Icma.az
close
up
RU
ABŞ prezidenti Donald Trampın bəyanatı tarixi sülh prosesində potensial dönüş nöqtəsi ola bilər

ABŞ prezidenti Donald Trampın bəyanatı tarixi sülh prosesində potensial dönüş nöqtəsi ola bilər

Icma.az, Bizimyol saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

“8 oktyabr 2025-ci il tarixində Donald Tramp bəyan etdi ki, İsrail və Həmas onun təqdim etdiyi planın “birinci mərhələsi” üzrə razılığa gəliblər. Buna əsasən, razılaşma əsasında bütün girovların azad ediləcəyi, İsrail qoşunlarının razılaşdırılmış hüdudlara çəkiləcəyi və atəşkəsin təmin olunacağı planlaşdırılır. Trampın mesajı aydındır. “Bundan sonra xalqlar sülh və əmin-amanlıq içində yaşayacaq”. Lakin tarixi təcrübə göstərir ki, belə ifadələr optimist proqnoz olsa da, reallıq daha mürəkkəbdir. Müharibə yalnız fiziki dağıntı deyil, həm də psixoloji, siyasi və mənəvi yaralar qoyur. Bu yaraların sağalması, düşmənçiliyin dərin qatlarda sarsılması və yeni “ortaq yaddaş”ın yaradılması isə çox çətin prosesdir. XX əsrin ortalarından bu günə qədər dünya siyasi təcrübəsi bunu bir neçə vacib dərslə göstərir. Sülh razılaşması sənəd baxımından əlçatandır, amma davranışsal olaraq onu təmin etmək çətindir”.

Bu barədə Bizimyol.info xəbər portalına politoloq Nicat İsmayılov danışıb. Politoloq qeyd edib ki, sülhün davamlılığı üçün məqsədyönlü institutlar, ədalət mexanizmləri, mədəni və ideoloji dəyişmələr, yenidənqurma siyasətləri və yeni liderlik keyfiyyətləri tələb olunur.

Nicat İsmayılov

“Qarşılıqlı etimadsızlıq, təhqir edilmiş qrup kimliyi və kollektiv travmalar uzun müddət sükut içində gizlənə bilər, sülh müqaviləsi imzalandıqdan sonra partlayıcı şəkildə yenidən gözdə görünə bilər. Belə olan halda, sual yaranır. Böyük müharibələrdən sonra sülh içində yaşamaq mümkündürmü? Tarix bunu “bəzən mümkündür, amma asan deyil” şəklində cavablayır.

Barış nadir hallarda bir anda yaranır o, illərlə davam edən prosesdir.Yeni qurumlar və mexanizmlər (məhkəmə, komissiyalar, barış institutları) vacib rol oynayır.Maddi resursların və beynəlxalq dəstəyin mövcudluğu kritik əhəmiyyət daşıyır.Yaddaş siyasəti və təhsil barışı möhkəmləndirə və ya dağıda bilər (keçmiş haqların tanınması, təhrif olunması, ya da qarşı tərəfin tarixinin inkarı).Həssas qruplar (qurbanlar, cinayətkarlar, qırılmış icmalar) arasında dialoqun təmin olunması zəruridir.

Beləliklə, yalnız sənədlə imzalanan sülh deyil, yeni əlaqələr, yeni institutlar və yeni yanaşmalar sülhün davamlılığını təmin edə bilər.

Trampın planının “birinci mərhələ” üçün razılığa gəldiyi elə siyasi reallıqdır ki, bu, sülh prosesində ilk addımdır və tam sülh razılaşması deyil. Sülh planında nəzərdə tutulan mühüm elementlər var:

 Bütün girovların sərbəst buraxılması.İsrail qoşunlarının müəyyən razılaşdırılmış xətlərə çəkilməsi.Operativ olaraq atəşkəsin təmin edilməsi.Sonrakı mərhələlərdə Həmasın silahsızlaşdırılması və Qəzza daxilində yeni idarəçilik mexanizmlərinin qurulması. Lakin mühüm suallar hələ cavabsızdır.Həmas silahsızlanacaqmı və necə?Gələcək Qəzza idarəçiliyi hansı formada olacaq, müstəqil hökumət, beynəlxalq nəzarət, ya da texnokrat strukturlar?Cəzasızlıq problemi necə həll olunacaq (kimlər məsul tutulacaq)?Hər iki tərəf tərəfindən etimadın qurulması necə təmin olunacaq?Dağıdılmış infrastruktur, aclıq və köçkünlər problemi necə həll olunacaq?”

Nicat İsmayılov bildirib ki, bu sualların cavabları, planın yalnız “kağızda” qalmasını və tarixi səhvlərin təkrarlanmasını və ya yenidən toqquşmaların yaranmasını önləyəcək.

“Ümumi qiymətləndirmə olaraq, sülh mümkündür, amma asan deyil. Tarixdən götürülən nümunələr göstərir ki, ağır dağıntılardan sonra yenidənqurma, barışma və sosial barış qurulması uzunmüddətli, çoxsəviyyəli və çoxtərəfli səylər tələb edir. Sülh sənədi start nöqtəsidir, son nöqtə deyil. Əsas məqsəd — davamlı barış mexanizmləri qurmaqdır (ədalət, məsuliyyət, cinayət mexanizmləri, mədəniyyətlərarası dialoq və s.).

Xalqların yaddaşı və kimliyi mühüm rol oynayır. Təhqir və zorakılıq təcrübəsi dərin kollektiv travma yaradıb, əgər bu travma açıq müzakirə olunmazsa, barış dayanıqsız olacaq.

Beynəlxalq dəstək və obyektiv vasitəçilər köməkçi rol oynaya bilər, lakin bu dəstəyin yerli liderlik və lokal şəraitə uyğunlaşdırılması vacibdir. Güclü dövlət institutları və idarəetmə sistemi, hüquq sistemi, təhlükəsizlik mexanizmləri barışın təminatçısıdır, sülh yalnız “silahsızlıq” deyil, qayda-qanun çərçivəsində yaşanmalı bir rejimdir”-deyən politoloq qeyd edib ki, Trampın bəyanatı tarixi sülh prosesində potensial dönüş nöqtəsi ola bilər, amma əgər qarşılıqlı inam, ədalət və siyasi cəsarət zəifdirsə, bu bəyanat da çoxsaylı “sülh razılaşmaları” kimi yarımçıq qalan bir sənəd kimi qala bilər.

İradə Cəlil, Bizimyol.info

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:136
embedMənbə:https://www.bizimyol.info
archiveBu xəbər 10 Oktyabr 2025 12:19 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qara Qarayeva və Rəşad Hüseynova vəzifə verildi

11 Yanvar 2026 21:02see185

“Sabah” və “Şamaxı” yoxlama oyununda üz üzə gələcək

11 Yanvar 2026 13:28see183

BMT: 21 milyona yaxın sudanlı aclıqla üzləşib

10 Yanvar 2026 23:11see180

Məğlub olan Qalatasaray bundan imtina etdi

10 Yanvar 2026 23:44see162

Bu ölkədə 11 yanacaq məntəqəsi partladıldı Video

11 Yanvar 2026 11:28see156

Karvan Yevlax heyətini gücləndirdi... Birinci divizion təmsilçisi ilə

10 Yanvar 2026 22:57see153

Həmişə özüm almışam, ərimin almasını gözləməyə səbrim çatmayıb

11 Yanvar 2026 00:31see153

Xoruldama infarkt və insult riskini artırır

11 Yanvar 2026 14:19see149

Nadir şahdan bu günə: İran Türkiyə Səudiyyə Ərəbistanı üçbucağı

12 Yanvar 2026 08:57see147

Ucuz ev almağın YOLLARI: Sosial mənzil mexanizmləri necə işləyir?

11 Yanvar 2026 17:29see146

Azərbaycan üzərindən Rusiya şəkəri Ermənistana göndəriləcək

10 Yanvar 2026 17:50see145

Ueyn Runi qardaşının klubunun “Kristal Palas” üzərində qələbəsini şərh edib

11 Yanvar 2026 01:34see144

Rafael Məmmədova YÜKSƏK VƏZİFƏ VERİLDİ KONKRET

11 Yanvar 2026 23:00see139

“Liverpul”da ağır itki “Qarabağ”la oyunu buraxacaq

11 Yanvar 2026 17:11see138

Evini baha qiymətə satmaq üçün qonşunun itlərini daşlayırmış SUMQAYITDAKI GÖRÜNTÜLƏRLƏ BAĞLI ARAŞDIRMA

10 Yanvar 2026 18:30see137

Həmin açıqlamadan sonra Afaqla Röya bir toyda Video

12 Yanvar 2026 10:11see136

Dünyanın ən yavaş reketi: 60 yaşı var, amma hələ də istifadə olunur

11 Yanvar 2026 20:28see136

UFC nin sabiq çempionu Uitakkerlə mümkün döyüş barədə: “Bu, hamının yatdığı o qız kimidir”

11 Yanvar 2026 16:04see134

Qadın dünyaya sərxoş körpə gətirdi

12 Yanvar 2026 02:53see134

İranda etirazlar: Təcili yardım maşınları zədələndi

12 Yanvar 2026 01:28see132
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri