Rusiya Kiyevdə yaşayış binasını vurdu Dağıntılar altında qalanlar var
Redaktor.az saytından verilən məlumata görə, Icma.az xəbər verir.
Noyabrın 22-si səhər saatlarında Rusiya ordusu Kiyev vilayətinin Vışqorod rayonunda yerləşən beşmərtəbəli binanı dronla vurub.
Redaktor.az xəbər verir ki, zərbə nəticəsində binanın bir hissəsi çöküb.
Ukrayna Prezidenti Volodimir Zelenski teleqram sosial səhifəsində bildirib ki, xilasedicilər 9 nəfəri təxliyə edib və yanğın söndürülüb.
“Təəssüf ki, dağıntılar altında çox adam ola bilər, 14 nəfərlə hələ ki, əlaqə yaradılmayıb. Bütün zəruri xidmətlər hadisə yerindədir”, - deyə Zelenski əlavə edib.
Prezident bildirib ki, bu həftə Ukraynanın ümumilikdə 20 bölgəsi hava hücumlarına məruz qalıb. Ölkə ərazisinə təxminən 2700 pilotsuz təyyarə ilə hücum edilib, təxminən 1460 hava bombası və 165 müxtəlif tipli raket atılıb. Bunların əhəmiyyətli bir hissəsi Şimali Koreya raketləri olub.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:109
Bu xəbər 22 Noyabr 2026 13:45 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















