanıb
Icma.az, Ayna portalına istinadən məlumatı açıqlayır.
Meksikanın ən çox axtarılan narkobaronlarından biri tutulub
Meksika hakimiyyəti ən çox axtarılan narkobaronlarından biri olan "El Çapo İsidro" kimi tanınan Fausto İsidro Mesa Floresi tutub.
AYNA.AZ-ın “Associated Press”ə istinadən məlumatına görə, o, gecə Sinaloa ştatında tutulub. ABŞ kəşfiyyat orqanları əməliyyatda kəşfiyyat yardımı göstərib.
Mesa Flores FTB-nin ən çox axtarılan on qaçağından biri və “Beltran Leyva” cinayətkar təşkilatının ən bədnam kartel liderlərindən biri idi. O, ABŞ-da narkotik və silah qaçaqmalçılığı ittihamları ilə axtarışda idi.
Əməliyyatın keçirildiyi Quasave şəhərindən çəkilmiş video və fotolarda küçələrdə iğtişaşlar görünür: maşınlar və yanacaqdoldurma məntəqələri yanır, vertolyotlardan atəş açılır və insanlar silah səsləri eşidildikdən sonra beysbol oyununun keçirildiyi stadiondan panikaya düşərək qaçırlar.
Qeyd olunur ki, kartellərin bu cür "güc nümayişləri" ənənəvi olaraq yüksək vəzifəli üzvlərinin həbsi zamanı müşahidə edilir.
Təhlükəsizlik qüvvələri asayişi qorumaq üçün bir müddət Sinaloada qalacaqlar.
Baxış sayı:69
Bu xəbər 22 Noyabr 2026 12:55 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















