ABŞ mətbuatının Rusiya bazası iddiası: Yaxın Şərqdə yeni ünvan ortaya çıxdı
Sherg.az saytından alınan məlumata görə, Icma.az bildirir.
Əsəd rejiminin devrilməsi ilə Rusiyanın Suriyadakı bazaları ilə bağlı qərarı gözlənilir. Amerika mətbuatının yazdığına görə, Moskva Liviya vasitəsilə Yaxın Şərqdəki mövcudluğunu davam etdirməyə hazırlaşır. Radar və hava hücumundan müdafiə sistemlərinə aid çoxsaylı silahlar yük təyyarələri ilə daşınıb. Amma hərbi analitiklərin fikrincə, Liviyadakı bazalar Rusiyanın Suriyadakı itkilərini kompensasiya etməyə bilər.
Sherg.az Amerikanın “The Wall Street Journal” qəzetinə istinadə xəbər verir ki,Rusiya Liviya vasitəsilə Yaxın Şərqdəki mövcudluğunu davam etdirəcək.
Amerika və Liviya hərbi mənbələrinin məlumatına görə, ruslar Suriyadan Liviyanın şərqində Xəlifə Haftarın nəzarətində olan bazalara hava hücumundan müdafiə sistemləri və digər təsirli silahlar köçürməyə başlayıb.
Rusiya yük təyyarələrində F-400 və S-300-ə aid radar sistemləri də yer alıb.
SURİYADAKI BAZALARIN ƏHƏMİYYƏTİ
Suriyadakı Rusiya hərbi qüvvələrinin və döyüş təyyarələrinin sayı da əhəmiyyətli dərəcədə azaldılıb.
Suriyadakı bazalar Rusiyanın Yaxın Şərqdəki mövcudluğu üçün mühüm yerdir. Bu bazalardan muzdluların və silahların axını təmin edilirdi.
ABŞ mətbuatında Rusiya bazası iddiası: Yaxın Şərqdə yeni ünvan açıqlandı - 3
Tartusdakı hərbi dəniz bazası həm də Rusiya donanmasının Aralıq dənizində yeganə təchizat və təmir məntəqəsidir.
“The Wall Street Journal” yazır ki, Moskva administrasiyası Yaxın Şərq və Afrikadakı mövcudluğunu saxlamaq üçün Liviyadakı bazalarından istifadə etməyi hədəfləyir.
Rusiya artıq Liviyanın şərqində var. Bundan əvvəl Rusiyanın nəzarətində olan muzdlu qruplaşma “Vaqner” də Afrikaya tranzit qovşaq kimi Haftara məxsus bir çox hərbi obyektdən istifadə etmişdi.
ABŞ rəsmilərinin bildirdiyinə görə, Rusiya Liviyanın Tobruk şəhərindəki obyektləri rus döyüş gəmilərinin yerləşdirilməsi üçün təkmilləşdirməyi nəzərdən keçirir.
Haftar Liviyadakı vətəndaş müharibəsində mövqeyini gücləndirmək üçün uzun müddətdir Moskvadan hava hücumundan müdafiə sistemi tələb edib.
İndi isə Rusiyanın Liviyanın şərqindəki varlığının Haftarın müdafiəsini təmin edəcəyi ilə bağlı şərhlər edilir.
Amma hərbi analitiklərin fikrincə, Liviyadakı hava və dəniz bazaları Rusiyanın Suriyada itirəcəklərini tam şəkildə kompensasiya etməyə bilər.
Baxış sayı:142
Bu xəbər 19 Dekabr 2024 14:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















