ABŞ səfiri: Tramp heç vaxt Qrenlandiyanı işğal etməyi deməyib
Turkstan.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
ABŞ Prezidenti Donald Trampın bu ilin əvvəlində Qrenlandiya ilə bağlı səsləndirdiyi fikirlər yanlış anlaşılıb.
Turkustan.az xəbər verir ki, "Politico" nəşrinin məlumatına görə, bunu ABŞ-ın Avropa İttifaqındakı səfiri Endryu Pazder iyunun 5-də Brüsseldə keçirilən İqtisadi Təhlükəsizlik Forumunda çıxışı zamanı bildirib.
Pazder qeyd edib ki, Trampın açıqlamaları bəzi şəxslər tərəfindən Qrenlandiyanın ərazi bütövlüyünə təhdid kimi qiymətləndirilib. Lakin onun sözlərinə görə, ABŞ prezidenti heç vaxt Qrenlandiyanı işğal edəcəklərini deməyib.
Səfir vurğulayıb ki, Trampın bəyanatları Qrenlandiyanın strateji əhəmiyyətinə diqqət çəkməyə kömək edib, lakin bu açıqlamalar hərfi mənada qəbul edilməməlidir.
Keçmişdə restoran sahibi olmuş Pazder Avropanın reaksiyasını kapuçino nümunəsi ilə müqayisə edib.
"İnsan kapuçino sifariş edəndə onu köpüyünə görə deyil, qəhvəsinə görə sifariş edir. Buna görə də diqqətimizi köpüyə deyil, qəhvəyə yönəltməliyik. Bu məsələdə deyilənlərin böyük hissəsi sadəcə köpükdür", – deyə o bildirib.
Aytən Yaşar/ Turkustan.az
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:199
Bu xəbər 05 İyun 2026 18:26 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















