Icma.az
close
up
RU
ABŞ lı ilk Papa XIV Leo nun keçmişdəki mövqeyi və fəaliyyəti maraq doğurub

ABŞ lı ilk Papa XIV Leo nun keçmişdəki mövqeyi və fəaliyyəti maraq doğurub

Icma.az, Bizimyol portalına istinadən məlumatı açıqlayır.

Dünən Vatikanda Papa seçilən ABŞ-lı Kardinal Robert Prevostun “XIV Leo” adını qəbul etməsi ilə yanaşı, onun müxtəlif məsələlərə münasibəti və yanaşması beynəlxalq mediada maraqla izlənilir.

Bizimyol.info “AA”ya istinadə xəbər verir ki, Sistine Şapelin bacasından dünən çıxan ağ tüstüdən sonra Papa XIV Leo, Müqəddəs Pyotr Bazilikasının böyük eyvanından dünyaya təqdim olundu. Onun keçmişi və indiyə qədər verdiyi mesajlar beynəlxalq mətbuat tərəfindən diqqətlə təhlil olunur.

İlk çıxışında silahsızlanma və sülhə çağırış edən Papa XIV Leo-nun, 21 aprel tarixində vəfat edən Papa Fransiskin xəttindən çox da uzaq olmayacağı bildirilir.

Xüsusilə dünənki çıxışında zəiflərin və müdafiəsizlərin qorunması mesajını verən Papa XIV Leonun kardinal olduğu dövrdə də sosial ədalətə önəm verdiyi vurğulanır.

Keçmişdə cinsi istismar iddiaları

Papa XIV Leonun Perunun Çiklayo şəhərində piskopos olduğu dövrdə cinsi istismar hadisələrinə yanaşması ilə bağlı bəzi iddialar ABŞ mediasında gündəmə gəlib.

“İstismara Uğrayanlar Şəbəkəsi” (SNAP) təşkilatına danışan üç qadın, Prevost piskopos olmamışdan əvvəl Çiklayo şəhərində rahiblər tərəfindən istismara məruz qaldıqlarını, lakin heç bir istintaqın açılmadığını, əksinə həmin rahiblərə dini mərasim keçirməyə icazə verildiyini deyiblər.

SNAP-in yaydığı iddialara görə bu qadınların ifadələri kilsə tərəfindən alınmayıb, hadisə hüquq-mühafizə orqanlarına bildirilməyib və onlara psixoloji dəstək göstərilməyib.

"Bishop Accountability" təşkilatından narahatlıq

Katolik ruhanilərinin cinsi istismar halları ilə bağlı arxiv aparan ABŞ mərkəzli QHT – “Bishop Accountability” (Piskoposların Hesabatlılığı Təşəbbüsü) təşkilatının idarə heyəti üzvü Anne Barrett Doyle da yazılı açıqlamasında Papa seçiminə qarşı narahatlığını bildirib:

“Kardinal Prevostun Papa seçilməsi bizi narahat edir. Onun Peru’dakı piskoposluğu dövründə iki rahibə qarşı istismar iddialarını görməzdən gəldiyi və bu barədə ictimaiyyəti məlumatlandırmaqdan yayınmaq tarixcəsi var”, - deyib.

Doyle həmçinin Prevostun, Piskoposlar Şurasının rəhbəri olarkən istismarda ittiham olunan digər piskoposların adlarını da açıqlamadığını iddia edib. “New York Times” isə Prevostun piskopos olduğu dövrdə istintaq başladığını, lakin Vatikan tərəfindən bu istintaqın dayandırıldığını yazıb.

Vatikan bu iddiaların əsassız olduğunu və Papa XIV Leonun birbaşa məsuliyyət daşımadığını bildirib.

LGBT məsələsində fərqli yanaşma

Papa XIV Leonun LGBT məsələsində isə daha əvvəlki Papa Fransisklə müqayisədə daha mühafizəkar mövqedə dayandığı bildirilir. “New York Times” Prevostun 2012-ci ildəki çıxışında “müjdəyə zidd olan” qərb mədəniyyəti və alternativ ailə modelləri ilə bağlı narahatlığını dilə gətirdiyini qeyd edib.

O, Peru hökumətinin məktəblərdə gender təhsili verməsinə qarşı çıxmış və "cinsiyyət ideologiyasının təbliği insanları çaşdırır, çünki mövcud olmayan cinsiyyətləri yaratmağa çalışır" demişdi.

İqlim dəyişikliyi və ətraf mühit məsələlərinə münasibəti

Papa XIV Leo, iqlim böhranı ilə bağlı daha konkret addımlar atmağın vacibliyini vurğulayıb. Tanrı tərəfindən insanlara verilən təbiətə hakimiyyətin zülmə çevrilməməli olduğunu və qarşılıqlı məsuliyyət əsasında qurulmalı olduğunu bildirib.

O, Vatikan üçün günəş panelləri, elektrikli avtomobillər kimi təkliflər irəli sürərək, çevrəni qoruma istiqamətində qətiyyətli olduğunu göstərib.

Digər diqqətçəkən məqamlar

Papa XIV Leo beş dili səlis danışır (İngilis, İspan, İtalyan, Fransız, Portuqal), Latınca və Almanca isə oxuya bilir. O, həmçinin tennis həvəskarı kimi tanınır.

İtalyan mətbuatı isə onun Amerikalı olsa da, 20 ilini Peru’da keçirməsi və İtalyan-Fransız mənşəyi səbəbilə “ən az amerikalı kardinal” olduğunu yazıb.

ABŞ-ın keçmiş prezidenti Barack Obama ilə eyni universitetdən məzun olan Prevostun, Donald Trump dövründən fərqli bir siyasi baxışa sahib olduğu da qeyd edilib.

Niyə “XIV Leo” adını seçdi?

Papa olaraq “XIV Leo” adını seçməsi, 1878–1903-cü illərdə papalıq edən və kilsənin modern sosial doktrinasını başlatdığı deyilən XIII Leodan ilhamlandığına görədir. Vatikan sözçüsü Matteo Bruni bunun “süni zəka dövründə insanlıqla bağlı dərin mesaj daşıdığını” qeyd edib.

Rəsmi papalığa başlama ayini 18 mayda

Papa XIV Leo, 18 may bazar günü Müqəddəs Pyotr Meydanında rəsmi olaraq papalıq vəzifəsinə başlayacaq. Ayin öncəsi 10 mayda kardinal kollegiyası ilə, 12 mayda isə jurnalistlərlə görüşəcək. 16 mayda isə xarici ölkə səfirləri ilə görüş planlaşdırılıb.

Qadir, Bizimyol.info

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:144
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 09 May 2025 18:56 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see202

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see189

Zelenski sabah Ukrayna nümayəndə heyətinin ABŞ da danışıqlarla bağlı tam hesabat təqdim edəcəyini bildirib

23 Dekabr 2025 00:22see183

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see169

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see164

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see151

Darçının xərçəng əleyhinə İMKANLARI

23 Dekabr 2025 02:40see150

İnsult riski olanlar bu şirəni içsin...

23 Dekabr 2025 02:11see147

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see146

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see145

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see145

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see144

Mövsümi qripdən qorunmağın 5 yolu Mütəxəssisdən tövsiyə

23 Dekabr 2025 06:07see140

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see139

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see139

Qarabağ Koxalski ilə bağlı qərarını qətiləşdirdi

23 Dekabr 2025 01:26see135

Eşref Rüya ya vida edəcək FOTO

23 Dekabr 2025 00:04see134

Latviya Belarusla sərhəddə gücləndirilmiş mühafizə rejimini uzadır

23 Dekabr 2025 04:27see130

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see125

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri