ABŞ klubu Levandovskiyə iki illik müqavilə təklif edib
Idman.biz saytından verilən məlumata görə, Icma.az xəbər verir.
ABŞ və Kanadanın Yüksək Futbol Liqa ( “Major League Soccer” - MLS) təmsilçisi "Çikaqo Fayr" mövsümün sonunda azad agent statusu qazana biləcək "Barselona"nın hücumçusu Robert Levandovskini heyətinə qatmaq niyyətindən əl çəkməyib.
İdman.Biz xəbər verir ki, klubun 37 yaşlı polşalı futbolçunun nümayəndələri ilə ilk təmasları ötən ilin sonunda baş tutub. Noyabr ayında Levandovskinin həyat yoldaşı Anna Çikaqoya səfər edərək mümkün yaşayış yerinə də baxış keçirib.
Dekabrın əvvəlində isə "Çikaqo Fayr"ın nümayəndə heyəti Barselonaya səfər edib. Bir neçə həftə əvvəl hücumçunun maraqlarını qoruyan tanınmış menecer Pini Zahavi Londonda ABŞ klubunun sahibi Co Mansueto ilə görüşüb.
Məlum olub ki, "Çikaqo Fayr" Levandovskiyə yüksək əməkhaqqı ilə iki illik müqavilə təklif edib.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:111
Bu xəbər 10 Fevral 2026 09:44 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















