Icma.az
close
up
RU
ABŞ nin Qrenlandiyaya olan güclü marağının səbəbi nədir? DETALLAR

ABŞ nin Qrenlandiyaya olan güclü marağının səbəbi nədir? DETALLAR

Icma.az, Cebheinfo portalına istinadən məlumat verir.

ABŞ Prezidenti Donald Trampın Qrenlandiya adasını ilhaq etmək cəhdləri uzaq təbii sərvətlərlə zəngin Arktika uğrunda geosiyasi və geoiqtisadi mübarizəni gücləndirib.

Qrenlandiya uğrunda ABŞ, Rusiya və Çin arasında artmaqda olan rəqabət dünya düzəninin dağılmasına təsir göstərən əsas səbəbələrdən birinə çevrilə bilər. 

“Qrenlandiya ilə bağlı nəsə edəcəyik, istəsələr də, istəməsələr də. Çünki əgər biz bunu etməsək, Rusiya və ya Çin Qrenlandiyanı ələ keçirəcək və sonra Rusiya və ya Çin bizim qonşumuz olacaq”, - deyə Tramp bildirib. 

Tramp Rusiyanın və Çinin ABŞ-nin qonşusu olmasını istəmədiyini bəyan edib. Bu isə Ağ Ev rəhbərininin Qrenlandiyaya ərazi iddialarının yalnız zəngin neft, təbii qaz, qızıl, almaz və nadir kimyəvi elementlərlə bağlı olmadığını deməyə əsas verir. 

Görünür, Vaşinqtonda Qrenlandiya adasına strateji təhlükəsizlik məsələsi kimi baxırlar. Yəni adaya nəzarətin Rusiyanın və ya Çinin əlinə keçməsi gələcəkdə bu ölkələrin nüvə başlığı daşıyan raketlərinin ABŞ-ın şimal-şərqinə yaxın ərazidə yerləşdirilməsi deməkdir. 

Ona görə də Tramp administrasiyası qabaqlayıcı addım atmaqla, Rusiyanın və Çinin Atlantik okeanında mövqe tutumasının qarşısını almağa çalışır. Prezident Tramp dəfələrlə Danimarkanın muxtar ərazisi olmasına baxmayaraq, Qrenlandiyaya nəzarəti ələ keçirmək istədiyinə işarə edib.

O, bunu ya pulla, ya da güc yolu ilə etmək niyyətindədir. Tramp Qrenlandiyanın ABŞ üçün milli təhlükəsizlik məsələsi olduğunu deyir. O, Qrenlandiya hökumətinin, Danimarkanın və ada ilə birbaşa əlaqəsi olmayan müxtəlif Avropa dövlətlərinin şiddətli müqavimətinə baxmayaraq bu məsələdə israr edir. 

Qeyd edək ki, 2 milyon 166 min kvadrat kilometr ərazisi olan Qrenlandiyada əhalisi 60 min nəfərdən bir qədər az əhali yaşayır. Avropa dövlətləri Qrenlandiyanın gələcəyini Danimarkaya etibar etmədiyinə görə  özləri xilas yolu tapmaq qərarına gəliblər. 

Çünki rəsmi Kopenhagen Qrenlandiyanı sata və ya Donald Trampın təzyiqləri qarşısında geri çəkilə bilər. Polşanın “Rzeczpospolita” nəşrinin yazdığına görə, problemin mənbəyi Danimarkanın muxtar ərazisi olan Qrenlandiyanın hazırkı siyasi statusu ilə bağlıdır. 

“Qrenlandiya heç bir xarici və ya müdafiə siyasəti yürütmür - bunu Kopenhagen edir. Əgər Qrenlandiya müstəqil olsaydı və sürətlə Avropa İttifaqı və NATO-ya qoşulmağa hazırlaşsaydı, Tramp heç nə edə bilməzdi. Əksinə, Qrenlandiyanı əvvəlki statusunda saxlamaqla, onunla bağlı müxtəlif fərziyyələrə yol açırıq”.

Adıçəkilən nəşr Qrenlandiya muxtariyyətinin Avropa İttifaqına yenidən qoşulmaq barədə Brüssellə müzakirə aparıb-aparmadığına dair Avropa Komissiyasına sual ünvanlayıb. Lakin müraciətə Avropa İttifaqından hələ cavab gəlmədiyi bildirilir. 

İstefada olan kəşfiyyatçı, polkovnik-leytenant Marçin Falinski hesab edir ki, nə Danimarka, nə də digər Skandinaviya ölkəsi bu qədər geniş əraziyə nəzarət etmək potensialına malik deyil. Üstəlik, Rusiyanın XIX əsrdə Alyaskanı amerikalılara satdığını xatırlasaq, ABŞ-nin bu ərazini satın almasını presedent hadisə adlandırmaq olmaz.

Qrenlandiyanın əhəmiyyətini mükəmməl başa düşənlər həmçinin, ruslar və çinlilərdir. Bu, yalnız Dünya Bankının məlumatına görə, 2040-cı ilə qədər tələbatın ikiqat artacağı vacib xammal deyil. Strateji əhəmiyyətə malik olan Şimal Keçidi, hazırda buzla örtülü olan və iqlim dəyişikliyi səbəbindən tədricən əriyən Şimal Buzlu Okeanının bir hissəsidir.

Gələcəkdə burada ticarət yollarını əhəmiyyətli dərəcədə qısaldacaq bir keçid peyda olacaq. Amerikalıların artıq Şimal Gəmiçilik Marşrutunda bazası var: 

“Lakin Aİ-nin ritorikasına əsasən, biz hələ də dünyanın hansı istiqamətdə hərəkət etdiyini görmürük; biz mövcud inkişaflardan geri qalırıq”, - deyə Falinski bildirib. 

“Tramp ötən həftə bəyan edib ki, ABŞ Qrenlandiyanın Rusiya və Çin tərəfindən ələ keçirilməsinin qarşısını almaq üçün onu əldə etməlidir.

O bildirib ki, ABŞ bunu yaxşı və ya pis yolla da olsa edəcək. Ağ Ev, Danimarkanın muxtar bir hissəsi olsa da, NATO üzvü hesab edilən ərazinin zorla ilhaq edilməsi ehtimalını istisna etmir. Yəni onun güc yolu ilə ABŞ-a birləşdirilməsi NATO üzvünün Alyansın digər üzvünə hücum etməsi demək olar. 

Bu, tamamilə görünməmiş bir hadisə olardı”, - deyə media orqanı yazır.General Roman Polko “WirtualnaPolska” portalına verdiyi müsahibədə qeyd edib ki, ABŞ-ın artıq Qrenlandiyada bazası var və Tramp bu adanı ələ keçirmək istəsə, orada heç bir hərbi əməliyyat olmayacaq. 

Amerika Birləşmiş Ştatları həmçinin, Vaşinqtonun Qrenlandiyaya Sakit Okeanda Marşal Adaları, Palau və ya Mikroneziya Federativ Ştatları ilə imzaladığı sənədə bənzər Azad Assosiasiya Müqaviləsi təklif etməyi düşünür. 

“Reuters”in yazdığına görə, rəsmi Vaşinqton bu hər bir Qrenlandiya sakininə Daminarkadan ayrılıb ABŞ-yə birləşmək üçün 100 min dollar təklif etməyi planlaşdırır. Qrenlandiya və Danimarka hazırda Trampın təkliflərini rədd edir. ABŞ-nin Avropa müttəfiqləri çəkindirici addımlar atmağı planlaşdırırlar. Britaniya, Almaniya, Fransa və digər Avropa İttifaqı ölkələri Qrenlandiyada mümkün NATO missiyasını yerləşdirilməyi üçün planlar hazırlayırlar.

Britaniya isə öz qoşunlarını ayrıca Qrenlandiyaya göndərməyi qərara alıb. ABŞ ilə Avropadakı NATO dövlətləri arasında belə qarşıdurma alyansın parçalanmasına gətirib çıxara bilər.

Qrenlandiya Danimarkanın muxtariyyəti olsa da, dünyanın ən böyük adasını Böyük Britaniya tarixən özünün geosiyasi təsir zonası hesab edib. İndi isə bu region uğrunda ABŞ, Rusiya, Çin və Avropa arasında yeni münaqişə ocağı yaranır. 

Müşfiq Abdulla 
“Cebheinfo.az”

Açar sözlər: ABŞ Qrenlandiya

Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://cebheinfo.az
archiveBu xəbər 13 Yanvar 2026 17:33 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see302

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see268

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see251

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see251

Bakı avtobuslarında sərnişin bumu

14 Noyabr 2026 17:02see242

Balıq bazarında bahalaşma var (Video)

14 Noyabr 2026 21:02see242

Gələn il qeyri dövlət müəssisələri büdcədən 130 mln. manata yaxın subsidiya alacaq

14 Noyabr 2026 18:04see240

STAR neft emalı zavodu dizel yanacağı istehsalını 4 % ə yaxın artırıb

14 Noyabr 2026 17:02see227

Azərbaycandan Suriyaya nəql edilən qazın həcmi 56% artdı

14 Noyabr 2026 14:44see227

Ədalət Partiyasında şairlə səmimi görüş

14 Noyabr 2026 17:43see226

Avropa siyasi məkanında aparılan müzakirələrdə Azərbaycan fəal iştirak edir

14 Noyabr 2026 19:16see220

Yuğ Teatrında Ana tamaşasının premyerası keçirilib FOTOLAR

14 Noyabr 2026 20:23see218

Rusların təxminən 90 faizi son üç ildə kredit götürdüyünü etiraf edib

14 Noyabr 2026 19:30see210

Ermənistanı Avropa İttifaqının tərkibində görürəm Paşinyan

14 Noyabr 2026 19:50see209

Musiqi dünyasında tarixi ilk: İnsan deyil, amma ilin ən yaxşı ifaçısı seçildi

15 Noyabr 2026 00:00see208

Kanadada minlərlə tələbə etiraz aksiyası keçirdi

15 Noyabr 2026 00:51see207

İrina Şeykin məşhur sevgililəri: Ronaldodan Bredli Kuperə, Kanye Uestdən...

15 Noyabr 2026 04:05see203

Azərbaycanda bəzi dövlət müəssisələri ləğv oluna bilər

14 Noyabr 2026 17:10see201

Türkiyə gözəli beynəlxalq yarışmadan son anda kənarlaşdırıldı

15 Noyabr 2026 04:36see197

Zülalla ən zəngin çərəz

15 Noyabr 2026 03:04see196
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri