Icma.az
close
up
RU
ABŞ konqresmeni: Pentaqon İranla müharibədə 39 təyyarə itirib

ABŞ konqresmeni: Pentaqon İranla müharibədə 39 təyyarə itirib

Yeniazerbaycan saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

ABŞ-nin Demokratlar partiyasından konqresmeni Ed Keys bildirib ki, Pentaqon İranla müharibənin başlamasından bəri 39 təyyarə itirib. AZƏRTAC Amerika mediasına istinadla xəbər verir ki, o, bu barədə ABŞ müdafiə nəşrinin hesabatına istinadla bildirib.

Keys bu sözləri Senatın xüsusi komitəsini dinləməsində Pentaqonun maliyyə direktoru Cey Herstdən münaqişə zamanı dəyən ziyanın miqyası barədə soruşarkən deyib. O bildirib: “The War Zone” adlı hesabata görə, təxminən 39 təyyarə itirmişik və bu, bir ay əvvəl hazırlanmış köhnə sənəddir”. Konqresmen Herstdən Pentaqonun bütün bu təyyarələrin təmiri xərclərinin hesablanmasını da soruşub.

Herst cavab verib: “Orada xərclər var, amma sizə yazılı şəkildə cavab vermək və onların konkret nə olduğunu bildirmək istəyirəm, çünki təsəvvür etdiyiniz kimi, təyyarələrin təmirinin hesablanması çox çətin bir məsələdir”. O əlavə edib ki, bu dəyəri qiymətləndirməzdən əvvəl təyyarənin tam diaqnozunu qoymaq lazımdır.

“The War Zone” hesabatında ABŞ Hərbi Hava Qüvvələrinin İranla münaqişə zamanı təxminən 13 min uçuş həyata keçirdiyi bildirilir. Qeyd olunur ki, 39 təyyarə məhv edilib, daha 10 təyyarə isə müxtəlif dərəcədə zərər görüb.

Hesabatda, həmçinin “F-35A Lightning II” qırıcı təyyarəsinin İran hava məkanında vurulduğu və “Boeing E-3 Sentry” təyyarəsinin məhv edildiyi iddia edilib. Bu iddialar müstəqil şəkildə təsdiqlənməyib və Pentaqon rəsmiləri dinləmə zamanı iddia edilən itkiləri açıq şəkildə bildirməyiblər.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:120
embedMənbə:https://yeniazerbaycan.com
archiveBu xəbər 13 May 2026 20:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyada ilk: "Qızılalma" Türkiyə ordusunda... Foto

19 Noyabr 2026 19:51see371

Alyona Əliyeva Bakı Xoreoqrafiya Akademiyasından paylaşım edib

19 Noyabr 2026 21:02see353

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see322

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see303

Bakıda 8 yaşlı uşağın ödündən kista çıxarıldı

19 Noyabr 2026 19:14see282

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see272

Ağ Ev Trampın sammit zamanı yatması barədə məlumatları təkzib edib

19 Noyabr 2026 21:00see265

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see255

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see250

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see239

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see239

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see238

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see236

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see235

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see226

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see224

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see214

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see210

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see205

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see203
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri