Icma.az
close
up
RU
“ABŞ qlobal sülh rolunu itirir”

“ABŞ qlobal sülh rolunu itirir”

Xalqcebhesi portalından alınan məlumata görə, Icma.az xəbər verir.

“ABŞ supergüc olaraq qlobal siyasətdə ciddi söz sahibidir və maraqlarını istədiyi şəkildə təmin edə bilir. Onun sözlərinə görə, Tramp müharibələri dayandırdığını tez-tez fəxrlə vurğulasa da, reallıq tam fərqlidir”.

“Bunu politoloq Əli Oruclu Xalqcebhesi.az-a açıqlamasında qeyd edib”.

Onun fikrincə, Tramp dönəmində ABŞ Venesuelaya və İrana hərbi müdaxilələr edib, bir sıra ölkələri isə daim təhdid və təzyiq altında saxlayır: “O, hədələyici və sərt üslubda danışmağı sevir. Siyasi Şura üzvü hazırda Yaxın Şərq regionunun ciddi müharibə təhlükəsi ilə üz-üzə olduğunu vurğulayıb. İran ətrafında baş verən proseslər günü-gündən daha təhlükəli xarakter alır. ABŞ-ın cari il üçün müdafiə xərclərini təxminən 1 trilyon dollara qədər artırması da təsadüfi deyil. Bu vəsait təkcə ordunun gücləndirilməsi üçün yox, eyni zamanda yeni hərbi müdaxilələrin xəbərçisi kimi dəyərləndirilməlidir. Birləşmiş Ştatların ordusu bütün parametrlərinə görə dünyada liderdir və nüvə arsenalına görə yalnız Rusiyadan cüzi fərqlə geri qalır. Onun fikrincə, Ağ Ev rəhbərinin ABŞ və Rusiya arasında Strateji Silahların Azaldılması Müqaviləsinin uzadılmasına qarşı çıxması dünyada yeni “soyuq müharibə”nin və silahlanma yarışının başlanması deməkdir. START III Müqaviləsi yerləşdirilmiş strateji nüvə silahlarının qarşılıqlı şəkildə azaldılmasını nəzərdə tuturdu və həmin sənədə əsasən hər iki tərəf üçün nüvə başlıqlarının sayı 1550, daşıyıcı vasitələrin isə 700 ədədə qədər endirilməli idi. “Rusiyanın Ukraynaya hücumundan sonra Vladimir Putin 2023-cü ilin fevralında Rusiyanın bu müqavilədə iştirakını dayandırdığını elan etdi. Nüvə güclərinin bu cür addımları bütövlükdə planet üçün ciddi təhlükə yaradır”.

Onun sözlərinə görə, ABŞ rəhbərliyi yaxşı anlayır ki, Rusiyanın mövcud iqtisadi və siyasi vəziyyətində silahlanma və nüvə potensialını sürətlə artırmaq imkanları məhduddur: “Belə bir proqram həm çox bahalı, həm də uzunmüddətli prosesdir. Ağ Evin hərbi və nüvə gücünü kəskin şəkildə artırması qlobal təhlükəsizliyə və sabitliyə xidmət etmir”.

Əli Oruclu Tramp administrasiyasının BMT-ni və beynəlxalq hüququ açıq-aşkar şəkildə heçə saymasını da ciddi narahatlıq doğuran məqam kimi qiymətləndirib: “Bu gün gücün hüquqa çevrilməsi prosesi xüsusilə inkişaf etməkdə olan və kiçik dövlətləri böyük risk altında qoyur. ABŞ-ın humanitar, mədəni və elmi profilli beynəlxalq təşkilatlara maliyyəni dayandırması, bir çox qurumlardan çıxması, bunun əvəzində isə hərbi xərcləri artırması göstərir ki, Vaşinqton artıq beynəlxalq sülhün, təhlükəsizliyin və demokratiyanın təminatçısı rolunu itirib”.

Günel Elxan

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:85
embedMənbə:https://www.xalqcebhesi.az
archiveBu xəbər 09 Fevral 2026 15:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri